Icma.az
close
up
RU
Ermənilər düzələn “zad” deyil RAKURS

Ermənilər düzələn “zad” deyil RAKURS

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistan hər keçən gün siyasi həyasızlığını artırır, Azərbaycan torpaqlarını uzun müddət işğal altında saxlaması səbəbindən beynəlxalq aləmdə pis imic qazandığını düşündüyümüz halda, əksinə bu qondarma ölkə sanki heç nə olmamış kimi davranır. Üstəlik, bir az da uzağa gedərək Azərbaycanla şərtlə danışmaq istəyir, bəzi beynəlxalq qurumlar qarşısında bizə qarşı iddialar qaldırır, özünü haqlı sayır. Sanki heç nə olmayıb, nə işğal, nə talan, nə onminlərlə azərbaycanlının öldürülməsi, nə bir milyondan artıq azərbaycanlya qarşı vandalizm aktı, onların öz torpaqlarından qovmaq, etnik təmizləmə aparmaq kimi vəhşi metodlardan istifadə. Xocalı, Malıbəyli, Kosalar, Ağdaban, Cəmilli soyqırımılarını, qətliamları, bəşəri cinayətləri törədənlərin də ermənilər olmadığı kimi davranırlar. Daha dəhşətlisi isə budur ki, ermənilər baş verənləri çox normal qəbul edirlər. 1988-91-ci illər ərzində Ermənistandan, 1994-cü ilə qədər isə keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin və ətrafdakı 7 rayonun 1 milyondan artıq azərbaycanlı əhalisinin öz evlərindən, yurd-yuvasından zorla qovulmasının məsuliyyətini daşımadıqlarını düşünürlər. Sual olunur, niyə?

Yəqin ermənilər dünyanın “dərəbəylik” olduğunu düşünürlər. Beynəlxalq qanunların, standartların yalnız kağız üzərində olduğuna tam əmindirlər. Bilirlər ki, Azərbaycan müraciət etsə belə Beynəlxalq Cinayət Məhkəməsi ermənilərin törətdiyi cinayətləri min bir bəhanə ilə araşdırmaqdan imtina edəcək. Belə olmasaydı dünyada müsəlman əhaliyə qarşı törədilən soyqırımılarından heç olmasa birini məhkəmə istintaqına çıxarar və günahkarları ən sərt şəkildə cəzalandırardılar. Ermənilər cəzasız qalacaqlarını bildikləri üçün hüdudu olmayan cinayət əməllərinə imza atmaqdan çəkinməyiblər.

İkinci Qarabağ müharibəsində mülki əhalinin daha az zərər şəkməsi üçün Azərbaycan əlindən gələni etdi, erməni terrorçularının hədəflərini dəqiq atışlarla vurdu ki, dinc əhali (hərçənd işğal altında olan ərazilərimizdə dinc, günahsız, mülki statusunda olan əhali yox idi – müəllif) zərər görməsin. Ermənilərdən fərqli olaraq Azərbaycan ordusu humanistlik göstərdi, ələ keçirdiyi terrorçulara bütün beynəlxalq qanunlar çərçivəsində yanaşdı. Qaçanı qovmadı, silahsıza toxunmadı, əksinə Qarabağda yaşayan dinc erməni əhaliyə Azərbaycan qanunlarına tabe olacaqları halda bütün hüquqlarının tanınacağı vədi verildi. Amma ermənilər əvvəllər olduğu kimi, yenə də fürsəti dəyərləndirmək kimi keyfiyyətlərə sahib olmadıqlarını nümayiş etdirdilər və işğal etdikləri, sömürdükləri, istismar etdikləri, taladıqları, məhv etdikləri, xarabalığa çevirdikləri torpaqlarımızdan çıxıb getdilər.

Bu gün yenə köhnə “havalar” çalırlar, utanmadan işğaldan, etnik təmizləmədən danışırlar, bizi ittiham etməyə qalxırlar. Azərbaycan silahlı qüvvələri şərti sərhədin sıfırıncı nöqtəsindədirlər, bir addım da Ermənistan ərazilərinə keçməyiblər. Qarşı tərəfdə sərhədə yaxın kəndlərdə yaşayan erməni əhaliyə qarşı heç bir təhlükə törətmirlər. Buna baxmayaraq İrəvandakılar bu şəkillənmədən xeyli narahatdırlar və Azərbaycan tərəfinin bir gün hücuma keçəcəyi barədə məqsədli dezinformasiyalar yaradırlar. Hətta sərhədin sıfırıncı həddində dayanmağımızı Ermənistan işğal adlandırmağa cəhd edir. Ermənilərin anlamaq çətinliyi də budur, Azərbaycanın indiki şərti sərhədlərindən onlarla kilometr içərilərə doğru 20 faizdən çox ərazilərini işğal edəndə, dinc əhaliyə qarşı vandallıq edəndə nədənsə “işğal” sözü yada düşmürdü.

Ermənistan və ermənilər məğlubdurlar, apardıqları ədalətsiz müharibədə itki veriblər, oğurladıqları əllərindən çıxıb. Əvvəlcə Azərbaycanı ittiham etsələr də, sonradan “dostları”nın “məsləhəti” ilə “işğal” sözünü az-az işlətməyə başlayıblar. Çünki “doğanağın o biri ucu” məsəli yadlarına düşüb. İndiki vəziyyətdə Ermənistan “həm suçlu, həm güclü” olmaq imkanına malik deyil. Ona görə də imkanı olan, dili söz tutan erməni politoloqu öncə hakimiyyətdəkiləri, yəni Paşinyan və onun komandasını, sonra isə digər siyasi fiqurları, “eks”ləri çarmıxa çəkməyə çalışır. Stenford Universitetinin politoloqu Artur Xaçikyan deyib ki, bu gün Ermənistanın artıq regionda heç bir çəkisi yoxdur, o, artıq suveren dövlət deyil. “Ermənistan bilərəkdən regional oyundan kənarlaşdırılıb. Qonşularımız xəritəni yenidən cızarkən, bizə bir həqiqət var. Razılaşmalar bizsiz imzalanır, maraqlarımıza zidd qərarlar verilir, Qərbin vədləri getdikcə ucalaşır və getdikcə daha da boş olur. “Dünyanın kəsişmə nöqtəsi” isə Ermənistan dövlətçiliyi üçün geri dönüşü olmayan nöqtəyə çevrilib”.

Politoloq əlavə edib ki, Ermənistan çoxvektorlu siyasət elan edir, amma praktikada siyasi baxımdan evsiz görünür: “Bu, şüurlu seçimdir, geosiyasi acizliyin təzahürüdür, yoxsa sadəcə suverenlik illüziyasıdır? Ermənistan çoxvektorlu məğlubiyyət, Azərbaycan və Türkiyə isə çoxvektorlu uğur nümayiş etdirdi. Bu, ən yaxşı halda 2018-ci ildə hakimiyyətə gələnlərin, onlara güvənən insanlara vədlər verən, sonra isə hər birini pozanların ifrat səriştəsizliyinin nəticəsi idi. Ən pis halda bu adamlar Ermənistanı məğlub etmək, Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və Ermənistanı faktiki olaraq Türkiyə və Azərbaycanın nəzarəti altına keçirmək istəyən üçüncü dövlətlərin maraqlarını təmsil edirdilər”.

Xaçikyan deyib ki, hər iki halda ermənilərin başına gətirilən faciəyə görə hakimiyyətə gələn qrup məsuliyyət daşımalıdır. Bu gün Ermənistan artıq suveren dövlət deyil. Qonşularımız dəhlizin Ermənistanın hansı ərazisindən keçəcəyinə və konstitusiyanın necə dəyişdirməli olduğuna qərar verəndə, üçüncü ölkələr isə əhalinin təhlükəsizliyini təmin edəcəklərinə söz verəndə, suverenlikdən danışmaq sadəcə gülünc olur. Vaşinqton dəhlizin açılmasını təklif edir, Avropa “sülh”dən danışır, amma reallıqda regional maraqları bölərkən bizi qapıdan kənarda qoyurlar. Siyasətçilərin, xüsusən də beynəlxalq siyasətçilərin sözlərinə inanmaq təhlükəlidir. Əgər bu sözlərin dəyəri olsaydı, Qərb Qarabağda olanların qarşısını alardı, sanksiyalar tətbiq edər, İsrail və Türkiyənin müharibədə iştirakını dayandırardı. Ancaq bunlar sadəcə sözlərdir”.

Xaçikyan əsl məqsədin Ermənistanın Rusiyadan qoparıb məhv etmək üçün Türkiyəyə vermək olduğunu iddia edib: “Ermənistanın nə Avropa, nə də ABŞ üçün heç bir strateji əhəmiyyəti yoxdur. Əvəzində Türkiyə, İsrail və Azərbaycanla münasibətlərini qururlar. Ermənilər isə yüz il əvvəl olduğu kimi, ancaq boş vədlər alırlar. Ermənistan yeni kapitulyasiya və dövlətçiliyin itirilməsi istiqamətində sürətli tənəzzülü davam etdirir. Yeni müharibə olmayacaq: Ermənistan sadəcə olaraq tutulacaq. Amma, çıxış yolu var, bu da Ermənistanla Azərbaycan arasında davamlı sülhdür”.

Stenford Universitetinin erməni əsilli politoloqunun mövqeyi bəllidir, bəs Ermənistanı idarə edənlər bu barədə nə düşünür? Ermənistan XİN rəhbəri Ararat Mirzoyan bildirib ki, Ermənistan Azərbaycanın regionda kommunikasiyaların qarşısının alınmasına yanaşmasında ekstraterritorial nəzarət elementlərindən narahatdır. “Suverenliyimizi müəyyən dərəcədə məhdudlaşdıran belə bir “dəhlizin” məntiqi bizim üçün qəbuledilməzdir”, - deyə bildirib. Yəni, XİN rəhbəri yenə köhnə havalara oynayır. Yəqin, Ermənistanın 44 günlük müharibədə məğlubiyyətindən sonra hələ o vaxt Parlamentinin spikeri olan Mirzoyan meydanda ling ediləndə başından ciddi zədə alıb. Hələ də keçmişlə - 2018-ci ilin ab-havası ilə yaşayır. Mirzoyanın sözlərinə görə, problemlərin həllinin ən qısa və effektiv yolu sülh sazişinin imzalanması və ratifikasiyasıdır. Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalansa, Avropa İttifaqının monitorinq missiyasına ehtiyac aradan qalxacaq, bunun nəticəsində sərhədyanı rayonların sakinləri özlərini təhlükəsiz hiss edəcəklər. “Hazırda Avropa İttifaqının mülki missiyası Ermənistan və Azərbaycan arasında sərhəddə monitorinq aparır.Misiyanın mandatı, o cümlədən onun son məqsədi Ermənistan və Azərbaycan arasında sabitliyi və sülhü möhkəmləndirməkdir. Əgər sülh sazişi imzalansa, demarkasiya prosesini davam etdirsək və bütün bunların nəticəsində sabitliyə nail olsaq, o zaman həm Ermənistan, həm də Azərbaycan tərəfində sərhədyanı bölgələrdə yaşayan insanlar özlərini təhlükəsiz hiss edəcək, öz gündəlik həyatlarını sakit şəkildə təşkil edə biləcəklər, bundan sonra monitorinq missiyasına ehtiyac qalmayacaq”, - deyə Mirzoyan Türkiyənin NTV telekanalına müsahibəsində bildirib.

Aİ-nin Ermənistandakı missiyası haqqında

Aİ-nin Ermənistandakı Mülki Missiyası (EUMA) 20 fevral 2023-cü ildə Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində iki illik mandatla fəaliyyətə başlayıb. 30 yanvar 2025-ci ildə missiyanın mandatı daha iki il uzadılıb. EUMA Kafan, Gorus, Cermuk, Dərələyəz (Yeghegnadzor),Basarkeçər və Göyçədəki altı əməliyyat bazasından nəzarət həyata keçirirlər. Missiyanın məqsədi Aİ-nin dəstəyi ilə Ermənistanın sərhədyanı rayonlarında guya vəziyyəti sabitləşdirmək, münaqişəyə məruz qalmış ərazilərdə insanların etimadını və təhlükəsizliyini gücləndirmək və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına şərait yaratmaqdan ibarətdir. Amma bu, yalnız kağız üzərindədir, onlar əsasən kəşfiyyat işləri aparır, Azərbaycan Ordusunun mövqelərini daimi olaraq izləyir və məlumatı yuxarı instansiyalara məruzə edirlər.

Bu il fevralın 20-də Ermənistanda iki illik mandatla 100 nəfərdən ibarət yeni Avropa missiyası yerləşdirilib. Aİ missiyasının mülki olduğu elan edilsə də, onun 50 üzvü silahlı jandarmdır. Missiyanın məqsədi Ermənistanın “sərhədyanı ərazilərində sabitliyi təşviq etmək, yerlərdə etimadın yaradılması və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün” əlverişli şərait yaratmaqdır. Missiyanın rəhbəri Markus Ritterin bəyanatları Aİ-nin bölgədəki niyyətlərinin və hərəkətlərinin dağıdıcılığını təsdiqləyir. Üstəlik, Brüssel açıq şəkildə Ermənistanla Azərbaycan arasında etimadın yaradılmasında və mövqelərin yaxınlaşmasında maraqlı deyil. Amma “Deutsche Welle”yə müsahibəsində missiyanın fəaliyyətindən danışan Ritter qeyd edib ki, “onlar müdaxilə edə bilməzlər, onların ixtiyarında yalnız durbin və kameralar var”. Onun sözlərinə görə, onlara Azərbaycan ərazisinə giriş qadağan edilib, ona görə də, məsələn, növbəti hücuma hazırlaşan zaman qoşunların hərəkətini aşkar edə bilmirlər.

Heç vaxt nizamlanmada vasitəçilik etməyənləri, heç vaxt əlavə dəyər gətirməyənləri, praktiki nəticələr əldə etməyənləri eşitmək çox vacibdir. Ancaq İrəvan və Bakını eşitmək vacibdir, bu, bütün bu problemin əsas hekayəsidir. Tərəflərdə bəzən diametral şəkildə zidd olan fərqli baxışlar var, ifrat fəsadlar və kəskinləşmə dövrləri var. Eyni zamanda, tərəflər razılığa gələ bilərlər, əsas odur ki, bu cür razılaşmalar və qarşılıqlı anlaşmalar üçün müvafiq ab-hava, zəmin yaradılması və bu qarşılıqlı anlaşmanın təşviq edilməsidir.

V.VƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Aprel 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see351

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see303

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see258

Kompani İngiltərə millisinin üzvünü komandasında görmək istəyir

15 Oktyabr 2025 13:27see183

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see183

Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçıları Şuşa şəhərinə gəliblər

15 Oktyabr 2025 18:02see136

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see135

Serbiya seçimini etdi, bunu gözləyirik Leyen

15 Oktyabr 2025 21:50see134

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see132

Bu bürcün qadınları asan ram olmur

16 Oktyabr 2025 03:21see129

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see129

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see128

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see128

Bakıda yol kənarında fahişələrin axşam bazarı (VİDEO)

16 Oktyabr 2025 04:40see128

Leyla və Arzu Əliyeva beynəlxalq incəsənət sərgisinin açılışında FOTO

15 Oktyabr 2025 09:54see126

Şarm əl Şeyx sammiti: Yaxın Şərq üçün yeni tarix

15 Oktyabr 2025 12:20see125

Finlandiyalıların bir çoxu erkən pensiyaya çıxmaq arzusundadır

16 Oktyabr 2025 04:03see123

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see123

Ən kinli insanlar bu qan qrupundan olurlar ARAŞDIRMA

16 Oktyabr 2025 04:05see122

Eltac və Gülnar Avropa çempionatında

16 Oktyabr 2025 00:38see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri