Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Erməni lobbisinin yeni təxribat kampaniyası

Erməni lobbisinin yeni təxribat kampaniyası

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Erməni lobbisi və onun təsiri altında olan bir sıra beynəlxalq QHT-lər antiazərbaycan kampaniyasından əl çəkmək istəmirlər. Qarabağ münaqişəsi artıq tarixə qovuşsa da, Ermənistanla Azərbaycan arasında yekun sülhə nail olmaq üçün aktiv işlər aparılsa da, bəzi qüvvələr hər vəchlə beynəlxalq müstəvidə müxtəlif vasitələrə əl ataraq, süni əngəllər yaratmağa çalışırlar. İndi də həmin qüvvələr BMT İnsan Hüquqları Şurasında “Dağlıq Qarabağ üzrə xüsusi məruzəçi” mandatının təsis olunmasına nail olmaq istəyirlər.

Məlumat üçün bildirək ki, kampaniyada öndə gedən təşkilatlardan biri də antiazərbaycan mövqeyi ilə seçilən, BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC) assosiativ üzv statusuna malik olan “Christian Solidarity International” adlı QHT-dir. Bu qurum son illər müxtəlif beynəlxalq platformalarda Azərbaycana qarşı birtərəfli və qərəzli fəaliyyəti ilə tanınır.

2024-cü il iyulun 9-da və oktyabrın 1-də Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının tədbirləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü təhrif edən xəritələr nümayiş etdirib, orada ölkəmizin suveren əraziləri qondarma, qeyri-qanuni adlarla göstərilib. Bundan əlavə, həmin tədbirlərə işğal dövründə Azərbaycana qarşı qeyri-qanuni fəaliyyətlərdə iştirak etmiş şəxslər əsas çıxışçılar kimi dəvət olunublar.

Bu ilin yanvar-fevral aylarında BMT-nin Nyu-Yorkda keçirilən İqtisadi və Sosial Şurasının (ECOSOC) QHT Komitəsinin sessiyasında Azərbaycanın BMT yanında Daimi nümayəndəliyi 20 yanvar 2025-ci il sessiyası çərçivəsində "Christian Solidarity International" (CSI) təşkilatının fəaliyyəti ilə bağlı narahatlıqlarını ifadə edərək xüsusi məsələ qaldırıb.

Azərbaycan nümayəndəliyi öz bəyanatında qeyd edib ki, CSI təşkilatı 9 iyul və 1 oktyabr 2024-cü il tarixlərində Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının tədbirləri və yan tədbirlər çərçivəsində Azərbaycanın təhrif olunmuş xəritəsini nümayiş etdirib, ölkənin suveren ərazilərinin bir hissəsini qeyri-qanuni və uydurma adlarla təqdim edib. Həmin tədbirlərdə, həmçinin işğal dövründə Azərbaycana qarşı qanunsuz fəaliyyətlərdə iştirak etmiş şəxslər əsas çıxışçılar və panel iştirakçıları qismində dəvət olunublar.

Azərbaycan nümayəndəliyi CSI-nin fəaliyyətinin ECOSOC-un əsas prinsiplərinə və BMT Nizamnaməsinə zidd olduğunu vurğulayaraq, təşkilatın ECOSOC-un xüsusi məsləhətçi statusundan sui-istifadə edərək Azərbaycana qarşı qərəzli dezinformasiya kampaniyası apardığını bildirib. Bundan əlavə, Azərbaycan tərəfi CSI-nin ölkəmizə qarşı irəli sürdüyü ittihamların qərəzli və siyasi motivli olduğunu açıqlayıb.

Yada salaq ki, ECOSOC-un müvafiq qətnaməsində yer alan 57(a) maddəsinə əsasən, əgər bir təşkilat BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə zidd olan fəaliyyət həyata keçirirsə, onun məsləhətçi statusu dayandırıla və ya ləğv edilə bilər. Bu müddəa BMT üzv dövlətlərinin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş addımların ECOSOC statusunun itirilməsinə səbəb ola biləcəyini açıq şəkildə göstərir. Bu da BMT Nizamnaməsinin 2-ci maddəsinə əsaslanır. Buna əsasən, əgər bir QHT üzv dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşı fəaliyyət göstərirsə, onun məsləhətçi statusunun ləğvi tələb oluna bilər.

CSI özünü insan hüquqları təşkilatı kimi təqdim etsə də, araşdırmalar göstərir ki, bu qurum əsasən ermənilərin hüquqlarını müdafiə etməyə yönəlib. Eyni zamanda, təşkilatın maliyyələşməsi ilə bağlı heç bir şəffaf məlumat yoxdur, halbuki vətəndaş cəmiyyəti təşkilatlarının maliyyə fəaliyyətləri açıq və şəffaf olmalıdır. Qurumun qeyri-qanuni şəkildə ermənipərəst qüvvələr tərəfindən maliyyələşdirildiyi də istisna deyil.

Bəs Azərbaycana qarşı BMT İnsan Hüquqları Şurasında başladılan “Dağlıq Qarabağ üzrə xüsusi məruzəçi” mandatının təsis olunması kampaniyasının nəticəsi nə ola bilər? Ermənipərəst qüvvələr öz niyyətlərinə nail olacaqlar?

Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov mövzu ilə bağlı “525”ə deyib ki, bu təşəbbüsə ilk dəfə ABŞ hökuməti BMT-nin İnsan Hüquqları Şurasını boykot edib deyə özü yox, amma Dövlət Departamentinin az qala bir strukturu olan “Freedom House” təşkilatı vasitəsilə başlayıb. Bundan əvvəl isə ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlığı üzrə komissiyası Azərbaycanın guya Qarabağda abidələri dağıtdığını deyərək bizi Dövlət Departamentində xüsusi nəzarət siyahısına salınması təklifini verib. 2024-cü ilin əvvəlində o vaxtkı dövlət katibi Blinken öz qərarı ilə Azərbaycanı “xüsusi nəzarət siyahısı”na daxil edib.

S.Məmmədov əlavə edib ki, “Freedom House”in bu təşəbbüsündən sonra Beynəlxalq Xristian Həmrəyliyi Təşkilatı bu il 21 mart tarixində İnsan Hüquqları Təşkilatının 58-ci sessiyasında bəyanatla çıxış edərək Azərbaycanın “Dağlıq Qarabağ üzrə ölkə mandatının yaradılması”nı tələb edib: “Bu təşkilat İnsan Hüquqları Şurasının bu günlərdə başa çatan 59-cu yay sessiyasında  bir daha məsələyə qayıdıb. Bu, eyni zamanda, Ümumdünya Kilsələr Şurası da BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC) asossativ üzvlərdir. Onlar bu təşəbüsü israrlı şəkildə davam etdirirlər və həmin sessiyaların getdiyi vaxt yan tədbirlər keçirirlər, ora çox sayda dövlətlərin nümayəndələrini cəlb edirlər və s. Yəni bu, davamlı şəkildə inkişaf etməkdədir. Təbii, bu o demək deyil ki, BMT-nin İnsan Hüquqları Şurası Azərbaycanla bağlı dərhal belə bir mandat yaradacaq. Hazırda 14 ölkə üzrə belə bir mandat var. Onların arasında elə dövlətlər var ki, məsələn, Somali, Eriteriya, Myanmar, bir sıra belə dövlətlərdir ki, hansılarda ki, idarəetmə sisteminin özündə böyük problemlər var. Belə mandatın olması ölkələr üçün üz ağartmır. Təkrar edirəm ki, bu o demək deyil ki, mandat yaradılacaq, amma həm də o demək deyil ki, biz oturub gözləməliyik. Xarici İşlər Naziliyi xüsusi tədbirlər görməlidir, qeyri-hökumət təşkilatları səfərbər olmalıdırlar. Birincisi, biz beynəlxalq konvensiyalara qoşulmuşuq, niyə bizim qoşulduğumuz normalarda hələ də Qarabağ “işğal altında olan” ərazi kimi göstərilir. Bunlar aradan qaldırılmalıdır. BMT ilə sıx işləməliyik ki, bu təşəbbüsləri boğa bilək. Çünki hazırda həmin ərazilərdə tamam fərqli bir situasiya formalaşıb. Amma bu təşkilatlar hələ də oranı ayrıca bir subyekt kimi göstərməkdə davam edirlər. Bu da o demək deyil ki, BMT-nin bütün qurumlarında, strukturlarında  regionda baş verən hadisələrlə bağlı hamı məlumatlıdır. Ona görə də biz işləməliyik. Bütün strukturlar çalışmalıdırlar ki, bu mandatın yaradılmasının qarşısı alınsın. Biz arxayın olmamalayıq ki, yox, belə bir hal baş verə bilməz. Əks halda, bu, ölkənin nüfuzuna çox ciddi zərbə ola bilər”.

Ekspert söyləyib ki, BMT İnsan Hüquqları Şurasının bununla bağlı hələ bir açıqlaması, bəyanatı yoxdur: “Biz preventiv tədbirlər görməliyik ki, belə bir təşəbbüs irəli aparılmasın”.

Xatırladaq ki, hazırda BMT İnsan Hüquqları Şurasının 14 ölkə üzrə belə mandatı fəaliyyətdədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:279
embedMənbə:https://525.az
archiveBu xəbər 11 İyul 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see357

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see331

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see299

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see273

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see261

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see251

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see246

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see242

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see229

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see224

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see223

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see215

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see212

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see200

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see194

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see183

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see178

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see177

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

02 Noyabr 2026 18:25see169

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri