Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Ötən onilliklərin solmayan kinolentləri

Ölümdən sonra insanı nə gözləyir?

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Oskanyan, “erməni soyqırımı” və Qarabağ mərəzi

Oskanyan, “erməni soyqırımı” və Qarabağ mərəzi

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətdən uzaqlaşdırılmalıdır. Bunu ölkənin keçmiş xarici işlər naziri, özünün avantürist açıqlamaları ilə erməni revanşist-şovinistlərin sevimlisinə çevrilmiş Vardan Oskanyan bildirib. O, saxta “soyqırımı” iddiasının 110 illiyi ilə bağlı paylaşdığı sosial şəbəkə postunun sonunda belə qənaətə gəlib.

Əvvəlcə, bir xarakterik xüsusiyyəti diqqətə çatdıraq. Məsələ ondadır ki, V.Oskanyan bitlə bağlı sualı öyrənən və özünün yarımçıq dünyagörüşü ilə imtahana gələn, bəxtinə isə itlə bağlı sual düşmüş tələbəyə bənzəyir. Təxminən, belə: it tüklü heyvandı, tükün üstündə bit var, bitə məməli canlılarda rast gəlinir və sair və ilaxır. Keçmiş XİN rəhbəri də saxta “erməni soyqırımı”ndan söz açır, tezliklə Qarabağ məsələsinə keçir. Onun bəzi fikirlərini diqqətə çatdıracağıq. Hələlik isə N.Paşinyanın “soyqırımı” mövzusuna münasibətinə aydınlıq gətirək.

Nikol və tərəfdarları saxta iddiaya bir qədər fərqli prizmadan yanaşırlar. Əlbəttə, deyə bilmərik ki, onlar siyasətlərini heç bir analoqu olmayan tarixi yalan üzərində qurmurlar. Yəni hakim hay komandasının “soyqırımı” məntiqindən kənar dayandığını söyləmək doğru sayılmaz. Hərçənd, ilk baxışdan, belə təəssürat yaranır ki, rəsmi İrəvan bu iddianın cəfəng mahiyyət daşıdığı qənaətindədir. Ancaq Nikolun “erməni soyqırımı”nın beynəlxalq miqyasda tanınmasını ölkənin xarici siyasət prioritetindən kənarlaşdırması nə isə demək deyil.

Beləliklə, Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışdığı görüntüsünü yaradan Paşinyan Ankaranı qıcıqlandırmaq istəmir. Daha doğrusu, qıcıqlandırmadığına dair rəy formalaşdırır. Axı xaricdəki ağalarının konkret tapşırıqları var: “soyqırımı” ritorikasından uzaq durulması barədə. Nikol tapşırığı heçə saya bilməz və o, “erməni soyqırımı” ilə bağlı tarixi həqiqətləri araşdırmağın vacibliyini vurğulamaqla kifayətlənir.

Qeyd edək ki, vaxtilə rəsmi Ankara İrəvana belə bir təklif irəli sürmüşdü. Həmin təklifə görə, arxivlər açılmalı və alimlər 1915-ci ildə baş verənləri yenidən öyrənməli idilər. Lakin Paşinyandan əvvəlki erməni iqtidarı Türkiyənin bu çağırışına məhəl qoymamışdı. Həmin iqtidarın təmsilçiləri “erməni soyqırımı”nın heç bir müzakirə predmetinə çevrilməyəcəyini açıqlamış və kor inadlarından əl çəkmək niyyətində olmadıqlarını ortaya qoymuşdular.

Bir məqamı da vurğulayaq ki, hazırda Türkiyə cəbhəsində “erməni soyqırımı” məsələsi ilə bağlı səssizlikdir. Birincisi, ölkə çox güclüdür və cəfəng məsələlərə reaksiya vermir. İkincisi, geniş mənada yanaşsaq, “erməni soyqırımı”nda beynəlxalq ictimayyət də maraqlı deyil. Türkiyə xarici aləm üçün mühüm aktordur və onunla konfliktə gedilməsi münasib sayılmır. Erməni iqtidarı özünü bu baxışa adekvat aparır və aparmağa məhkumdur.

***

Ancaq N.Paşinyan iqtidarının “soyqırımı” məsələsinə ümumi önəmi baxımından dörd xarakterik durumdan söz aça bilərik. Birincisi, Nikol və tərəfdarları 2023-cü ildə azərbaycanlı ekofəalların və qeyri-hökumət təşkilatları təmsilçilərinin Laçın–Xankəndi yolunda keçirdikləri davamlı aksiyanı Azərbaycan hakimiyyətinin Qarabağ ermənilərinə qarşı “soyqırımı” kimi qələmə vermiş və bu zaman 1915-ci ilə aid saxta tarixin yenidən təkrarlandığı qənaətinə gəlmişdilər. İkincisi, rəsmi İrəvan həmin ilin sentyabrında Qarabağ ermənilərinin bölgəni tərk etmələrini də eyni prizmadan, həmçinin “etnik təmizləmə” olaraq qiymətləndirmişdi. Üçüncüsü, Ermənistan xarici işlər nazirliyi ötən ilin sonuna doğru İrəvanda soyqırımı cinayətləri ilə mübarizə mövzusunda beynəlxalq toplantı təşkil etmişdi. Həmin toplantının çıxış nöqtəsi qismində 1915-ci il hadisələrinin təkrarlanması, daha doğrusu, təkrarlanmasına yol verməmək məntiqi əsas götürülmüşdü. Dördüncüsü, hazırkı erməni hakimiyyəti beynəlxalq miqyasda da öz havadarlarını “erməni soyqırmı” ilə bağlı təlimatlandırıb. Bu “təlimata” görə, ikincilər Azərbaycana qarşı kampaniya apararkən, Qarabağda yaşananları “soyqırımı” kontekstində təqdim etmək kimi sərsəm işə girişirlər. Söhbət beynəlxalq hüquq üzrə argentinalı dələduz Luis Morena Okamponun qopardığı vay-şivəndən, hər vasitəilə Azərbaycanı, guya, soyqırımı həyata keçirən ölkə qismində göstərməsindən, habelə soyqırımlarına qarşı beynəlxalq mübarizəyə kökləndiyini iddia edən Lemkin İnstitutu adlandırılan təşkilatın “canfəşanlığından”, ölkəmizə qara yaxmaq cəhdlərindən gedir. Nəzərə alaq ki, bütün bu sərsəmliklərin hər birində Azərbaycanla yanaşı, Türkiyə də hədəfə alınıb.

***

Uzun sözün qısası, V.Oskanyan qətiyyən narahat olmasın. Paşinyanın da erməni xislətinə “sadiqliyində”, tipik erməni xəstəliyinin təzahür formalarını üzə çıxarmasında “soyqırımı” amilinə istinad var. Digər tərəfdən, ola bilməz ki, Paşinyan iqtidarı patoloji xarakterə malik erməni xəstəliyinin ən müxtəlif təzahür formalarını yaşatdığı halda, “soyqırımı” kimi, belə demək mümkünsə, çox böyük simptomdan uzaq dayansın. Yəni, Oskanyanın itdən yox, bitdən söz açması, onun hazırkı erməni iqtidarına nifrətindən başqa bir şey deyil.

Ancaq keçmiş XİN rəhbəri fikirlərinə dramatizm tonu qazandırmaq üçün dəridən-qabıqdan çıxır. Məsələn, o bildirir ki, N.Paşinyan “soyqırımı” zamanı həyatını itirmiş 1,5 milyon erməninin ruhunu təhqir edir və bu, ağlasığmaz günahdır. Onun sözlərinə görə, Nikol ermənilərin özlərinə “soyqırımı niyə baş verdi?” sualını verməli olduqlarını bildirməklə, habelə qurbanların məsuliyyətinə eyham vurmaqla, tarixin təhrifi üçün ən məkrli vasitələrdən birinə əl atır. Yeri gəlmişkən, Paşinyanın bu fikri başqa reallığa işıq salmaq imkanı yaradır. Həmin reallıq isə tarixi faktdır.

***

Məsələ ondadır ki, Ermənistanın və havadarlarının “soyqırımı” kimi qələmə verdikləri olay erməni əhalinin yaşadığı Osmanlı imperiyasının bir tərəfindən başqa yerinə köçürülməsidir. Həmin dövrdə ermənilərdən başqa heç bir xalq belə aqibətlə üzləşməmişdi. Onu da demək olmaz ki, Osmanlıda qeyri-millətlərə qarşı ayrı–seçkilik olub. Digər dinlərin və məzhəblərin daşıyıcıları imperiyanın təbəəsi kimi rahat yaşayıblar. Deməli, ortada səbəb var. Səbəb isə erməni varlığının hər zaman dövlətə üz çevirməsidir.

Diqqət yetirək, XIX əsrin sonlarına doğru Qərbin müxtəlif dairələri Osmanlıya qarşı “erməni kartını” işə salıblar. Nəticədə dövlətin müxtəlif yerlərində erməni terror təşkilatları tərəfindən amansız qətllər, terrorlar, soyğun və qarətlər törədilib. Bu əməlləri həyata keçirən anarxist millətçilər elə həmin erməni əhalinin içərisindən çıxırdılar. Kiminin oğlu, kiminin qardaşı, kiminin qohumu anarxizmin və avantürizmin təsiri altına düşür və qruplaşmalara qoşulurdu.

Birinci dünya müharibəsinin başlamasından sonra həmin qruplaşmaların “aktivliyi” artdı. Belə olan halda dövlət çıxılmaz vəziyyətə düşdü. Yəni, Osmanlının erməniləri köçürmə siyasəti məhz həmin çıxılmaz durumdan qaynaqlandı. N.Paşinyan “soyqırımı niyə baş verdi” sualını qabardarkən, dediklərimizi nəzərdə tutursa, hadisə və proseslərə ayıq başla yanaşır. Hərçənd, buna şübhəmiz var. Yaxşı olar ki, Oskanyan da eyni şübhəni daşısın və əmin olsun ki, beynəlxalq aləm anti-türk məntiqini işə salsa, Nikol “erməni soyqırımı”nı “əsaslandırmaq” naminə xeyli “sanballı” həyasızlıq elementləri tapacaq.

***

V.Oskanyanın həyasızlığına gəlincə, bu məxluqun milli fəlakət məntiqində Qarabağın başlıca yeri tutduğu aydındır. O, bölgənin əldən çıxmasını, oranın erməni əhalisinin ərazini tərk etməsini, habelə “suveren Ermənistanın ərazilərinin işğalını”, “Bakı həbsxanalarında saxlanılan erməni məhbuslar” məsələsini “soyqırımı” kimi qələmə verir. Sən demə, beynəlxalq ictimaiyyətin durumu aradan qaldırmağa hazırlığına dair aydın siqnallar verməsinə baxmayaraq, Paşinyan tərpənmək istəmir və bu, həm də Qarabağ ermənilərinin bölgəyə qayıtmaq hüququna başlıca maneədir. “Paşinyanın sözləri Ermənistanın xaricdəki mənəvi nüfuzunu sarsıtmaqla yanaşı, həm də xalqımızı birləşdirən kollektiv yaddaşı məhv etməklə hədələməkdir”, – deyən Oskanyanın fikrincə, erməni xalqı qondarma soyqırımının 110 illiyinin tamam olacağı aprelin 24-də birləşməlidir. Birləşməli və “Ermənistanın ləyaqətinin, milli ideallarının bərpası əzminə sadiqlik” göstərməlidir: “Paşinyan ölkəni bütün mənəvi, siyasi və hüquqi haqlardan məhrum edib. Ədalətin bərpası və milli dirçəliş yolu onun hakimiyyətdən uzaqlaşdırılmasından keçir”.

***

Sonda qeyd edək ki, V.Oskanyan əvvəllər də N.Paşinyana, ümumən, hazırkı erməni iqtidarına qarşı sərt fikirlər səsləndirib. Düzdür, Nikol və tərəfdarları qocaldıqca çoban itinə oxşayan bu xəstə məxluqun cavabını veriblər. Ancaq ona qarşı sərt tədbirlər görülməyib. Axı Paşinyan, bir qayda olaraq, siyasi opponentlərini, az qala, 1937-ci ilin repressiyalarına bənzər üsullarla cəzalandırır. Ölkənin keçmiş prezidentləri Serj Sarkisyan və Robert Koçaryan bu rəftarla üzləşiblər və yenə üzləşirlər.

Yada salaq ki, onlar bir balaca danışmağa başlayanda, Nikol dərhal keçmişdəki korrupsiya əməllərini üzə çıxarır və subliminal şəkildə həm Koçaryanı, həm də Sarkisyanı, o cümlədən onların yaxın ətraflarını həbslə hədələyir. V.Oskaynaya isə bu mənada diqqət yetirən yoxdur. Səbəb çox sadədir. Əgər Sarkisyan və Koçaryan kimi tipajlar üçün erməni avantürizminin ayrı-ayrı elementlərindən istifadə şəxsi planda varlanmaq vasitəsi idisə, Oskanyan XİN rəhbəri olanda bunları düşünməyib. Yəni Vardan avantürizmin saxta köpəyi, ayı xidməti ampluasının daşıyıcısı obrazında olub. Heç şübhəsiz, Paşinyan iqtidarı da bunu yaxşı bilir. Ona görə Oskanyana xəstə adam kimi yanaşır, danışdıqlarına əhəmiyyət vermir və onu həbsdə çürütmür.

Əksinə, V.Oskanyan kimi, belə demək mümkünsə, idealist ruhlu avanütristlərin mövcudluğu həm Nikola, həm də onun xaricdəki havadarlarına çox lazımdır. Belələri erməni cəmiyyətinin ambisioz müvazinətini saxlayır, özləri də fərqinə varmadan, sadə erməniləri xəstə təfəkkürün təsirində saxlamağa kömək göstərirlər. Deməli, Oskanyanın bundan sonra da fəal şəkildə sərsəmləyəcəyini gözləmək mümkündür. Paşinyan iqtidarı üçün adamın nə danışması, nə yazması, nələri deməsi hansısa önəm daşımır. Əsas odur ki, cəfəngiyyatı bol eləsin.

Ə.RÜSTƏMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Aprel 2025 01:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see280

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see244

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see227

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see190

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see189

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see167

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see162

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see159

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see159

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see158

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see158

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see157

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see156

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see155

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see154

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see150

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see149

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see148

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see148

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri