Icma.az
close
up
RU
“Qardaşımın məzarı yanında nalayiq hərəkətlər edirdilər” Ərəblərin məhkəməsi

“Qardaşımın məzarı yanında nalayiq hərəkətlər edirdilər” Ərəblərin məhkəməsi

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə video çəkərək sosial şəbəkələrdə yayan və polis tərəfindən həbs olunan Səudiyyə Ərəbistanının üç vətəndaşı - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammadın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Hüseynov Ruhan ifədə verib.

O bildirib ki, qardaşı Ağdərə istiqamətində gedən döyüşlər zamanı şəhid olub:

"İbtidai istintaqa verdiyim ifadəni qəbul edirəm. Mən hər üç təqsirləndirilən şəxsdən şikayətçiyəm. Həbs edilmələrini məhkəmədən xahiş edirəm. Hadisəni sosial şəbəkələrdə görmüşəm. Qardaşımın məzarı yanında nalayiq hərəkətlər edirdilər. Şəhidlər hamınızın şəhididir. Kimsə gəlib Şəhidlər Xiyabanında belə nalayiq hərəkətlər edə bilməz".

Şahid Kəmalə Sadıqova ifadə verib:

"Mən 17 ildir xadimə işləyirəm. Hadisə zamanı oraya camaat yığılmışdı. Bizə də ora yaxınlaşdıq. Ora yaxınlaşarkən ərəblərin atılıb düşdüklərini gördüm. Onlara dedim ki, burada qəbirlər var. Belə hərəkətlər etmək olmaz. Lakin onlar məni anlamırdılar. Əlimlə işarə etdim ki, olmaz. Ora gələn əcnəbilər çoxdur. Hamısı maraqlanıb öyrənirdilər. Dua edib gedirdilər. Belə şey birinci dəfədir görürəm".

Şahid qismində danışan Əliyeva Sevil isə hadisəni belə xatırladığını bildirib:

"Mən həmin ərazidə xadimə işləyirəm. Hadisəyə uzaqdan şahidlik etmişəm. Səslər gəlirdi 3 nəfərin lağ-lağa edərək oynayıb gülürdülər".

Şahid qismində Ağayeva Bəsti də ifadə verib:

"Ərazini təmizləyərək hadisə yerinə gəlib çatdıq. Gördük ki, 3 oğlan şəhidin məzarı yanında oynayır. Onlar orada çəkiliş aparırdılar. Onlardan biri qəbrin üzərinə çıxmışdı. Qəbrin üzərindən gülü götürüb meymun kimi gülürdülər. Onlara yaxınlaşdıq ərəb olduqlarını gördük. Dil bilmədiyimiz üçün oradan getdik".

Şahid qismində ifadə verən Heydərova Tamam 1992-ci ildən Şəhidlər Xiyabanında işlədiyini bildirib:

"Gülüş səsləri eşitdim. Səs olan tərəfə yaxınlaşdım. Orada oynayan şəxslər gördüm. Biri məzarın üzərinə çıxıb çəkiliş edirdi. Digərləri atılıb düşürdü".

Növbəti məhkəmə prosesi dekabrın 9-na təyin edilib.

İttihama görə, sözügedən şəxslər bu il avqustun 16-da saat 17:00 radələrində Şəhidlər xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər ediblər. Şəhid məzarlarının üzərindəki gülləri təpikləyiblər.

Qeyd edək ki, bu ilin avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmasından sonra Səbail Rayon Polis İdarəsində araşdırma aparılıb.

Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Təqsirli bilinən şəxslərin barəsində Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 04 Dekabr 2025 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri