Icma.az
close
up
RU
“Erməni millətçi irredentizmi və Qarabağ müharibələri” adlı kitabın təqdimatı keçirilib

“Erməni millətçi irredentizmi və Qarabağ müharibələri” adlı kitabın təqdimatı keçirilib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 5 fevral, AZƏRTAC

Fevralın 4-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Erməni millətçi irredentizmi və Qarabağ müharibələri” adlı kitabın təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev kitabda Azərbaycan-Ermənistan münaqişəsinin tarixi məqamlarına toxunulduğunu bildirib. Diqqətə çatdırıb ki, erməni diasporu hələ də qondarma soyqırımı və keçmiş münaqişə barədə bir sıra narrativləri davam etdirir. “Erməni millətçiləri dünyaya sübut etməyə çalışırlar ki, bütün məsələlər 1988-ci ilin fevralından başlayıb. Onlar, həmçinin xalqların öz müqəddəratını təyinetmə hüququna əsaslanaraq tarixi reallıqları ört-basdır etməyə çalışırlar. Ermənilərin hərəkatı "Miatsum”la başlayıb, bu da əslində, irredentizmdir”, - deyə o vurğulayıb.

Milli Məclis sədrinin müavini Musa Qasımlı Prezident İlham Əliyevin rəhbərliyi ilə hər bir azərbaycanlının arzuladığı məsələnin – torpaqlarımızın azad edildiyini, suverenliyimizin tam bərpa olunduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan Qarabağ məsələsini həll etmək üçün təkcə Ermənistanla savaşmadı. Vurğulanıb ki, bu gün Türk dünyası ilə birbaşa avtomobil və dəmir yolu əlaqələrimizin olmamasının səbəbi Qərbi Zəngəzurun Ermənistana verilməsidir. “Xarici ölkələrdən ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi əvvəldən planlaşdırılan ideyanın bir hissəsi idi. İndi də kilsə və qondarma soyqırımı erməni ideologiyasının iki əsas sütunudur",- deyə deputat əlavə edib.

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini İlqar Niftəliyev 1991-ci ildən sonra Azərbaycan tarixçilərinin Qarabağ məsələsi barədə xeyli kitablar yazdığını, araşdırmalar apardığını deyib. Qeyd edilib ki, təqdimatı keçirilən kitabda erməni millətçiliyinin irredentizmi xronoloji olaraq göstərilib. Ermənilər tarixin mühüm mərhələlərində anti-türk siyasətlərini və qonşularına qarşı ərazi iddialarını ortaya qoyub, öz niyyətlərini həyata keçirməyə çalışıblar.

Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi Nazim Mustafa kitabın keçmiş Qarabağ münaqişəsinə yeni baxış olduğunu qeyd edib. N.Mustafa Qarabağ məsələsinin ermənilərin gündəliyindən heç vaxt çıxmadığını və bu barədə dövrün arxiv sənədlərinin mövcud olduğunu bildirib. O, tarixdə ilk erməni dövlətinin 1918-ci ildə qurulduğunu və bundan sonra erməni irredentizminin başladığını vurğulayıb. Tarixçi, eyni zamanda, Ermənistanın Azərbaycan torpaqlarını öz ərazisinə birləşdirmək səylərindən danışıb və bunun əvvəldən planlaşdırılan bir addım olduğunu vurğulayıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, kitabın müəllifi Cavid Vəliyev qeyd edib ki, kitab bugünkü Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını və sülh danışıqlarının gələcəyini anlamaq üçün önəmlidir.

Qeyd edək ki, kitab “İrredentizm üçün müttəfiq axtarışı”, “Ermənistanda milli reabilitasiya dövrü və artan millətçilik”, “1965-ci il mitinqi və irredentizmin sürətlənməsi” və “Miatsum”a gedən yol” başlıqlı fəsillərdən ibarətdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Fevral 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri