Ermənilər Bəstiçaya civə töküb? TƏHLÜKƏ
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistanın Sünik (Qərbi Zəngəzur) vilayətində yerləşən qədim Azərbaycan kəndi Tsavda içməli su ilə bağlı təhlükəli vəziyyət yaranıb.
Modern.az xəbər verir ki, Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, kənddəki su nümunələrində civənin yol verilən maksimum həddən artıq olduğu müəyyən edilib. İlkin araşdırmadan sonra mütəxəssislər suyun vəziyyətini yenidən yoxlamaq üçün kəndin dörd müxtəlif nöqtəsindən nümunələr götürüblər. Nümunələr arasında su təchizatı mənbəyindən və sakinlərin evlərindəki kranlardan götürülən su da olub.
Sentyabrın 11-də əldə edilən nəticələr suda normadan kənarlaşmanı təsdiqləyib.
Bununla əlaqədar Tsav sakinlərinə suyun keyfiyyəti bərpa olunana qədər ondan içmək və məişət ehtiyacları üçün istifadə etməmək tövsiyə edilib. Hakimiyyət orqanları kəndin təhlükəsiz su ilə təmin olunmasını təşkil edir və suyun çirklənməsinə səbəb olan amilləri müəyyənləşdirməyə çalışırlar.
Qeyd edək ki, Azərbaycanla sərhəddə yerlşən Tsav kəndi Qafan icmasına aiddir. Kəndin yaxınlığından Azərbaycana axan Bəstiçay keçir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 14 Sentyabr 2026 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















