Erməni politoloq: “Növbəti ildə bəzi əraziləri itirəcəyik” KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
“Güman edirəm ki, Ermənistan gələn il ərazi itkilərinə məruz qalacaq”.
KONKRET.az xəbər verir ki, bunu “Ermənistan xəbərləri”nin müxbiri ilə söhbətində politoloq Alen Gevondyan deyib.
Onun sözlərinə görə, vəziyyətdən asılı olaraq, Zəngəzur dəhlizi təkcə yol deyil, bütün Zəngəzur (Sünik) mənasını verə bilər.
Ekspert qeyd edib ki, Ermənistanda hakimiyyət tərəfindən reytinqlərin itirilməsi və ictimai əhval-ruhiyyənin dəyişməsi fonunda repressiyalar davam edəcək.
“İslam Respublikasına qarşı müharibə başlasa, Şimali İrandan Ermənistana 250 min azərbaycanlı gəlsə, biz nə edəcəyik?”, Gevondyan sual verib.
Onun proqnozlarına görə, maliyyə nöqteyi-nəzərindən ilin əvvəlində vəziyyət çətinləşəcək, çünki Rusiya-Ukrayna müharibəsi fonunda Ermənistanın əldə etdiyi imtiyazlar azalacaq, qiymətlər və vergilər artacaq. emiqrasiya tempi daha da sürətlənəcək.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 24 Dekabr 2024 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















