Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Erməni təbliğatının “sınıq təkəri”...

Erməni təbliğatının “sınıq təkəri”...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Zatulin öz ampluasında

Erməni təbliğatının “sınıq təkərlərindən” biri sayılan Konstantin Zatulin yenidən öz ampluasına “sadiq” qalıb. Erməni lobbisinin “yemi” ilə yemlənən bu şəxs növbəti dəfə Azərbaycana qarşı şər-böhtan, yalan və əsassız fikirlər səsləndirib. Dövlət Dumasının MDB ölkələri ilə iş komitəsi sədrinin birinci müavini statusunu daşıyan Konstantin Zatulin MDB Ölkələri İnstitutunun “Lazarev klubu” ilə birgə Moskvada təşkil etdiyi dəyirmi masada Azərbaycanın əleyhinə tarixi saxtalaşdıran, heç bir sərhəd tanımadan yalan və böhtanlar üzərində qurulmuş çıxış edib. Zatulin hərbi cinayətlərdə ittiham olunan erməni əsilli şəxslərin Bakıda keçirilən məhkəmə prosesi ilə bağlı əsassız fikirlər səsləndirib və erməni lobbisinin verdiyi pulların “əvəzini qaytarmaq” üçün dəridən-qabıqdan çıxıb.

Zatulinin sağalmaz “xəstəliyi”...

Zatulinin kimliyi Azərbaycan oxucusuna yaxşı bələddir - illərin “erməni sevdalısı” olan, sonradan isə rəsmi İrəvan tərəfindən “qara siyahıya” tuş gələn Zatulin hər dəfə əlinə düşən fürsətdən yaralanmaqda, Azərbaycanın maraqlarına qarşı “cəbhə” almaqda və yalan danışmaqda “pərgardır”. İrəvana girişi qadağan olunan Zatulin Moskvada imkan tapan kimi erməni lobbisinin verdiyi pulların “haqqını qaytarır”. Amma necə? O, “Qarabağ rəhbərliyi”nin mühakimə olunmasını həm “şəxsi revanş”, həm də “repressiya” adlandırır.

Qeyd edək ki, bu kimi “terminlərdən” istifadə etməsi Zatulini elə birinci addımdaca ələ verir. Revanşizm və repressiya həmin ittiham edilən şəxslərə aid oluna bilməz - həmin şəxslər konkret faktlar üzrə məsuliyyətə cəlb olunublar və hətta onların əksəriyyəti törətdikləri cinayətləri artıq danışmağa, etiraf etməyə başlayıb.

Revanşizm xəstəliyi isə Zatulin və onu “körükləyən” zümrənin tutulduğu mərəzdir - Azərbaycanın haqqa, ədalətə söykəndiyi mövqeyini hədəfə alanlar, 30 ilə yaxın işğal altında qalmış ərazilərin azad olunması ilə barışmayanlar, zatulinlər və ona himayədarlıq edənlər artıq anlayırlar ki, “qatar gedib”. Sadəcə boş taftalogiya və danışıq qalıb.

İkinci bir tərəfdən, istər istintaq dövründə hətta Zatulindən də üstün ermənipərəst şəbəkələr bir sıra yollarla Azərbaycanın iradəsinə təsir etməyə çalışıb, bu hərbi cinayətkarların bəzilərinin azad edilməsinə nail olmaq istəyib. Fərqli dövlətlərin parlamentləri bu barədə “dinləmələr” təşkil edib, “tövsiyələr” təqdim edib, hətta təhdid ritorikası ilə “qətnamə” belə qəbul edib. Prosesə bir sıra ermənipərəst şəbəkə üzvləri, hətta beynəlxalq PR şirkətləri belə “qoşulmuşdu”. Nəticədə isə, Azərbaycana qarşı aparılan şər-böhtan kampaniyası onların özlərinin ifşasına yol açdı. Erməni lobbisinin “kuklası”na çevrilmiş Zatulin kimilərini dövriyyəyə salmaqla uğur əldə edəcəklərini düşünənlər əslində bu başdan məğlubiyyətlərini elan və etiraf etmiş olurlar. Çünki alət kimi istifadə edilən həmin şəxslərin kimliyi, reputasiyası, erməni puluna alət olmaları bütün ştrixləri ilə ortadadır.

Aldığı pulların haqqını ödəmək üçün...

Zatulin özü özünü yalanlarına o qədər “inandırıb” kimi, cəmisi bir neçə il öncəyə söykənən hadisədləri belə təhrif edir. Bakıda ədalət məhkəməsi qarşısında dayanan müttəhimlərin guya “Minsk qrupu çərçivəsində ümumi dinc tənzimlənmə prosesində uzun illər ərzində Azərbaycan rəhbərliyinin danışıqlarda tərəfdaş olduğunu” deyir. Bu artıq yalanın, hədyanın ən son həddidir - bütün dünya bilir ki, həmin şəxslər nəinki, heç bir zaman Azərbaycan dövlətinin danışdığı “tərəf” olmayıb, hətta onların törətdikləri cinayətlər bütün zamanlarda ən uca səslə səsləndirilib. Necə ola bilər ki, hətta Ermənistanın özünün tanımadığı bu şəxsləri Azərbaycan “qarşısına oturdub” onlarla danışa?

Davamında isə Zatulin yenə də aldığı pulların “haqqını ödəmək üçün” ənənəvi yalanlara əl atır - erməni xalqının “qədimliyi”, uydurma erməni tarixi, onların Qafqazda “tarixən varlığı” kimi heç bir əsası olmayan fikirləri Zatulini gülüş obyektinə çevirir. Azərbaycanın tarixi və ayrılmaz hissəsi olan Qarabağın tarixi və mədəniyyətinə aid bu və digər abidələrin azərbaycanlılara aid olmadığını ağ yalanla danışan Zatulin xalqımızın tarixi irsini utanmadan və həyasızcasına erməni “adına” çıxır.

Məsuliyyətsizlik sindromu...

Əsas məsələlərdən biri isə, Zatulinin Rusiya Dövlət Dumasında tutduğu vəzifə ilə bağlıdır - bu məsuliyyətsiz deputatın danışdığı hədyanlar həm də təmsil olunduğu Rusiya dövlətinin qanunverici orqanının məsuliyyətinə çevrilir. Necə ki, Bakıda məhkəməsi keçirilənlər haqqında çıxışa başlayarkən “Biz Rusiyada - mən Rusiya Dövlət Dumasının deputatıyam - buna necə yanaşmalıyıq? Təbii ki, repressiya kimi” sözləri işlədən Zatulinin fikirləri birmənalı qarşılana bilməz. Niyə Dumanın rəhbərləri Zatulinə bu kimi qeyri-hüquqi, dövlətlərarası münasibətlərə xələl gətirən, əsassız fikirlər danışdığı üçün hansısa bir irad bildirmirlər? Ən azından çıxıb Zatulinin bu məsuliyyətsiz davranışının Dumanın və ya Rusiyanın mövqeyi ilə paralellik daşımadığını bəyan etməlidirlər. Belə olanda, bu, həm də onu deməyə əsas verir ki, Rusiyanın bəzi dairələri Zatulinin ortaya düşməsində, Azərbaycana qarşı yalan və əsassız fikirlər söyləməsində maraqlıdır. Çünki Zatulin Dumanın adından danışdığını iddia edir

Azər Badamov: Qəbulolunmaz haldır ki...

Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Konstantin Zatulinin erməni maraqlarına xidmət etməsinə şübhə yoxdur. Onun Bakıda məhkəmə qarşısında dayanan şəxslərlə bağlı söylədiyi fikirlər isə ağ yalandır: “1990-cı illərin əvvəlindən etibarən Qarabağ məsələsi ilə bağlı Ermənistanla Azərbaycan arasında gedən danışıqlar prosesində vasitəçi qismdə iştirakçı olan ATƏT-in Minsk qrupu bu proseslərdə ən real şahiddir. Əvvəl-əvvəl Ermənistan rəhbərliyi separatçı xunta üzvlərinin bu danışıqlarda “tərəf” kimi iştirakına israr etsə də, Azərbaycanın qətiyyəti nəticəsində belə bir hal yaşanmadı. Onlar konkret cinayət faktlarında günahlandırılan şəxslərdirlər və bu gün Azərbaycanın ədalət məhkəməsi qarşısında törətdikləri qeyri-qanuni əməllərə görə cavab verirlər”.

A.Badamov Zatulinin ermənilərin Qafqazda “ən qədim xalq” olması ilə bağlı danışdığı yalanların ənənəvi ssenaridən kənara çıxmadığını söyləyib. Millət vəkili bildirib ki, illərdir ermənilərin uyduraraq danışdıqları bu yalanlar onları dünya miqyasında gülüş hədəfinə çevirib. “Heç bir tarixi əsasa, heç bir fakta söykənmədən danışılan bu fikirlər uydurmalardan ibarətdir. Ermənilər tərəfindən ələ alınmış Zatulin kimilər isə pul qarşılığında bu yalanların yayılmasına vəsilə olmağa çalışırlar. Amma bu onlara heç də nüfuz qazandırmır, əksinə, onların qeyri-ciddi obrazını daha da açıq şəkildə göstərir. Qəbulolunmaz haldır ki, Zatulinin danışdığı bu yalanlar Rusiya Dövlət Duması tərəfindən sükutla qarşılanır. Halbuki Zatulin bu kimi fikirlər açıqlayan zaman Rusiya Dövlət Dumasının üzvü olduğunu, bu statusla çıxış etdiyini bildirir. Bu şəxs başqa bir dövlətə, xüsusilə qonşu dövlətə qarşı yalan iddialar səsləndirir - bu isə özlüyündə hüquqi məsuliyyət yaradır. Rusiya Dövlət Duması bununla bağlı mütləq münasibət bildirməlidir. Zatulinin yalanlarının sükutla müşayiət olunması Dumanı da pis vəziyyətdə qoyur - hər kəsin erməni puluna danışan birisi kimi tanıdığı Zatulinə görə, Rusiya dövləti özünün imicinə zərbə vurmamalıdır”.

P.İSMAYILOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Fevral 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see445

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see427

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see409

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see279

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see275

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see264

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see260

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see245

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see239

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see230

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see220

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see215

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see200

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see197

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see191

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see191

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see189

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see184

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see166

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri