Icma.az
close
up
RU
Sarı simdə çalınan sınıq nəğmə

Sarı simdə çalınan sınıq nəğmə

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Məmməd Araz təbirincə desək, "özünü özündə itirən dünyamızda" doğulmaq və ölüm bizim iradəmizdən asılı deyildir. Biz yalnız iki nöqtəni birləşdirən aralıqda alnımıza yazılanı yaşayırıq. Vaxt yetişəndə həyatın digər adı olan ölüm bizi əbədiyyətə - Tanrı dərgahına aparır. Ancaq doğmaların fiziki yoxluğuna alışmaq da ağrılıdır. 

Bu acı kədərdən doğan misraları tələbələrinə valideyn (!) qayğısı ilə yanaşan müəllimimiz Xatirə Hüseynovanın anasının dərin hüznlü, yaslı xəbərindən sonra qələmə alıram. Düşünürəm ki, əhatəsində olan hər kəsin dərdinə-sərinə yanan, sevincinə şadlanan, həyatını təhsilə, həqiqi ədəbi-əxlaqi dəyərlərin təbliğinə bağlayan, dünəninə sayğıyla, böyüklərinə ehtiramla yanaşan müəllimimiz üçün, bəlkə də bu sətirlər təsəlli yeri olar. 

Yaxşı bilirik ki, bizim Xatirə müəllimin həm də öz müəllimlərinə, valideynlərinə olan sevgisinin mayasında əbədi və mənəvi bağlılıq, simsarlıq dayanır. Ziyalı nəslində, müəllim ailəsində, həyatı anladan və anlayanlar əhatəsində püxtələşən Xatirə Hüseynova üçün Həqiqət xanım təkcə valideyn deyildi, həm də müəllim idi. Və həmçinin minlərlə şagirdin, tələbənin müəllimi, anası... Bu mənada kədər ağırlığı nəinki bir evə, bir elə də sığmaz olur. 

Yadımdadır ki, Xatirə müəllim anasına — Həqiqət müəllimə olan intəhasız sevgisini Cəfər Cabbarlının "Ana" şeirilə bölüşmüşdü:

Cahanda yox elə bir qüvvə baş əyim ona mən, 

Fəqət nə güclü, zəif bir vücud var, yahu, 

Ki, hazıram yıxılıb xaki-payinə hər gün, 

Öpüm ayağını əcz ilə. Kimdir o? Nədir o?

Həmin vaxt düşüncələrimdə belə fikir hasil olmuşdu. Və bir haşiyə çıxmışdım ki, bəs "ana" ifadəsinin ucalığını elmi mənada rəhmətlik Şirməmməd müəllimin fikirlərindən: "Üzeyir bəy Cümhuriyyətimizin 1 yaşında nə yazsa, yaxşıdır? Deyir, mayın 28-də Azərbaycan dövləti doğdu. Sözə bax e... İnsan niyə dünyaya övlad gətirir? Nəsli davam etdirsin, həm də qocalanda ona xidmət eləsin. Millət də dövləti ona görə yaradır ki, o millətin torpağını, vətənini, varlığını qorusun, ona insan kimi yaşamaq şəraitini yaratsın. Özgədən adama ata-ana olmaz", həmçinin bədii-estetik tərəfini də rəhmətlik Famil Mehdi publisistikasından anlamışdım:

Bəs səni toxuyan? -

Kimdir o ana?

Yaşadı, yaratdı şöhrətsiz, adsız.

Dünyanın böyük bir sənətkarına,

Kimi müti dedi, kimi savadsız.

Bu məqamda ifadəsi Həzrəti Peyğəmbərdən gələn hədisə nəzər salaq: "Bir adam Allah Rəsulunun (s.a.s.) hüzuruna gələrək: "Ən çox kimə vaxt ayırmalı, kiminlə  maraqlanmalıyam?” – deyə sual verdi. Peyğəmbərimiz: "Ananla!” – buyurdu. O, "Sonra kimlə?” –  deyə soruşdu. "Ananla!” – buyurdu. O, "Sonra kim gəlir?” – deyə soruşdu. "Anan!” – buyurdu..."

Beləcə, dini, elmi, bəşəri və istənilən məqamlarda ana ucalığı, müqəddəsliyi əlçatmazdır. Ötən il Xatirə müəllim "Analar günü"ndə bu ucalığa bir bəndlik şeir ərməğan etmişdi: 

Bahar çiçəyidi arzu, diləyin. 

Кaş arzu, diləyin olaydım, Аna! 

Ürəyin qocalıb yavaş vuranda 

Mən dönüb ürəyin olaydım, Ana! 

Ana! Bu, bəşəri səslənişdir, bəşəri çağırışdır. Bizə dünya bəxş edən varlığın bizdən çox yaşamasını arzulamağımız, diləməyimiz də təsadüfü deyildir. Və təsadüfi də deyildir ki, dünyadakı bütün anaların missiyası eynidir. Həqiqi analar eyni dünyada yaşayan eyni amala xidmət edən varlıqlardır. Ə.Məmmədxanlının hekayəsində balasını yaşatmaqdan ötəri donmuş gənc qadın, həm də gecə kəşfiyyatından qayıdan üç döyüşçünün anasıdır. Andrey Platonovun əsərindəki "iki ağac budağından düzəldilmiş xaçın kənarında torpağın üstünə uzan"an və ürəyi dayanan qadın da həmçinin: — "Başqa birisinin anası olsan da, mən də sənsiz yetim qaldım" deyən qızıl əsgərin anasıdır.

Türk mifologiyasında ağaclar həm də

mifik valideynlər rolundadır. Etnoqonik miflərdə Göy Tanrıdan qopan ağac Sibir türklərinin inancında Ülgen və Humayı doğmuşdur.

Xatirə Hüseynova da evlərinin önündə kök salan iri gövdəli, şax-şəvəlli palıd ağacını, sanki mifopoetik şüura xarakterik olan "dünya ağacı", "həyat ağacı", "göy ağacı", "idrak ağacı"... kimi canlandırmışdı: "Kəndimizdə darvazanın düz qarşısında qolunu-budağını ərşə çəkən palıd. Nələrə şahid olmusan, nələrə... Dünyaya yeni gələndə ürkək qığıltılarımıza, yenicə ayaq açıb gəzməyə başlayanda kövrək addımlarımıza, universitetə qəbul olunanda kəsilən qurbanlarımıza, yayda tətilə gələn nəvələrin gecə saatlarına qədər kəsilmək bilməyən gülüşlərinə, həyətdə toy çalınanda sevincimizə, əli xonçalı, şaxlı gəlinlərin rəqsinə... Sonra... Sonra isə bir-birinin dalınca köçünü çəkən babamın, nənəmin, əmilərimin cənazə namazına... Özüm də gözləmədən mənimçün o qədər əziz, o qədər müqəddəs olmusan ki... Kölgənə çatsam, hər şey əvvəlki kimi olacaq düşünürəm. Hər şey yaddaşında ardıcıllıqla lentə alınıb sanki. Kölgən əskik olmasın!"

Səd heyif! Əvvəlcə palıdın, sonra Həqiqət ananın yoxluğuna. İndi geriyə qalan sadəcə xatirələrdir. Və həmin xatirələrdə palıd ağacı da, onun əyələri, yəni yiyələri də, dili Quran ayəli Həqiqət ana da əbədiyaşardır...

Əsgər İsmayılov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 05 May 2025 23:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see343

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see301

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see294

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see284

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see238

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see235

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see231

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see230

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see230

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see214

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see199

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see187

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see184

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see178

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see174

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see174

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see172

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see171

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see171

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri