Icma.az
close
up
RU
Erməni mallarının bazarı bağlanır: Yerini Azərbaycan tutacaq?

Erməni mallarının bazarı bağlanır: Yerini Azərbaycan tutacaq?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“Rusiya Federasiyası Ermənistandan gətirilən 70 mindən çox içməli su şüşəsi və qazlı içkilərin satışını dayandırıb.

Rəsmi şərhə görə, istehsalçı göstərilən məhsullarla bağlı tələb olunan öhdəlikləri pozub. Ona görə də “Rusiya vətəndaşlarının həyatına və sağlamlığına mümkün zərərin qarşısını almaq” üçün məhsullar mağaza rəflərindən yığışdırılmalı olub”.

“Cebheinfo.az” xəbər verir ki, “Kommersant” nəşri belə yazıb. 
“Beləliklə, 2026-cı ilin avqust ayının əvvəlindən etibarən Ermənistan Respublikasından demək olar ki, bütün əsas kənd təsərrüfatı və ərzaq məhsullarının ixracı qadağan edilib.

Səbəb yuxarıda qeyd edildiyi kimi, fitosanitar və digər oxşar standartların pozulmasıdır. Eyni zamanda, bu yaxınlarda, 2 avqust 2026-cı ildə Prezident Vaahn Xaçatryan respublika qanunvericiliyinə uyğun olaraq Nikol Paşinyanın ölkənin Baş naziri vəzifəsinə yenidən təyin edilməsi barədə fərman imzalayıb. Beləliklə, baş verənləri təntənəli tarixə özünəməxsus hədiyyə saymaq olar.

Bundan əvvəl hökumət başçısı Rusiyanın daha çox ultimatuma bənzəyən tələblərini yerinə yetirmək və Avropa ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim etmək niyyətində olmadığını açıq şəkildə bildirmişdi.

Üstəlik, köhnə - yeni baş nazir təşkilatın qaydalarına istinad edərək sonuncunu tərk etməkdən imtina edib.

Sənəddə qeyd edilir ki, onun razılığı olmadan heç kim iştirakçını inteqrasiyadan kənarlaşdıra bilməz. Buna baxmayaraq, Nikol Paşinyan Ermənistan dəmir yolunun icarəsi üçün Rusiyadan ildə 2 milyard dollar tələb edə biləcəyini açıqlayıb. Rusiya Dəmir Yolları da qəzəblənib”, - deyə “Kommersant” nəşri qeyd edir.

Rusiyanın iqtisadi təzyiqlərinin artması Ermənistanın 2026-cı ilə dair ümumi daxili məhsulunun həcmində və növbəti ilin büdcə göstəricilərində öz təsirini göstərə bilər.  

Artıq Ermənistandan kənd təsərrüfatı və ərzaq məhsullarının idxalı tamamilə dayanıb. Ermənistan Mərkəzi Bankının sədr müavini Ovannes Xaçatryan bildirib ki, Rusiyaya ixracın azalacağı  və ya dayandırılacağı təqdirdə, ölkə iqtisadiyyatı üçün ciddi problemlər yaranacağını deyib.

Onun sözlərinə görə, Ermənistan iqtisadiyyatının ÜDM-in təxminən 1,5-2 faizinə bərabər olan hissəsi risq altına düşəcək.
Söhbət təchizat azalarsa, digər bazarlara yönləndirilərsə və ya daha aşağı qiymətlərlə satılarsa, iqtisadiyytaın həssas ola biləcək hissəsindən gedir.

Risq kateqoriyasına çiçək, mineral sular, bəzi spirtli içki növləri, tərəvəz, meyvə, giləmeyvə, üzüm, kartof, quru meyvə, süd məhsulları diri balıq və balıq məhsulları aiddir.

Qeyd edilən siyahıya nəzər saldıqda, həmin məhsulları Azərbaycanın da istehsal və ixrac etdiyini görmək olar. Yəni Ermənistan məshullarının Rusiya bazarından sıxışdırılması Azərbaycan üçün əlverişli satış imkanı yarada bilər.

Üstəlik, Ermənistanla müqayisədə Azərbaycanın iqlim şəraitinin daha əlverişli olması məhsulların keyfiyyətinə müsbət təsir göstərməklə yanaşı, Rusiya bazarında ona tələbatı da artırır.  

Moskvanın Ermənistana tətbiq etdiyi iqtisadi qadağalar artan xətt üzrə getdiyindən Azərbaycan üzərindən göndərilən tranzit məhsullarının da dayandırılacağı istisna olunmur.

Söhbət benzin, gübrə, taxıl, ərzaq buğdasından gedir. Bu da öz növbəsində, Ermənistanda daxili siyasi vəziyyətin gərginləşdirilməsinə hesablanıb.
“Güclü Ermənistan” partiyasının sədri Samvel Karapetyanın

“Məhdudiyyətlər əhalini yoxsullaşdırır. Yoxsul əhalini isə idarə etmək asandır. Mən baş nazir olsam belə olmazdı” -deməsi Rusiyanın təzyiqlərinin revanşist müxalifətinin əlinin gücləndirilməsinə xidmət ediyini göstərir.   

Rusiyanın Azərbaycanla münasaibətlərdə belə siyasi problemləri olmadığından ticarət əməliyyatlarına mane olacaq səbəb də yoxdur. 

Ona görə də Azərbaycan Rusiya üçün Ermənistanla müqayisədə alternativ tədarükçü kimi çıxış edə bilər. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Avqust 2026 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see327

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see325

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see318

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see308

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see304

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see300

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see299

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see270

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see264

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see260

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see258

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see256

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see250

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see247

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see245

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see244

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see208

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see207

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri