Icma.az
close
up
RU
Erməni millətçilərinin tarixi üz qaralığı

Erməni millətçilərinin tarixi üz qaralığı

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan tarixinin qanlı səhifələrindən biri olan Xocalı soyqırımı tək bir xalqın deyil, bütövlükdə, insanlığın yaşadığı ən dəhşətli cinayətlərdən biridir. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının birbaşa iştirakı ilə Xocalı şəhərinə hücum etdilər. Həmin müdhiş gecədə dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutuldu.

Bu hərbi təvavüz nəticəsində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı insan amansızcasına qətlə yetirildi, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verildi. 8 ailə tamamilə məhv edildi, 56 nəfər xüsusi işgəncələrlə öldürüldü, 1275 nəfər əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də naməlum olaraq qalır. Xocalı şəhəri yerlə-yeksan edildi, mülki infrastruktur, tarixi və mədəni abidələr məhv edildi.

Xüsusilə qeyd edilməlidir ki, Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Erməni cəlladlarının Xocalıda törətdikləri vəhşilik heç zaman unudulmayacaq. Çünki həmin gecə baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyildi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət idi. Buna baxmayaraq, o zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiymət verilməsi, qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir addım atmamışdı. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra bu qanlı faciəyə hüquqi-siyasi qiymət verilmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımını Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirərək bu faciənin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq hüquqi qiymət alması üçün mühüm addımlar atdı. Belə ki, 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verdi və 26 fevral “Xocalı soyqırımı günü” elan edildi. Ulu öndər çıxışlarında belə bir fikri dönə-dönə qeyd edirdi: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi – Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır – vəhşiliyin görünməmiş təzahürüdür”. Ümumilli lider Heydər Əliyev Xocalı soyqırımını törədənlərin gec-tez ədalət qarşısında cavab verəcəyini və bu faciənin unudulmaması üçün gənc nəslin həqiqətləri bilməsinin vacibliyini xüsusi vurğulayırdı. Bu səbəbdən ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad olunmasına xüsusi diqqət yetirilir. Məhz Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.

Ulu öndər Heydər Əliyevin başladığı bu işlər onun siyasi kursunu layiqincə həyata keçirən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan dövləti “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Xocalı həqiqətlərini dünya ictimaiyyətinə daha geniş çatdırmaq istiqamətində səmərəli işlər görür. Yeri gəlmişkən, 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət” beynəlxalq kampaniyası qlobal miqyasda insan hüquqlarının müdafiəsi sahəsində aparılan ən böyük maarifləndirmə hərəkatlarından biri kimi qəbul edilir.

Kampaniya zamanı Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinin çatdırılması, bu cinayətin beynəlxalq hüquqi müstəvidə soyqırımı kimi tanınmasına nail olunması istiqamətində mühüm işlər həyata keçirilir. Bununla yanaşı, Xocalı qurbanlarının xatirəsini əbədiləşdirilməsinə xüsusi diqqət yetirilir. Bütövlükdə, bu kampaniya insan hüquqları, sülh və ədalət uğrunda mübarizəyə töhfə vermək kimi strateji məqsədləri özündə birləşdirir.

Bu günə qədər dünyanın bir çox ölkələrinin parlamentləri, beynəlxalq təşkilatlar və insan haqları qurumları Xocalı faciəsini soyqırımı və insanlığa qarşı cinayət kimi tanımışdır. “Xocalıya ədalət” kampaniyası dünya ictimaiyyətinə göstərir ki, bu faciə sadəcə bir xalqın deyil, bəşəriyyətin faciəsidir və belə cinayətlərə heç vaxt göz yumulmamalıdır. Xocalı qurbanlarının ruhuna ədalət tələb etmək təkcə azərbaycanlıların yox, bütün vicdanlı insanların borcudur. Məhz bunun nəticəsidir ki, indiyədək Pakistan, Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, İordaniya, Peru, Honduras, Panama, Sudan, Paraqvay, Şotlandiya və digər ölkələrin parlamentləri Xocalı soyqırımını rəsmən tanımış, ABŞ-ın 20-dən çox ştatında bu faciə ilə bağlı müvafiq qətnamələr qəbul olunmuşdur.

Tarixdə insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlər sırasında Xocalı soyqırımı öz qəddarlığı və miqyası ilə Holokost, Xatın və Srebrenitsa kimi faciələrlə bir sırada dayanır. Bu qətliamlar yalnız müəyyən bir xalqın deyil, bəşəriyyətin qan yaddaşına yazılmış ağrılı səhifələrdir.

Lakin tarixi ədalət gec-tez bərpa olunur. Xocalının azad edilməsi və Qarabağda suverenliyimizin tam təmin olunması bunu bir daha sübut etdi. Uzun illər boyu xalqımız Xocalı soyqırımının ağrısını yaşasa da, heç vaxt ədalətin bərpasına olan ümidini itirmədi. Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı.

2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı. 44 günlük müharibədə misilsiz igidlik göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Bu, yalnız bir şəhərin azad olunması deyil, tarixi ədalətin və milli qürurun bərpası idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Tarixi ədalət yalnız keçmişi xatırlamaq deyil, həm də gələcəyi qurmaqdır. Bu gün Xocalı azaddır və bu, Azərbaycanın gücünün, qətiyyətinin və ədalət uğrunda apardığı mübarizənin təntənəsidir. Xocalının azad olunması ilə şəhərdə genişmiqyaslı yenidənqurma işlərinə start verildi. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı şəhərində infrastruktur bərpa edilir, yeni yaşayış kompleksləri, məktəblər, sosial obyektlər tikilir. 2024-cü il fevralın 26-da Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının təməlini qoydu və rayon ictimaiyyəti ilə görüşdü. Bundan sonra, mayın 28-də, dövlət başçısı və birinci xanım Mehriban Əliyeva Xocalıda yenidən qurulmuş yaşayış binaları ilə tanış oldu və ilk sakinlərin doğma torpaqlarına qayıdışına şahidlik etdilər.

Eyni zamanda, şəhərdə yol infrastrukturu, enerji və su təchizatı sistemi bərpa edilir, Xocalının tarixi və mədəni irsi qorunaraq müasir şəhər konsepsiyasına uyğun inkişaf etdirilir. Bütün bunlar Xocalını tərk etməyə məcbur olmuş sakinlərin layiqli həyat şəraitinə qovuşması və şəhərin yenidən çiçəklənməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdir. Azərbaycanın quruculuq siyasəti Xocalının təkcə tarixdə faciə yeri kimi deyil, həm də dirçəlişin və qələbənin simvolu kimi tanınmasını təmin edəcək.

Xocalı faciəsini unutmaq mümkün deyil və unutmamalıyıq! Bu faciəni törədənlərin hamısı istisnasız olaraq gec-tez beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməlidirlər. Xocalı soyqırımının dünya miqyasında tanıdılması və ona hüquqi qiymət verilməsi hər birimizin vətəndaşlıq borcudur. Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin hüzn və ehtiramla anır, Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Azər ALLAHVERƏNOV,
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Fevral 2025 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see355

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see342

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see329

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see323

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see315

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see305

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see296

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see292

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see264

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see249

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see242

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see229

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see225

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see209

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see200

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see198

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see194

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri