Icma.az
close
up
RU
Erməni siyasi şüurunun “Paşinyan sindromu”

Erməni siyasi şüurunun “Paşinyan sindromu”

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

I MƏQALƏ

“Məhz ermənilər hər şeyə görə qışqırmağa meyllidirlər”.

V.Veliçko

Siyasi şüur anlayışı

Siyasi şüur haqqında müxtəlif təriflər mövcuddur. Ümumi halda siyasi şüur subyektin siyasi sferanı dərk etməsini ifadə edir. Subyekt kimi fərdlər, qruplar, millətlər çıxış edə bilərlər. Bunlara uyğun olaraq fərdi, qrupvari və kütləvi siyasi şüur formalarından danışmaq olar.

Kütləvi siyasi şüur cəmiyyətə xas olan ümumi siyasi davranışı, əhval-ruhiyyəni, dəyərləri, siyasi-mental xüsusiyyətləri ifadə edir.

Qrupvari siyasi şüur konkret qrupa aid siyasi şüur özəlliklərinə aiddir.

Fərdi siyasi şüur isə konkret insana aid olan siyasi qavram, baxış və siyasi-mental faktorlarla bağlıdır.

Deməli, siyasi şüurun səviyyələri həm də məzmunda öz əksini tapa bilər. Fərdi şüur bu baxımdan bir sıra xüsusiyyətləri ilə fərqlənir, lakin eyni zamanda kütləvi şüurun tərkib hissəsi kimi ümumi siyasi-mental özəllikləri əks etdirir. Bu fərqliliklə ümumiliyin nisbəti siyasi şüurun bütün funksiyalarında müəyyən nisbətdə ola bilər. Bura siyasi şüurun reallığı dərketmə xüsusiyyəti (koqnitiv aspekt), ünsiyyət aspekti (kommunikativ tərəf), ideoloji aspekt (baş verənlərin kollektiv qiymətləndirilməsi), proqnostik aspekt (aparılan siyasətin perspektivinin qiymətləndirilməsi) və tərbiyəvi aspekt (qarşıya qoyulan məqsədlərə uyğun cəmiyyətdə siyasi davranışlara təsir) daxildir.

Bir nəzəri məqamı da vurğulayaq. Tibbdə və klinik psixologiyada “sindrom” anlayışı mövcuddur. Bu, simptomların vahid patogenezdə (normalardan kənara çıxmalar) birləşməsidir. “Simptom” müəyyən xəstəliyin, patoloji vəziyyətin tez-tez təzahür etməsidir. Yunancada mənası “bədbəxt təsadüf” kimi verilir. Nəhayət, sindrom bir-biri ilə əlaqəli olan simptomlar qrupudur.

Sindrom və simptom haqqında bu ümumi anlayışları siyasi şüur məsələsinə reduksiya etmək praktikası mövcuddurmu? Müxtəlif politoloqların ritorikalarına görə, belə bir praktika vardır. “Siyasi simptom” və “siyasi sindrom” terminləri konkret cəmiyyətlərə siyasi şüurda təzahür edən elə faktorları ifadə edirlər ki, onlar bütövlükdə müsbət qiymətləndirilən və universal qəbul edilən siyasi normalardan kənara çıxırlar. Yəni siyasi simptom və siyasi sindrom yalnız mənfi anlamda işlədilir. Onlar beynəlxalq hüquq standartlarına, siyasi fəaliyyətin etik normalarına, bütövlükdə cəmiyyət və bəşəriyyət üçün müsbət nəticə verməyən durumlar yaranmasına aparıb çıxara bilərlər. Siyasi simptom və sindromlar konkret cəmiyyət üçün standart sayılan, lakin mahiyyətcə mənfi funksiya yerinə yetirən siyasi, psixoloji, diplomatik, sosial, mədəni və digər şərtlərin daha mənfi istiqamətdə dəyişməsini də ifadə edir. Buradan ümumilikdə siyasi şüurun cəmiyyətin etik, mədəni, dəyər, önqaydalar, oriyentasiyalar, stereotiplər və s. amillərlə bağlılığın başlıca politoloji əlamətini müəyyən etmək olar.

Siyasi şüur və dəyərlər

Bu kontekstdə əsas məqam ondan ibarətdir ki, özlüyündə cəmiyyətin dəyərləri, önqaydaları, mədəni, etik, sosial və s. amilləri birbaşa siyasi şüuru müəyyən etmirlər. Burada həmişə konkret subyektin (fərd, qrup və millət) həmin dəyərlərə, faktorlara, amillərə münasibəti həlledici rol oynayır.

Bu o deməkdir ki, cəmiyyətdə ümumi masştabda siyasi şüurda müəyyən standartlar mövcud olur, lakin hər bir konkret halda fərdi və qrup miqyasında siyasi şüurlarda fərqli məqamlar özünü göstərə bilər. Bu da özlüyündə bəşəri siyasi dəyərlərə uyğun olmayan siyasi şüur mühitinə malik cəmiyyətdə əlavə sindromlar əmələ gətirə bilər. Yəni həmin cəmiyyətin kütləvi siyasi şüuru mahiyyətcə sindrom xarakterli olsa da, yeni səviyyədə sindromlar yaradan dinamika ala bilər. Bu dinamikanın daşıyıcıları isə fərdi və qrupvari siyasi şüur sahibləri, yəni subyektlər ola bilərlər.

Tarixi təcrübə göstərir ki, bu tərifə uyğun olan konkret nümunələr vardır. Həmin prizmada müasir mərhələdə erməni siyasi şüurunun sindromları probleminə politoloji nəzər salaq.

Erməni siyasi şüurunun “bədbəxt təsadüfləri”

Bir neçə əsrdir ki, Cənubi Qafqaz regionu ilə yanaşı, bütövlükdə dünya da bu əcayib bədbəxtçiliyə şahidlik edir. Təəssüf ki, bu anlamsız mövcudluğu himayə edən və onu hətta əsrdən əsrə yeni dona, məzmuna və məqsədə salan güclü dairələr vardır. Erməni xalqının kütləvi siyasi şüurunu kənar dairələrin xeyrinə manipulyasiya edərək, ondan külli miqdarda maddi, mənəvi, ideoloji, iqtisadi, amillərdən dividend götürənlər hələ də qalırlar. Daha geniş miqyasda bu dividendlər geosiyasi və hərbi dividendlərə çevrilirlər. Yəni artıq erməni siyasi şüurunun patologiyaları üzərində sistemli dividend gətirən proses yaratmışlar. O, indi də davam edir. Bu prosesin bir neçə əlaməti mövcuddur.

Nəzəriyyədən məlumdur ki, siyasi şüura sosial ideyalar təsir edir. Məsələn, həmin keyfiyyətdə azadlıq ideyası, ədalətlilik ideyası, demokratik ideya, vətənpərvərlik ideyası, Tanrıya xidmət ideyası, milli birlik ideyası, milli müstəsnalıq və ya üstünlük ideyası və s. həmin sosial ideyalar kateqoriyasına daxildir.

Bu ideyalardan amerikanlar üçün Amerikanın müstəsnalığı dünyaya məlumdur. Əsrlərdir ki, ABŞ siyasi şüurunda bu məqam dominant yer tutur. Bir neçə Avropa ölkəsində katolisizmin müstəsnalığı hələ də siyasi şüura möhkəm təsir edir. Rus siyasi şüurunda da dini motiv üzərində müstəsnalıq qalmaqdadır.

Bunlardan fərqli olaraq azərbaycanlılarda milli birlik ideyası bəşəriliklə qarşılıqlı əlaqədə siyasi şüurda əsas yeri tutur. Bu zaman azərbaycanlı siyasi şüurunda ədalətlilik və humanitarlıq ciddi rol oynayır. Həmin keyfiyyətlər kompleks halda Azərbaycan cəmiyyətində kütləvi siyasi şüurda barış, sülh və qonşu ilə “yaxşı yola getmək” kimi bəşəri keyfiyyətlər formalaşdırmışdır.

Erməni siyasi şüurunda isə vəziyyət tam fərqlidir. Ermənilərin uzun müddət öz dövlətlərinin olmaması onları kənar təsirlərə daha açıq və aciz etmişdir. Bir neçə əsrdir ki, ermənilərin bu zəif cəhətindən istifadə edərək bir sıra kənar böyük güclər onların şüuruna özünəinamsızlıq və himayədara sığınmaq kimi anormal əlamət formalaşdırmışdır. Xüsusilə, son yüz ildə ermənilərin siyasi şüurunda tamamilə kənar güclərdən asılılıq özünü göstərir. Burada anqlo saks və rus təsiri xüsusi seçilir. Eyni zamanda, İranın spekulyativ addımları erməni siyasi şüurunu reallıqdan uzaqlaşdırmağa xidmət edir.

Digər məqam, erməni siyasi şüurunda “millilik”, “millətləşmək” və “dövlətləşmək” proseslərinə xüsusi qərəzlə yanaşma özünü göstərir. Bunun kökündə isə erməni müstəsnalığı, xalq olaraq başqalarından daha üstün olmaq kimi neqativ psixoloji vəziyyət dayanır. Yəni ermənilər də milli üstünlük kimi xülyanın əsiridirlər. Bunu onlar süni mədəni, tarixi, siyasi, dövlətçi faktorlar əsasında sübut etməyə çalışırlar. Nəticədə heç bir əsas olmadan erməni siyasi şüurunda başqa dəyərlərə, əraziyə, mədəniyyətə, kimliyə iddialar baş qaldırır.

Bu məqamlar bir tərəfdən erməni siyasi şüurunu radikallaşdırır, ona terrorçuluq meylini aşılayır, digər tərəfdən isə silah vasitəsi ilə dövlət qurmağın ucuz formaları axtarışını gücləndirir. Çünki ermənilər təbiətən hərbə zəifdirlər, savaşmaq potensialları aşağıdır və onlar haqsız olduqlarını təhtəlşüurda hiss edirlər. Bu səbəbdən, dəfələrlə fürsətdən istifadə edib, başqalarının mədəniyyətinə, ərazisinə, milli kimliyinə təcavüz etsələr də sonunda məğlub olurlar. Bir sıra müasir erməni tarixçinin etirafına görə, hələ də sözün həqiqi mənasında müstəqil erməni dövləti formalaşmamışdır.

Bu gedişatı ümumi halda erməni siyasi şüurunun “bədbəxt təsadüfləri” və ya sindromları adlandıra bilərik. Lakin son illərin prosesləri göstərir ki, erməni siyasi şüurunun politoloji xarakteristikası bu təsnifdən də kənara çıxmaqdadır. İndi onların siyasi şüurunu iki qrupa ayırmaq olar.

Birincisi, ənənəvi, klassik “bədbəxt təsadüfləri” olan siyasi şüurdur, ikincisi, yeniləşməyə çalışmaq istiqamətində yeni sindromlara yuvarlanan erməni siyasi şüurudur. Onu deyək ki, yeni mərhələ XXI əsrə aiddir – ermənilər sözdə müstəqillik əldə etdikdən sonra siyasi şüurlarında klassik “bədbəxt təsadüflər” əsas yeri tutmaqda idi.

Bu baxımdan L.Ter-Petrosyan, S.Sarkisyan, R.Koçaryan erməni siyasi şüurunun yeni sindromlarını təmsil etmirlər. Çünki onların heç biri bu məsələdə yeni mərhələyə can atmamışlar – əvvəlki erməni müstəsnalığı və “soyqırıma məruz qalan ən qədim xalq” xülyasında qalmışlar. Bunların fonunda Nikol Paşinyan fərqli “bədbəxt təsadüflər”in təmsilçisidir!

Bu xarakteristika N.Paşinyanın indi üzdə olan siyasi qiymətləndirilməsinə uyğun olmaya bilər. Lakin məsələyə bir də vurğuladığımız prizmadan baxsaq, hansı mənzərə (yəni siyasətçinin politoloji obrazı) alınar? Bu suala cavab vermək üçün öncə N.Paşinyana qədər erməni siyasi şüurunda özünü göstərən bir sıra xüsusiyyətlərə baxaq.

Mental paradoks: erməni müstəsnalığı

Ermənilər uzun müddətdir ki, mifləşdirdikləri siyasi təsəvvürlərin əyaniləşdirilməsi ilə məşğul olurlar. Bunu onlar əsasən bir neçə istiqamətdə edirlər.

Birincisi, xalqın tarixinin digərlərindən fərqli olaraq çox qədimlərə getdiyini aşılayırlar.

İkincisi, müxtəlif ölkələrin ərazilərində qondarma “tarixi faktlar” olduğuna dünyanı inandırmağa çalışırlar. Bunun üçün süni tarixi dəlil və sübutlar təqdim edirlər.

Üçüncüsü, müasir mərhələdə dünyanın tərəqqipərvər, sivil, mədəni və güclü dövlətçilik ənənəsi olan toplumları sırasında olduqlarını təşviq edirlər.

Dördüncüsü, sonuncu cəfəngiyyatı bir qayda olaraq qonşularını pisləmək fonunda etməyə çalışırlar ki, kənar güclərin təsiri ilə müəyyən praktiki divident əldə edə bilsinlər.

Bu əsassız siyasi-psixoloji faktorlar özlüyündə XX əsrin sonlarında erməni dövlətçiliyinin identikliyini eqoist identiklik növünə sürüklədi və bu da özünü qonşulara qarşı hədsiz aqressivliyə, amansızlığa, qəddarlığa və terrora gətirib çıxardı. Keçən əsrin 90-cı illərindən bu yana Ermənistanın dövlət kimi fəaliyyətində aqressiya və ona haqq qazandırmaq cəhdlərindən başqa hansı fərqliliyi vardır? Ermənistanın dövlət kimi identikliyinin müsbət anlamda hansı əlamətləri mövcuddur?

Faktdır ki, rəsmi İrəvan özündən güclülərə iradlar bildirməkdən, qonşularına isə ittihamlardan başqa bir davranışda bulunmamışdır. Özü də bunu II Qarabağ müharibəsinə qədər özünün regionda ən güclü hərbi qüvvəyə malik olduğu təbliğini aparmaqla, azərbaycanlılara qarşı dünyada görünməmiş vəhşiliklər törətməklə paralel etmişlər. Bir tərəfdən, konkret olaraq qonşusuna qarşı olmazın zalımlıq edib, onları öz yurdlarından deportasiya etməklə yanaşı, görünməmiş vəhşiliklərə imza atan erməni siyasi şüuru, digər tərəfdən də özünü dünyanın ən qədim sivil xalqı, dövlətçilik və demokratiya ənənəsi, dini təmizliyi olan qövm olaraq təqdim etməyə çalışmışlar.

Bu, açıq-aşkar mental paradoksun siyasi və ideoloji müstəviyə proyeksiyasıdır. Qəribəsi odur ki, dünyanın bir sıra böyük gücləri həmin paradoksu nəinki görməzlikdən gəlmişdir, hətta ona ciddi dəstək vermişlər. Nəticədə onlar da erməni siyasi şüurunda “bədbəxt təsadüflər”in möhkəmlənməsinə yardımçı olmuşlar. Bununla müasir mərhələdə ermənilər ikiqat sindrom tələsinə düşmüşlər. Nikol Paşinyan siyasi şüur hadisəsi kimi oradan peyda olmuşdur!

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Fevral 2025 03:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see134

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see133

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see133

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see132

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see130

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see129

AMEA nın yubileyinə həsr olunmuş konfrans

13 Aprel 2025 04:16see125

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

13 Aprel 2025 09:02see124

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see121

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see121

Bu bürclər yaxın zamanda varlanacaq ÇOX AZ QALDI

13 Aprel 2025 09:18see118

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see118

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see117

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see117

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see115

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see114

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see112

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see112

Heydər Əliyev Mərkəzinin parkında gəzinti istirahət və incəsənət gözəlliyini seyr etmək üçün sevilən məkan FOTO

13 Aprel 2025 11:33see109

Kişilərin uğur qazanmasına mane olan 6 VƏRDİŞ

13 Aprel 2025 10:19see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri