Erməni müxalifətinin dili ilə danışan İran səfiri
Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.
İranın Ermənistandakı səfiri Mehdi Sübhani birbaşa erməni müxalifətinin dili ilə danışır. Onun mövqeyi birbaşa İran Azərbaycan əlaqələrinin normallaşmasını sabotaj edir. M. Sübhani İsrail PUA-nın guya Azərbaycandan İranı vurduğunu qeyd edib.
Bununla bağlı rəsmi Bakı İran xarici işlər nazirliyindən izahat tələb etməlidir. Hazırda İran zəifləmiş və "qüruru" sındırılmış öz daxili problemlərinə çəkilmiş dövlətdir. M. Sübhani 12 İyundan sonra, İranın İsrail qarşısında məğlub olduğunu anlamaq istəmir. İran mühafizəkar sistemi Güney Azərbaycan faktoruna görə Azərbaycan Respublikasını hədəf almaqdan çəkinmir. İranın "Səhər TV" kanalı bu fonda Azərbaycana qarşı informasiya müharibəsi aparır.
İranın Ermənistandakı səfiri Azərbaycana qarşı düşmən münasibət sərgiləyir. Amma, səfiri olduğu ölkənin baş naziri Nikol Paşinyan Azərbaycanla normallaşma prosesinə can atır.
Azərbaycan İran tərəfinə belə səfirin geri çağırılmasını tələb etməlidir. İran tərəfi regionda öz siyasətində korrektlər etmək istəyirsə, M. Sübhanini səfir vəzifəsindən azad etməlidir.
Məhəmməd Əsədullazadə, politoloq
Bu mövzuda digər xəbərlər:Politoloq: Sübhani birbaşa erməni müxalifətinin dili ilə danışır
29 İyun 2025 13:43
Erməni müxalifətinin israrı: “Rusiya vasitəçi olsun”
14 İyul 2025 14:24
Erməni oliqarxın həbsində İran izi İran səfiri açıqlama verməli oldu
08 İyul 2026 13:45
Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi...
15 Aprel 2026 20:36
Erməni müxalifətinin qorxusu: “Azərbaycanlılar Ermənistandan əmlak alır”
03 Avqust 2026 17:49
Baxış sayı:83
Bu xəbər 28 İyun 2025 20:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















