Icma.az
close
up
RU
Ermənilər 600 min kürdü qətlə yetirib Soyqırım tarixi

Ermənilər 600 min kürdü qətlə yetirib Soyqırım tarixi

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənilərin dünyada nifrət etdikləri millətlərdən başında kürdlər gəlir. Hətta “Daşnaksütyun” partiyasının nizamnaməsi bu cümlələrlə başlayır: “Harda kürd və türk gördün, öldür!”

Rusiya Dövlət Hərbi Tarix Arxivində olan sənədlərdən qeydlər:

“1914-cü il Sarıqamış məğlubiyyətindən sonra rus orduları Osmanlını işğal edəndə ermənilər 1915-1918-ci illər arasında şərq vilayətlərində 600.000-dən çox kürdü qətlə yetirdilər”.

O dövrü təsvir edən hadisələr zamanı regionda olan Corc Mason adlı ingilis mayor yazır: “Rus qoşunları arasında olan erməni dəstələri bu vilayətdə 5000 kürd kişini, qadını və uşağı qırdı; süngü ilə onları yüksək Rovanduz qayalarının zirvəsinə qovub, oradan uçuruma itələdilər. Böyük qruplarla gəzərən ermənilər kürd kəndləri qarət edir və kürd qadınları zorlayırdılar”.

1928-ci ildə Rusiyada nəşr edilən “Böyük Zaqafqaziya” adlı jurnalın 910-cu sayında, səhifə 65-66-da erməni müəllif A.B.Karinyanın “Erməni millətçi cərəyanlarının xarakteristikası” məqaləsi dərc edilir. Həmin məqalədə müəllif yazır:

“Vəhşiləşmiş erməni dəstələri qeyri-xaçpərəst əhalini qırmaqla məşğul idilər. “Daşnaksütyun” partiyasının planına əsasən, ermənilər dinc türk və kürd əhalini qırmaqla ərazini təmizləməklə məşğul idilər. Bunlar rus ordusunun gözləri qarşısında baş verirdi və onların narazılığına səbəb olurdu. Biz nə qədər çalışsaq da ki dinc əhaliyə heç nə olmasın, “Daşnaksütyun” fəalları türk və kürdlərə qarşı amansız vəhşiliklər edirdilər”.

1896-cı ilin mayında Van vilayətindəki ingilis konsulu mayor Vilyams yazırdı:

“Erməni inqilabçıları kürdlərin üzərinə hücum etmiş, meyitləri dəhşətli dərəcədə təhqir edərək eybəcər hala salmışlar”.

Qraf L.H.Bolxovitinov 1915-ci ildə hazırladığı hesabatda ermənilərin kürdlərə qarşı etdiyi vəhşiliklərin rus ordusunun nüfuzuna xələl gətirdiyini bildirmişdi.

İranlı hərbçi və diplomat “Kürdlər” adlı kitabında 1915–1918-ci illərdə erməni birləşmələrinin Van və Urmiya gölü ətrafında kürd əhalisinə qarşı “etnik təmizləmə apardığını” yazmışdır.

Filip Prays “Manchester Guardian” qəzetinin müxbiri kimi 1915-1916-cı illərdə Qafqaz cəbhəsində olmuş ingilis jurnalist və siyasətçidir. O, “Asiya Rusiyasında müharibə və inqilab” (War and Revolution in Asiatic Russia) kitabında yazırdı ki, ermənilər rus ordusunun himayəsi altında kürd kəndlərinə girərək, “qisas əməliyyatları” keçirirdilər. O, şahidi olduğu mənzərələri təsvir edərək, ermənilərin “keçmişin acısını mülki kürdlərdən çıxdığını” bildirir.

ABŞ dövləti tərəfindən bölgəyə göndərilən kapitan Niles və Sutherlandın hesabatı hazırda Konqresin kitabxanasında saxlanılır. Şəxsən özüm orda bu sözləri oxumuşam: “Ermənilər çəkildikləri hər yerdə kürd kəndlərini tamamilə yandırıb, əhalini qılıncdan keçiriblər”.

Burada eyni zamanda o dövrdə Osmanlıda konsul olan Lesli Devisin “Slaughterhouse Vilayəti” (The Slaughterhouse Province) hesabatını da görə bilərsiniz. Orda yazılır: “Erməni üsyançılar dağlara çəkilərək yerli kürd kəndlərinə hücum edir, onları talayır və öldürürlər”.

Əlavə olaraq da “867.00” nömrə ilə arxivdə saxlanılan sənədlərə baxa və orada Osmanlı və Güney Azərbaycanda kürdlərə qarşı törədilən qətliamlar barədə ABŞ-a göndərilən məktubları oxuya bilərsiniz.

Bu günün özündə belə Ermənistanın ən böyük strateji hədəfi ölkədə yaşayan yezidiləri kürd kimliyindən tamamilə qoparmaqdır. Ermənistan dövləti rəsmi olaraq “yezidi” və “kürd” ifadələrini iki ayrı xalq kimi qeydiyyata alıb. Məktəblərdə yezidilərə “siz kürd deyilsiniz, ayrı bir xalqsınız, diliniz də kürd dili deyil, yezidicədir” fikri aşılanır. Ermənistandakı yezidi dərsliklərində rus və ya erməni əlifbasından istifadəyə üstünlük verilir ki, bu da onları kürd mədəniyyətindən uzaqlaşdırmaq planının bir hissəsidir.

Bir sözlə, ermənilər üçün kürd milləti ərazi iddiaları ilə çıxış edə biləcək potensial bir gücü ifadə etdiyindən yezidilərin bir xalq kimi siyasi şüurunun oyanmasına və kürd dünyası ilə inteqrasiyasına hər vəchlə mane olurlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://axar.az
archiveBu xəbər 07 Yanvar 2026 07:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri