Ermənilər Kərkini boşaldacaq Paşinyan qərar verdi
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistan hökuməti müvəqqəti nəzarəti altında olan Azərbaycanın Sədərək rayonunun Kərki kəndinə qanunsuz yaşayan sakinlərin təxliyəsini müzakirə edir.
Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan Baş nazir Nikol Paşinyana Kərkidə yaşayan erməni əhalinin başqa əraziyə köçürülməsi ilə bağlı üç variant təqdim edib.
Məlumata görə, Xudatyanın təqdim etdiyi üç variantdan ikisi faktiki olaraq mövcud yaşayış məntəqələrinin adının dəyişdirilərək Kərkidən köçürüləcək sakinlərin həmin ərazilərdə yerləşdirilməsini nəzərdə tutur. Bundan başqa, köçürüləcək sakinlər üçün qısa müddətdə bir neçə onlarla evin tikilə biləcəyi ərazi də müəyyənləşdirilib.
Üçüncü variant isə Kərki sakinlərinə kompensasiya ödənilməsi və onların başqa əraziyə köçürülməsidir.
Qeyd edək ki, Kərki Azərbaycanın Sədərək rayonunun ərazisində yerləşən, Ermənistanın nəzarətində olan Azərbaycan eksklavıdır. Ermənistan tərəfi kəndi Tiqranaşen adlandırır. Nikol Paşinyan son açıqlamalarında isə kəndə Azərbaycan adı olan “Kərki” ilə müraciət edir və onun Ermənistanın beynəlxalq səviyyədə tanınmış 29 743 kvadratkilometrlik ərazisinə daxil olmadığını bildirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 20 Sentyabr 2026 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















