Icma.az
close
up
RU
ERMƏNİ MİLLİ İDEYASININ SONU Ermənistanı xəritədən siləcək tutarlı səbəblər

ERMƏNİ MİLLİ İDEYASININ SONU Ermənistanı xəritədən siləcək tutarlı səbəblər

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Namiq Bilal

Dunya ildırım sürətilə dəyişir. Ortalıqda beynəlxalq hüquq deyə bir şey qalmayıb. Orta əsrlərdə olduğu kimi, yenə həlledici faktor güc olur. Deməli, çox ölkələrin sərhədləri dəyişəcək, xəritələr yenidən cızılacaq.

Xəritələrin dəyişəcəyinə inanmayanlar Avropanın 1990-cı il xəritəsi ilə 2025-ci il xəritəsini müqayisə etsinlər. Bu gün sərhədlərin toxunulmazlığı prinsipini ayaqlar altına atan dövlət də dünənə qədər həmin toxunulmazlığın əsas qarantı rolunu oynamış ABŞ-dir. Heç şübhəsiz, bu çalxantılar Cənubi Qafqazdan da yan keçməyəcək. Həll olunmamış problemlər, zorla həyata keçirilmiş ərazi qəsbkarlığı, dünya güclərinin həyati əhəmiyyətli geopolitik çəkişmələri, hamısı bu regionda tıxanıb qalıb. Və bu tıxanma uzun sürə bilməz. Yeni dünya güclə qurulursa, regionun əsas güc sahibləri olan Türkiyə və Azərbaycan bu fürsəti yetərincə dəyərləndirəcəklər...

Siyasi-diplomatik oyunbazlıqların arxa plana itələndiyi və yeganə işlək faktorun hərbi güc olduğu yeni dünyada Qafqazdakı itirən tərəf Ermənistandır. Erməni tərəfi də qaçılması mümkünsüz olan yeni fəlakətin fərqindədir. Məsələn, ciddi erməni politoloqları ictimai səhnədə belə fikirlər səslədirirlər: ˝Türklərin zəif olduğu dönəmlərdə Zəngəzur zorla Azərbaycandan qoparılaraq Ermənistana verilib. İndi türklər çox gücləniblər və Zəngəzuru geri almaq fikrindən vaz keçməyəcəklər˝. Üstəlik, Baş nazir Paşinyan da daxil bütün erməni elitası ˝Ermənistanı bir dölət kimi qoruyub saxlaya biləcəyikmi˝ əndişəsi içində qıvrılırlar.

Problemlər içəridən daha yaxşı görünür. Ermənilər də tarix boyu buraxdıqları böyük səhvlərin Ermənistan dövlətinin mövcudluğu üçün hansı təhlükəni yaratdığını ilikləri ilə hiss edirlər. Bu millətin ən böyük səhvi yüz milyondan çox türkün yaşadığı böyük türk coğrafiyasında antitürk zopası olmağa razılaşmasıdır. Ermənistan dövlətini ruslar qurub və ermənilər qarşısında qoyulan tələb belə olub: ˝Sizə dövlət qururuq ki, bizim antitürk qalamız olasınız˝.

Zbiqnev Bzejinskinin ˝Böyük şahmat taxtası˝ əsərində belə bir ifadə var: ˝Türk anadan əlində qılınc doğulur˝. Antitürk zopası olmağın qarşılığında ˝Dənizdən dənizə böyük Ermənistan˝ qurulacaqmış. Və buna ciddi-ciddi inanmışdılar. Amma olmadı. Çeşidli havadarlarının yüz illər boyu ilmə-ilmə toxuduğu böyük qurğunu türklər 44 günə darmadağın etdilər.

Ermənilər çox böyük miqdarda və acımasızcasına günahsız türk qanı töküblər. Millətlərin qan yaddaşından sivil qətliamları silinmir. Acımasız və gərəksiz sivil qətliamları açıqsa sübuta yetirib ki, erməni milləti xarici fitnəkarlığa asanlıqla uyan təhlükəli toplumdur. Bu məqam ˝ya sən, ya da səni˝ prinsipini türklər üçün qaçılmaz seçim halına gətirir. Bunu erməni toplumu da anlayır, öz tökdükləri qan elə öz millətləri üzərində çox ağır psixoloji basqı və qorxu yaradır. Heç şübhəsiz, Xankəndinin belə asanlıqla boşalmasının əsas səbəbi də tökdükləri böyük qanın erməni beyinlərində yaratdığı qorxu olub.

İndi də ermənilər öz dövlətlərini təhlükəyə atan digər çox əhəmiyyətli səhvlərini yaşayırlar. Dünyanın dərindən çalxalandığı yeni dönəmdə erməni milləti özü üçün konkret geopolitik yön seçə bilmir. Erməni cəmiyyəti ˝Qərb meyilli˝ və ˝Rusiya meyilli˝ olaraq iki hissəyə bölünüb. Ortalıqda dərin parçalanma və milli qərarsızlıq var. Millət bölünüb, elitalar parçalanıb, qrup maraqları dövlət maraqlarını böyük ölçüdə üstələyir. Kritik məqamda birləşmək əvəzinə parçalanmaq dövləti məhv edəcək qədər böyük xatadır.

Nəhayət, erməni dövlətinin mövcudluğunu böyük şübhə altına salan faktor erməni milli ideyasının param-parça edilməsi oldu. Bu ideya Cənubi Qafqazda və Şərqi Anadoluda “böyük Ermənistan” dövlətinin yaradılması idi. Erməni kilsəsi və erməni diasporu regionda maraqları olan böyük güclərin də dəstəyini arxasına alaraq həmin ideyanı erməni beyinlərinə yerləşdirə bilmişdi. Erməniləri Cənubi Qafqazın sərt dağlarında uzun illər boyunca yaşadan məhz həmin ideya olub. Bu ideya torpağa gömüldüsə, erməniləri Cənubi Qafqazda saxlayacaq motiv də aradan qalxmış olur. Əslində, ermənilərin milli mentaliteti torpağa, dövlətə bağlılığı ilə seçilmir. Belə bir erməni məsəli var: ˝Pul harda, vətən orda˝. Milli ideya yoxdursa və pul da yoxdursa ermənilər bu torpaqlardan gedəcəklər. Həm də başları üzərində özlərinin yaratdıqları böyük türk qorxusu varsa.

Bütün deyilənləri bir sapa düzərək nəzərdən keçirək. Dünyada həlledici faktor hərbi güc olur, ermənilərin isə sayları azdır, iqtisadiyyatları zəifdir, hərbi gücləri isə yox səviyyəsindədir. Ermənistan dövləti strateji inkişaf yönünü seçə bilmir, milli elitalar daxili didişmələrin tam ortasındadır. Diaspora ikiyə bölünüb, Rusiya və Qərbdəki erməni diasporları bir-birini düşmən elan edirlər. Rusiya və Qərb havadarları da öz maraqlarının hayındadırlar. Ermənistana görə vuruşacaq kimsə yoxdur. Və tam əksinə, rəqibləri olan türklərin sayı yüz milyonlardır, hərbi və geopolitik təsir gücləri də hər keçən gün daha da böyüyür. Digər tərəfdən, Avropa və Çin kimi beynəlxalq güclər Orta İpək Yolu xəttinin maneəsiz işləməsində maraqlıdırlar. Bütün tərəflər qəbul edir ki, Zəngəzur da daxil, bu yol başdan başa türk yolu olursa yalnız o zaman maneəsiz tranzit güzargahına çevriləcək. Başqa sözlə, həm hərbi güc, həm demoqrafik vəziyyət, həm də beynəlxalq konyuktur böyük ölçüdə türklərin lehinədir. Üstəlik, ortada böyük qan və böyük qorxu var. Belə şəraitdə bir ovuc erməninin min bir hiylə ilə qəsb olunmuş türk torpaqlarında uzun müddət müstəqil dövlət kimi mövcud olmaları sağlam məntiqin əleyhinədir.

Ermənistanın xəritədən silinməsi prosesi Zəngəzurdan başlanacaq. Hələlik bu məsələ bir kənara itələnmiş kimi görünür. Amma strateji türk səbri və ağlı çalışır və bu məsələni başlı-başına buraxmayacaq. Buraxa da bilməz. Bu sərt dünyada dövlət kimi qalmaq istəyirsənsə, gərəkəni etməlisən.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 Mart 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see229

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see191

Ferrari nin rəhbəri ilə anası arasında varislik davası Məhkəmə qərarı nə olacaq?

02 Oktyabr 2025 12:04see172

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see157

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see155

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

02 Oktyabr 2025 04:35see143

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

02 Oktyabr 2025 04:18see141

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see140

Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

02 Oktyabr 2025 12:38see136

Samuxda ər boşanmaq istəyən arvadını başından bıçaqlayıb

02 Oktyabr 2025 07:46see132

İnternet, yemək içmək və yatmaq: Monteneqroda dünyanın ən qeyri adi yarışlarından biri başladı

02 Oktyabr 2025 04:02see126

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see126

Papa Leo: ABŞ Prezidentinin Qəzza üçün sülh planı real təklifdir

02 Oktyabr 2025 02:18see125

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see123

Türkiyəli yutuber “Qarabağ”a görə TRT ni tənqid etdi Video

02 Oktyabr 2025 14:33see123

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see121

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see121

Oktyabrın 3 də havanın temperaturu dəyişəcək

02 Oktyabr 2025 12:35see119

Donald Tramp Yaxın Şərqdə sülh planına dəstək verən ölkələrlə bağlı paylaşım edib

02 Oktyabr 2025 08:41see118

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri