Icma.az
close
up
RU
Erməni müxalifəti hərəkətə keçdi: “Paşinyan bəyanat verəcək və bəzi əraziləri Azərbaycana qaytaracaq” KONKRET

Erməni müxalifəti hərəkətə keçdi: “Paşinyan bəyanat verəcək və bəzi əraziləri Azərbaycana qaytaracaq” KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yanvarın 30-da bir qrub Cənubi azərbaycanlı soydaşımızın İrəvanın mərkəzi meydanında “Qarabağ” mahnısını uca səslə oxuması və və həmin hadisənin sosial şəbəkələrdə ictimailəşdirilməsi erməni cəmiyyətində ciddi rezonans doğurub. Bəzi siyasi dairələr dərhal hərəkətə keçib bəyanatlar səsləndirdilər, bəziləri bunun düşünülmüş siyasi aksiya olduğunu bildiridilər. Həmin videonu çəkib paylaşan erməni bloger isə həbs edildi və bununla da proses sakitləşdi.

Ermənistanın baş naziri Nikol Paşinyan da həmin hadisəylə bağlı münasibət bildirib və qeyd edib ki, Ermənistana qarşı hibrid müharibə gedir.

“Həmin aksiyanın məqsədlərindən biri də Ermənistan-İran münasibətlərində problem yaratmaq idi. Həmin hadisənin iştirakçıları və mahnını ifa edənlər İran vətəndaşlarıdır”.

Paşinyan eyni zamanda bu aksiyada müxalifəti də ittiham edib:

“Əgər sizin çevrənizdən olan o adamlar Ermənistanla İran arasında münasibətlərdə problem yaratmaq üçün pul ödəyib, mahnı oxuyub, film çəkib internetə yerləşdirsələr, təəccüblənmərəm. Biri Qarabağ, Moskva, Trabzon, o biri Hələbdən oxuyacaq. Camaat dözümlü olmalıdır, onları hansısa bayağı səhnə sarsıtmamalıdır”. Bu, Paşinyanın parlamentdə müxalifətdən olan deputat Eduard Şarmazanova cavabıdır.

Ermənistan mətbuatı isə bu mövzuda geniş diskusiya açıb və müxalifətin niyə belə bir addım atmasına təəccüb edb. Paşinyanın əleyhdarları baş nazirin mövqeyini ələ salır və yenə onu satqınçılıqda ittiham edirlər. Onların fikirincə Paşinyan yaxın vaxtlarda güzəştə gedəcəyinə zəmin yaradır. Bir azdan o, bəyanat verəcək və bəzi əraziləri Azərbaycana qaytaracaq.

Erməni cəmiyyətini narahat edən Paşinyanın qondarma “soyqırımı”ndan imtina etməsidir. O, dəfələrlə bildirib ki, erməni dövlətçiliyini qoruyub saxlamaq istəyiriksə “tarixi Ermənistan” iddiasından əl çəkməliyik. Əslində, uydurma “tarixi Ermənistan” onların milli ideologiyasının əsas elementidir və bunun kökündə qonşu dövlətlərə ərazi iddiası dayanır. Ermənistanda bəzi qüvvələrin dəstəklədiyi “tarixi Ermənistan” ideyası həm də revanşsit zümrənin məkrli planıdır.

Vəli Həsənoğlu,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Fevral 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri