Icma.az
close
up
RU
Erməni lobbisinin oyuncağına çevrilmiş təşkilat

Erməni lobbisinin oyuncağına çevrilmiş təşkilat

525.az saytına istinadən Icma.az xəbər verir.

Avropa Parlamenti növbəti dəfə ölkəmizə qarşı qərəzli, saxta qətnamə qəbul etdi. Ümumiyyətlə,  Avropa Parlamentinin qəbul etdiyi bu qətnamənin heç bir əhəmiyyəti yoxdur və beynəlxalq  hüquqa zidd bir sənəddir. Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur və Avropa İttifaqının Parlamentinin İttifaqa üzv olmayan dövlət haqqında qətnamə çıxarmaq mandatı yoxdur. Bu qətnamənin qəbul edilməsində fəal iştirak edən qüvvələr hər kəsə, hətta bu quruma rəhbərlik edən şəxslərə də məlumdur. Avropa Parlamenti uzun illərdir dünyadakı erməni təşkilatlarının lobbisinin əlində oyuncaq olmuş, korrupsiyalaşmış bir təşkilata çevrilmişdir. Bir neçə il bundan əvvəl AP-nin rəhbər şəxsinin və deputatlarının rüşvətxorluqda ittiham edilərək həbs olunması təşkilatın əsl simasını üzə çıxardı.

2020-ci ildən AP Azərbaycana qarşı 10-dan çox bu cür qərəzli qətnamələr qəbul etmişdir. Avropalı parlamentarilər xalqımıza qarşı dəhşətli cinayətlər törətdiklərinə, Azərbaycan ərazisində separatizm və terrorçuluqla məşğul olduqlarına görə məhkum olunan şəxsləri "müharibə əsiri", "siyasi məhbus" kimi təqdim edirlər. Qətnamədə Qarabağdan ermənilərin guya zorla qovulması və ermənilərə məxsus dini abidələrin dağıdılması ilə bağlı səsləndirilən fikirlər siyasi avantüranın bariz nümunəsidir. Əslində 30 il torpaqlarımızı işğalda saxlayan ermənilər əsl barbarlıq etmişdilər. Şəhər və kəndlərimizi viran qoymuş, məscidlərimizi dağıdaraq heyvan tövləsinə çevirmişdilər. Buraya səfər edən avropalı diplomatlar, siyasətçilər, jurnalistlər bütün bunları öz gözləri ilə görmüşdülər. Nədənsə nə AP, nə də AŞPA bu hərəkətləri qınayan bir qətnamə belə qəbul etmədilər. Bu gün Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərimizi yenidən qurur, dağıdılmış bütün dini tarixi abidələr bərpa olunur. AP isə bütün bunları görməməzliyə vurur. Səbəbi məlumdur, onlar regionda sülhün, sabitliyin yaranması ilə barışmaq istəmirlər.

Prezident cənab İlham Əliyev çıxışlarında da bildirmişdi ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, öz ərazisində separatizmin kökünü kəsməsini bir sıra qüvvələr qəbul edə bilməyəcək və bizə qarşı təzyiqlər davam edəcək. Ölkə başçımızın iradəsi və qətiyyəti sayəsində Cənubi Qafqazda sülh və sabitliyin təməli qoyuldu. Məhz bu reallığa söykənən tarixi Vaşinqton razılaşması nəticəsində Azərbaycanla Ermənistan böyük sülh sazışınə olduqca yaxındır və bütün dünyada Prezidentimizin bu təşəbbüsünün beynəlxalq səviyyədə dəstəklənməsi antiazərbaycan qüvvələrini bərk narahat edir. Azərbaycana qarşı yönəlmiş istənilən təzyiq kampaniyasına dövlətimiz tərəfindən siyasi, diplomatik və parlament səviyyəsində layiqli cavab verilir.

Kamilə Əliyeva

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://525.az
archiveBu xəbər 04 May 2026 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see302

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see294

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see266

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see240

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see236

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see234

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see229

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see227

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see225

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see215

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see199

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see197

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see196

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see195

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see193

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see191

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri