Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Ermənistanı Polşaya sevdirən “səbəblər”

Ermənistanı Polşaya sevdirən “səbəblər”

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dudanın İrəvan “monoloqu”, Paşinyanın seçimi...

Sirr deyil ki, Qərbin “Şərq planları” Ukraynada “daşa dəydi”. Bir sıra ölkələrin əli ilə keçmiş post-sovetdə özünün təsir dairəsini yaradacağını düşünən Qərbin “ildırım sürətli” layihələri heç də güman edildiyi şəkildə reallaşmadı. Şərqə doğru genişlənməklə özünün təkqütblü dünya ideyasını həyata keçirəcəyini düşünən Bayden administrasiyası və onun “müttəfiqləri” ayrı-ayrı ölkələri bu planda “piyada” şəklində istifadə edir - məhz bu “piyadaların” əli ilə təbliğat kampaniyası qurur, yeni situasiya yaratmağa çalışır, başından böyük vədlər verir və qarşısındakını da bu vədlərə inandırmağa çalışır.

Məsələn, vaxtilə Fransanın əli ilə Ermənistan aktiv “qərbyönümlü oyun”lara cəlb edilirdi. Hətta Paris İrəvanı 2020-ci il Vətən müharibəsindən sonrakı reallıqları “dəyişəcəyinə”, Qarabağdakı separatçı xuntanı “yaşadacağına” belə söz vermişdi. Bunun uğrunda nələr edilmirdi - qondarma qətnamələr qəbul olunur, BMT TŞ-yə müraciətlər ünvanlanır, hətta Azərbaycana qarşı “sanksiya hədəsi” belə səsləndirilirdi. Nəticə necə oldu - Makron hakimiyyəti özünü bütün dünyada biabır etdi, kolonialist siyasəti iflasa uğradı, hətta özünə müttəfiq bildiyi dövlətlər belə onu BMT masasında tək buraxdı. Yalanın, qərəzin və işğalçının yanında yer almağın ən böyük nümunəsi siyasi iflasın eşiyində dayanan Makron hakimiyyətidir,  deyə bilərik...

Qərbin planları batır...

XXI əsrin ikinci onilliyinin başlanğıcından etibarən Mərkəzi Avropada yeni “nizam” qurmağa çalışan Qərbin bütün planları 2022-ci ildə “tormozlandı” - Rusiyanın önə sürdüyü qırmızı xətləri tapdayan Qərb iki ildən artıqdır ki, davam edən müharibənin başlanmasına səbəb oldu. Qərbin Ukrayna planlarına nəzər yetrisək nələr görmərik:

- Yalançı vədlər;

- Boş illüziyalar;

- Sülhdən yayındırılmaq üçün silah-sursat təminatı;

-Müharibəni qızışdırmaq üçün fərqli vasitələr.

Bu məsələdə xüsusilə, bəzi dövlətlərin “canfəşanlığına” rast gəlirik - məsələn, Polşa kimi. Ukraynada baş verənlərin sonlanması, sülh üçün zəminin yaranması yerinə, Varşava radikal addımları və münasibəti ilə yadda qalır. Bu isə, Kiyevə yaxşılıqdan daha çox pislik etmək assossasiyası yaradır. 

Layiq olmayan tərif...

Fransanın Cənubi Qafqaz məğlubiyyətindən sonra deyəsən Qərb bu “işi” bir başqa ölkələrə “tapşırıb”. Yunanıstan və Polşa bu mənada seçilir. Afina Ermənistana silah göndərməyə hazırlaşır, Varşava isə “siyasi instruktajçı” kimi İrəvanla əlaqələrə yeni “yönverici” seçilir. Bu məqama təsadüfən toxunmadıq - Polşa prezidenti Andjey Dudanın Ermənistana rəsmi səfəri zamanı dilə gətirdiyi məqamları nəzər saldıqda, bu fakt bütün çalarları idlə üzə çıxır.

Prezident Duda ermənistanlı həmkarı Vaaqn Xaçaturyan ilə birgə mətbuat konfransında  Polşanın yaxın zamanda Avropa İttifaqı Şurasına sədrlik edəcəyini əsas gətirməklə, bu müddətdə Ermənistanın Avropa ailəsinə yaxınlaşması məsələsinə xüsusi önəm verəcəyini deyib: “Ermənistanın Avropa İttifaqına inteqrasiyası Polşa üçün böyük əhəmiyyət kəsb edir. Biz Ermənistanın Avropa ailəsinə daha da yaxınlaşmasını dəstəkləyirik”.

Ermənistana bir addım da yaxın olmayan, real mənzərəni əks etdirməyən “təriflər” səsləndirən Dudanın bu addımı isə birmənalı qarşılana bilməz.

Faktlar nə deyir?

Birincisi, Ermənistanı Avropada “zurna - qavalla” heç kim gözləmir. Dudanın yalançı dəstək bəyanatının hər hansı bir real əsası yoxdur. Ermənistan nə siyasi, nə də iqtisadi baxımdan Aİ üçün prioritet deyil. Hətta bir az da dəqiqləşdirsək, Ermənistan heç Polşa üçün də mühüm bir əhəmiyyət daşımır. Faktlara nəzər salsaq, görərik ki, Polşa və Ermənistan arasındakı ticari dövriyyə Avropa İttifaqının Ermənistanla ümumi iqtisadi əlaqələri kontekstində cüzi bir yer tutur - Polşa Ermənistanın əsas ticarət tərəfdaşları arasında yer almır. Onların “əlaqəsi” yalnız epizodik kənd təsərrüfatı sahəsi və tikinti materialları üzrə “əməkdaşlıqdan” ibarətdir. Aİ-Ermənistan iqtisadi əlaqələrində Polşanın payına gəldikdə isə, Varşavanın bu çərçivədə payı mikroskopla belə görünə bilməyəcək səviyyədədir. Varşava nə qədər “can yandırsa da” Ermənistanın Aİ ilə ticarətində əsas tərəfdaşı Fransadır. 

Ermənistan Aİ-yə niyə lazımdır?

İkinci bir tərəfdən, Polşanın Ermənistanı Aİ-yə “dəvəti” absurd xarakter daşıyır. Səbəb isə çox sadədir. Ermənistanın Aİ-nin fərqli ölkələri ilə əməkdaşlıqları olsa da, bu ölkə rəsmən Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvüdür. Hətta dekabrın 25-də keçiriləcək Aİİ sammiti Ermənistanın XAHİŞİ İLƏ (fərqləndirmə ilə verməyimizə səbəb var-P.S.) Sankt-Peterburqda keçiriləcək. Nikol Paşinyan Aİİ sammitinə məhz Rusiya torpağında “sədrlik edəcək”. Bu fakt özü artıq şərhə ehtiyac qoymur.

Ermənistanın ikili oynaması ilk hadisə deyil - İrəvan çox hallarda bütün qütblərin çətiri altına girməyə hazır vəziyyətdədir. Amma Paşinyan anlayır ki, onları Aİ-də heç də “dörd gözlə” gözləyən yoxdur. Axı, Aİ hansı iqtisadi göstəricisinə görə Ermənistanı sərhədindən içəri buraxmalıdır? Və ya hansı siyasi qabiliyyətinə görə İrəvan Aİ-yə tərəf yol almalıdır? Paşinyan anlayır ki, o sadəcə Aİ-nin maraqlarının həyata keçməsində istifadə olunan alətdir - Duda da bu aləti əldə etməyə çalışanların ən yaxşı halda “elçisidir”...

P.SADAYOĞLU

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Noyabr 2024 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see463

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see290

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see276

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see212

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see211

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see210

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see208

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see203

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see198

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see198

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see198

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see197

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see195

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see194

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see194

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see191

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see191

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see190

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see190

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri