Icma.az
close
up
RU
Erməni terorçularının Xocalıda öldürdükləri qadın 33 il sonra Bakıda hakim kimi qarşısına çıxdı

Erməni terorçularının Xocalıda öldürdükləri qadın 33 il sonra Bakıda hakim kimi qarşısına çıxdı

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Soyumuzu qıran soysuzun soyu necə qurudu...

Xocalıda baş verən əsrin cinayətinə aid mənzərələrin müqayisəli təhlilini aparmaq üçün almanların, rusların, amerikalıların, fransızların törətdiyi soyqırımı cinayətlərinə aid nümunələrə müraciət etdik. Dəst-xətt eynidir, oxşardır və elə hallar var ki, nöqtəsinə qədər eynidir. Onları törədənlərin bir qismi Nürnberqdə mühakimə edilsə də, bir çoxu cəzasız qalmaqdadır. Bu da qəribə bir ilkdir: Alman nasistlərindən sonra cinayətkarları (bir qism) cəzalandıran yeganə dövlət də Azərbaycandır.  

Erməni-rus (366-cı alay) qüvvələri Xocalı sakinlərini qaçmağa məcbur edib qarlı dağlarda “ovladı”. Şahidlər deyir ki, bəzi əsgərlər qurbanları “sayına görə” seçirdi – sadizm zirvədəydi.

Erməni radiosu hücumdan əvvəl “Xocalı alındı” xəbərləri yaydı – faciəni əvvəlcədən bayram etdilər.

Qaçan sakinlər meşədə gizlənməyə çalışdı, amma ağaclar arasında snayperlər tərəfindən vuruldular – təbiət belə kömək etmədi.

Ermənistan “mülkilərə qaçmaq üçün dəhliz buraxdıq” dedi, amma Əsgəran yaxınlığında qaçanlar snayper atəşinə tutuldu.

Xocalıdan qaçan bir qızın cəsədi tapıldı – qolları kömək istəyən kimi havada donmuşdu.

Xocalıdan sonra adam bu sualı özünə verir: ermənilərin ilham mənbəyi kimlər olmuşdu?  

Nasistlər güllə xərcləməmək üçün uşaqları diri-diri basdırırdı – analar qışqırarkən körpələr torpağa atılırdı. Qurbanların qışqırıqlarını boğmaq üçün musiqi çalınırdı – yerli əhali eşitməsin deyə. /Babı Yar Qətliamı (29-30 sentyabr 1941) – 33,771 yəhudi güllələndi.

Rus əsgərlər qara maska taxıb “çeçen terrorçuları” kimi kəndi yandırdı – günahı müqavimətçilərə atmaq üçün uğurlu gediş etdilər. Evlərə girib kişiləri güllələdilər, qadınlara “sakit olun” deyib təcavüz etdilər. Öldürülənlərin cəsədləri yük maşınlarına yığılıb “yoxa çıxdı” – ailələr dəfn edə bilmədi. /Samashki Qətliamı (7-8 aprel 1995) – 100-dən çox dinc sakin öldürüldü.

Fransada Qələbə Günü qeyd edildiyi bir anda – fransız əsgərləri bayram münasibətilə əlcəzairliləri sırf əyləncə üçün öldürürdülər. Fransız təyyarələri kəndləri bombaladı, qaçanları pulemyotla vurdular – Xocalıdakı “qarlı ov”un eynisidir. Qətliama rəhbərlik edən general medala layiq görüldü – vəhşilik “qəhrəmanlıq” sayıldı. /Sétif və Guelma Qətliamı (8 may 1945) – 6,000-20,000 Cezayirli öldürüldü.

Əsgərlər qətliamı radio ilə verilən əmrlə yerinə yetirməyə başladılar – “hamısını təmizləyin” əmri canlı yayımla bütün dünyada eşidildi. ABŞ əsgərləri qurbanların qulaqlarını kəsib “xatirə” kimi saxladı – Xocalıdakı “baş dərisi soyma”nın analoqu idi sanki. /My Lai Qətliamı (16 mart 1968) – 347-504 dinc Vyetnamlı öldürüldü.

Qısa müddət sonra Ermənistan “Xocalıda yalnız döyüşçülər öldü” dedi, amma tapılan 63 uşağın və 106 qadının cəsədləri bu iddianı çürütdü.

33 il sonra dünya təkcə müharibə cinayəti, insanlıq əleyhinə, soyqırımı törədənlərin Bakıda mühakiməsinin şahidi olurlar. Azərbaycanın rəhbərinin, ordusunun sayəsində bu şəxslərin bir qismi artıq bütün dünyaya bəyan edir ki, qarlı bir gündə əhalini sırf azərbaycanlı olduğu üçün necə işgəncələrlə öldürüblər və illər sonra taleyin hökmü ilə ölmədən düşdülər ilahi ədalətin mühakiməsinə. Bu gün Bakıda körpəsini qucağında yuxarı tutub, haray çəkən daşlaşmış ananın eşidilən harayından azca uzaqda – 5 km məsafədə başqa bir daş divarlar arasında həmin insanların qanına əli batanlar cəzalarını çəkirlər. Daşların harayı canlandı, çevrildi insana, hüquqa, ədalətə. Günlərdir məhkəmə salonlarında canilərin “Qurandan” (tövbə) don geyindiklərini görəndə adam dəhşətə gəlir. Axı siz, əllərinizdə Kalaşnikovlarla körpələri, kimsəsizləri, qocaları necə qırıb çatdınız, siz necə insansınız, ümumiyyətlə, siz insansınızmı?

Bu arada, Xocalı soyqırımı törədilən tarixdə bizim əhalimizin sayı 7 milyon, Ermənistanda əhali sayı isə 3 milyon idi. Aradan keçən 33 il müddətində bizim əhalimiz 3 milyon nəfər artdı, onların 3 milyon nəfəri isə azalaraq 1 milyona qədər uzaqlaşdı. Bax, bu da ədalətin başqa bir təcəllisi idi.

Nəhayət, 33 il əvvəl Xocalıda öldürülən, qətlə yetirilən daşlaşdı, heykəlləşdi və bir gün odumuzun qalibiyyəti ilə nəfəsə gələrək, üzərindəki illərin yas örpəyini açdı, qalibiyyət imzalı ölkəsinin ədalət simvoluna çevrildi və mühakimə sədarətinin masasında əyləşərək, qalibiyyət adına məğlubiyyətin övladlarını törətdikləri cinayətlərə görə cəzalandırmağa başladı.

Müəllif: Əziz Əlibəyli,

Sosial Tədqiqatlar Mərkəzininin Media və Kommunikasiya Departamentinin rəhbəri

İstinadlar:

Xocalıya Ədalət arxivləri, Şahid ifadələri. http://justiceforkhojaly.org/content/witness-testimonies  Xocalı Soyqırımı: Şahidlər və Faktlar”, 2010, səhifə 78 Xocalıya Ədalət” arxivləri. http://justiceforkhojaly.org/content/witness-testimonies Washington Post”, Tomas Qoltz, 28 fevral 1992. https://www.washingtonpost.com/archive/1992/02/28 The Washington Times”, 2 mart 1992. https://www.washingtontimes.com/archive/1992/03/02 Black Book of Soviet Jewry”, 1946, səhifə 87. https://www.yadvashem.org/docs/black-book-soviet-jewry.html Human Rights Watch, “Russia: Three Months of War in Chechnya”, 1995, səhifə 12. https://www.hrw.org/reports/1995/Chechnya A Savage War of Peace”, Alistair Horne, 1977, səhifə 94. https://www.britannica.com/event/Algerian-War Four Hours in My Lai”, Michael Bilton, 1992, səhifə 113. https://www.history.com/topics/vietnam-war/my-lai-massacre Human Rights Watch, “Bloodshed in the Caucasus”, 1992, səhifə 12. https://www.hrw.org/sites/default/files/reports/1992_Caucasus_Bloodshed.pdf
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Fevral 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see299

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see275

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see247

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see193

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see181

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see160

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see157

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see146

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see140

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see138

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see128

Neymar və het trik

04 Dekabr 2025 09:17see127

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see122

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see122

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri