Xocalıda 33 ildən sonra ilk körpə dünyaya gəldi
Icma.az bildirir, Teleqraf.com portalına istinadən.
İşğaldan azad edildikdən sonra Xocalı rayonunun Ballıca kəndində ilk körpə dünyaya gəlib.
Teleqraf.com xəbər verir ki, Xocalı sakini, 1996-ci il təvəllüdlü Sevanə Məmmədovanın dünyaya gətirdiyi ilk övladı oğlandır.
Ballıca kəndində dünyaya göz açan körpəyə babası Mehdinin adını veriblər. Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.
Qeyd edək ki, körpənin atası İlqar Məmmədov Vətən müharibəsinin iştirakçısı, qazi, müharibə veteranıdır. Hazırda ANAMA- da işləyir. Məmmədovlar ailəsi bir müddət əvvəl Ballca kəndinə köçüblər.
Bu mövzuda digər xəbərlər:Azad Xocalıda ilk körpə doğuldu
04 Fevral 2025 09:40
Xocalıda 33 il sonra Novruz tonqalı yandırılacaq FOTOLAR
17 Mart 2025 15:21
Xocalıda dünyaya gələn ilk körpənin atası danışdı
04 Fevral 2025 15:34
Xocalıda 34 ildən sonra ilk toy baş tutdu
01 Sentyabr 2026 17:52
33 illik həsrət bitdi Rzayevlər ailəsi Xocalıda məskunlaşdı REPORTAJ
31 Yanvar 2025 19:04
Baxış sayı:114
Bu xəbər 04 Fevral 2025 09:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















