Ermənilərin Azərbaycan torpaqlarını zəbt etməsi...
Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
XIX-XX əsrlərdə Şimali Azərbaycan torpaqlarının tutulması və oraya yad millətlərin, xüsusən ermənilərin köçürülməsi tarixinin araşdırılması böyük aktuallıq kəsb edir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onun öz tarixinə, mədəniyyətinə, torpaqlarına sahib çıxması, itirilmiş ərazilərin qaytarılması məsələsinin qaldırılması qanunauyğun bir prosesdir. Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan tərəfindən son yüzilliklər ərzində zəbt edilmiş torpaqların Azərbaycan xalqına məxsus olması faktına diqqət çəkməsi və Azərbaycan xalqının əvvəl-axır öz torpaqlarına qayıtmaq iradəsini ifadə etməsi fərqli reaksiyalara səbəb olub. Ermənilər isə həmin faktdan hay-küs salmaq, Azərbaycanı ittiham etmək istiqamətində qarayaxma kampaniyasına başlayıblar. Ermənilərin bu faktlara belə reaksiyaları onların haqsızlığından və həqiqət qarşısında acizliklərindən xəbər verir.
Azərbaycan torpaqlarının ermənilər tərəfindən zəbt edilməsi uzun tarixə malikdir. Onlar ənənəvi olaraq həmişə özlərinə havadarlar tapmış, regionda yad qüvvələrin maraqlarına qulluq edərək, qonşularını satmış, bunun müqabilində isə özlərinə müxtəlif mükafatlar, xidmət müzdü almışlar. Tarixin bütün dərinliyinə diqqət yönəltdikdə onların xəyanətkar və satqın xarakterlərini və buna müvafiq olan əməllərini müşahidə etmək mümkündür. Öz qərəzli məqsədləri xatirinə istənilən xəyanətə qol qoymaq, tarixi saxtalaşdırmaq bu millətin öndə gedənlərinin ən səciyyəvi cəhətidir. Regiona tamah salan hər bir yadellinin qulluğunda can-başla durmaq onların peşəkar cəhəti kimi özünü daim büruzə verib. Bu əməllərin müqabilində isə aldıqları yüksək mənsəblər, yeni-yeni ərazilər, var-dövlət olub.
Regiona can atan yadellilər bu buyruq qullarını dərhal müşahidə edib, onların xidmətindən geniş şəkildə yararlanıblar. Onlar hələ XVIII əsrin əvvəllərində Cənubi Qafqaza can atan Rusiya hökmdarı I Pyotrun da diqqətindən yayınmır. I Pyotr öz göstərişlərində ermənilərdən Rusiya hakimiyyətinin dayaqlarının yaradılması və möhkəmləndirilməsində geniş istifadəni tövsiyə edib. Sonradan XVIII əsrin axırı - XIX əsrin əvvəllərində Cənubi Qafqazı işğal etmək arzusunu reallaşdıran Rusiya imperiyasının yeritdiyi siyasətdə erməni amili özünəməxsus yer tutur. Məhz həmin dövrdən başlayaraq bizim dövrümüzə qədər Sovet dövləti də daxil olmaqla, erməni amilinin istifadəsində heç bir dəyişiklik baş verməyib, onlardan dövlətin regionda yeritdiyi qərəzli siyasətdə istifadə olunub. Bütün bu köçürmələr tarixi mənbələrdə, xüsusən dövlət sənədlərində öz əksini tapıb və inkar edilməsı qeyri-mümkündür. Buna baxmayaraq, bunun barəsində tədqiqatlar aparılıb, çoxsaylı məqalələr, kitablar yazılıb. Lakin elmi sübutların ziddinə olaraq, ermənilər həmişə əzabkeş bir xalq kimi qələmə verilərək onların əsassız iddiaları dəstəklənib, zaman-zaman Azərbaycan torpaqları hissə-hissə onlara verilib. Bunun başlıca səbəbi isə əzabkeş erməni xalqına kömək etmək, onun haqqını təmin etmək deyil, böyük dövlətlərin, xüsusən də Rusiya imperiyasının və Sovet Rusiyasının maraqlarına xidmət edən mühitin yaradılması, göstərilən “xidmət” müqabilində ermənilərə güzəştlərin edilməsi, mükafatların verilməsi olub. Tarixi Azərbaycan torpaqlarının ermənilərə verilməsi, ermənilərin bu ərazilərin sahibi olması haqqında uydurulmuş əfsanə erməni xalqının haqqının təmin olunmasına deyil, mövcud imperiyanın müstəmləkə hakimiyyətinin təhlükəsizliyinin təmin edilməsinə, onun dayaqlarının möhkəmləndirilməsinə və ömrünün uzadılmasına xidmət edib. Ermənilərin bu siyasətdən aldıqları isə xidmət muzdundan başqa bir şey deyildir.
Ermənilər həmişə türk torpaqlarına can atıblar. Fürsət düşəndə isə bu arzularını həyata keçirməyə başlayıblar. Rusiya imperiyasının Cənubi Qafqaza ekspansiyası zamanı ermənilərin diqqət çəkməsi təsadüfi deyildi. Rusiyanın Cənubi Qafqazda möhkəmlənmək məqsədlərində erməni amilinə üstünlük verməsi onların kütləvi şəkildə buraya köçürülməsi və Azərbaycan torpaqlarında kök salması üçün əlverişli şərait yaratdı. XIX əsrin əvvəllərində Şimali Azərbaycanın Rusiya imperiyası tərəfindən işğalı ilə ermənilərin fasiləsiz olaraq Cənubi Qafqaza köçürülməsinə başlanıldı və burada onların sayının süni şəkildə artmasının əsası qoyuldu.

Bu köçürmə prosesinin miqyasını və dağıdıcı nəticələrini daha əyani şəkildə təsəvvür etmək üçün iki yerə bölünmüş Azərbaycanda son yüzilliklərdə ermənilərin yerləşməsi baxımından müqayisəsi maraqlı mənzərə yaradır. Azərbaycanın hər iki hissəsində təbii coğrafi şəraitin elə bir ciddi fərqi yoxdur. Lakin erməni əhalisinin Şimali və Cənubi Azərbaycanda yayılma reallığı ciddi şəkildə fərqlənir. Onların regionda təbii məskunlaşması halında bu fərq o qədər də gözəçarpan olmamalı idi. Lakin Rusiya imperiyasının işğal etdiyi ərazidə məqsədyönlü şəkildə erməniləri məskunlaşdırması qeyd olunan ciddi fərqlərin yaranmasına gətirib çıxarıb.
Statistikaya müraciət kifayət edər ki, bu vəziyyəti əyani şəkildə canlandırmaq mümkün olsun. XIX əsrin əvvəllərində Rusiyanın Şimali Azərbaycanı işğal etməsinə qədər ermənilər əhalinin ümumi sayının kiçik bir faizini təşkil edib. Yalnız məqsədyönlü şəkildə həyata keçirilən intensiv köçürmə siyasəti sayəsində onların sayı artıb, azərbaycan əhalisi ilə müqayisə edilə biləcək həddə çatıb. Rus müəllifləri özləri etiraf edirdilər ki, erməniləri Cənubi Qafqaza konkret məqsədlərlə köçürərək onlardan imperiya maraqları üçün istifadə ediblər.
Rusiyanın dövlət xadimlərinin, müxtəlif tədqiqatılarının açıq-aşkar şəkildə bildirdikləri, çoxsaylı mənbə və statistik materiallarla təsdiq edilmiş həqiqətlər haqqında dəfələrlə yazılsa da, yalan ayaq tutub yeriyir. Yüz dəfələrlə sübut olunmuş həqiqətləri təkrar sübut etmək lazım olur. Görünür, bu həqiqətə qarşı uydurulmuş yalanlar dünya siyasətində hegemonluq edən qüvvələrə sərf edir. Erməni amilini Cənubi Qafqazda təşkil edən və ondan öz imperiya məqsədləri üçün yararlan hegemon dövlətlərin dəstəyi yüzilliklər boyu avantüralara söykənən erməni fitnəsinin yeni-yeni faciələr törənməsinə münbin şərait yaradır. Ermənilərin avantürası əslində, son dövrlərdə dəstəklənən terror ocaqlarından yalnız daha mütəşəkkil, daha məkrli, demokratik dəyərlər və insan haqları pərdəsi altında təzahür etməsindədir.
Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı yeritdiyi siyasət dövlət səviyyəsində aparılan terrorizmdən başqa bir şey deyildir. Ermənistan dövlətinin terrorçu mahiyyəti özünü həm də onda ifadə edir ki, onun təşkili də, dövlət kimi formalaşdırılması da daxili qüvvəyə, daxili inkişaf qanunlarına, daxili iqtisadiyyata deyil, kənardan olunan dəstəklərə söykənir. Onun özünün müstəqil dövlət kimi fəaliyyət göstərmək iqtidarı yoxdur.
Onu da qeyd etmək lazımdır ki, ermənilərin siyasi elitasının, müstəqillik dövründə isə hakimiyyətdə olan qüvvələrin ictimai həyatın bütün sahələrində yeritdiyi siyasətin birinci qurbanı elə müllətçilik, düşmənçilik, özündənrazılıq zəhəri ilə zəhərlənmiş erməni xalqıdır. Ermənistan xalqının ən böyük təqsiri onların milli maraqlarından çox-çox uzaq olan kənar qüvvələrin məqsədlərinə xidmət edən sifarişləri yerinə yetirmələri, böyük siyasətin ən çirkli və şərəfsiz işlərini görmələri, hakimiyyətdə olan və kənar qüvvələrin sifarişlərini icra etməklə özünə var-dövlət qazanan xəyanətkar dəstəsinin alətinə çevrilmələridir.
XIX əsrin əvvəlində Cənubi Qafqazın Rusiya imperiyasına birləşdirildiyi gündən əgər müsəlman əhalinin yaşadığı ərazilər işğalın obyekti idisə, bu ərazilərə köçürülmüş ermənilər işğalçı siyasətin həyata keçirilməsi üçün vasitə idilər. Onlar bu xəyanətkar missiyanı həmişə yüksək canfəşanlıqla həyata keçirmiş, onun hesabına yaşamış, var-dövlət sahibi olmuş, mülklər əldə etmiş, dövlət vəzifələri tutmuşlar. Əhali həm dövlət qurumları, həm kilsə tərəfindən millətçilik ruhunda, azərbaycanlı əhaliyə nifrət ruhunda ideoloji təbliğatla əhatə olunur, vaxtaşırı etnik zəmində münaqişələrə cəlb olunurdular.
XX əsrin əvvəllərində erməni-azərbaycanlı qarşıdurması daha intensiv xarakter alır, vaxtaşırı silahlı toqquşmalara gətirib çıxarırdı. Bu qarşıdurmanın mahiyyətini ona yalnız bütöv yanaşmaq və bu tarixi ardıcıl izləmək yolu ilə müşahidə etmək mümkündür. Belə bir qanunauyğunluğu qeyd etmək istərdik. Gündəlik qaşıdurma, ziddiyyətlər fasiləsiz olaraq davam edirdi. Silahlı toqquşmaların baş verdiyi zaman isə onun daha qlobal problemlə bağlı olduğunu görməmək mümkün deyildir. 1905-ci ildə başlamış erməni-müsəlman qırğını Rusiyanı bürümüş inqilab dalğasının Cənubi Qafqaza, xüsusən Bakıya gəlməsinin qarşısını almaq üçün Rusiya hakimiyyəti tərəfindən hazırlanması və törədilməsi bütün dövlət sənədlərində, tarixi tədqiqatlarda sübut edilib.
Erməni avantürasının yeni mərhələsi yeni inqilab dalğasının başladığı 1917-20-ci illəri əhatə edir. İmperiya hakimiyyəti özünə lazım olan məqamlarda erməni amilini işə salıb, Cənubi Qafqazı öz çərçivəsində saxlamaq üçün qırğınlar törədib. Təsadüfi deyildir ki, 1918-ci ildə Azərbaycanın azadlıq iradəsini sındırmaq, bu ölkənin sərvətlərini, o cümlədən neftini əldən verməmək üçün törədilən mart soyqırımının icraçıları ermənilər idisə, onun sifarişçiləri bolşevik Rusiyası idi.
Dərindən diqqət yetirdikdə görmək olar ki, bu dövrdə törədilən qırğınlarda ermənilərin məqsədi o qədər də aydın deyildi və mücərrəd xarakter daşıyırdı. Məsələn, tarixin ən qanlı qırğınlarından biri olan 1918-ci il Mart soyqırımını törədən ermənilərin məqsədi nə idi? Onlar Bakını tutmaq, onun neftinə sahib olmaq, müsəlman əhalisindən tam təmizləmək istəyirdilər. Lakin bu məqsədlər qeyri-real idi. Bu soyqırımın əsl törədicilərinin məqsədləri və ona çatmaq yolları daha aşkar və real idi. Bolşeviklərsiz ehmənilər həmin hadisələrdə davamlı heç bir şeyə nail olmaq iqtidarında deyildilər. Onlar yalnız dağıda bilirdilər, qonşusuna xəyanət edərək arxadan zərbə vurmağı bacarırdılar. Konstruktiv quruculuq işi ilə məşğul olmaq, müstəqil siyasi hakimiyyət yaratmaq onlarlıq deyildi. Göründüyü kimi, onlar 1918-ci ilin yazında Cənubi Qafqaz regionunda müstəqil dövlətin yaranması məqamında oynadıqları xəyanətkar rolu görməmək mümkün deyil. Mart soyqırımı onların əli ilə həyata keçirildi. Düzdür, belə cinayətlərdə bütöv bir xalqı ittiham etmək fikrində deyilik, lakin onların bu iyrənc sifarişləri yerinə yetirməyə razılıq verməsi, belə cinayətlərə etiraz etməməsi çox mətləblərdən xəbər verir. Belə bir icraçının müştəriləri də həmişə kifayət qədər idi. Təsadüfi deyildi ki, onların başlıca himayədarları Rusiya imperiyasının və onların davamçıları olan bolşeviklərin başı özlərinə qarışanda da, ermənilər dəstəksiz qalmadılar. Məhz kənar qüvvələrə göstərdikləri “xidmət” sayəsində Qərb ölkələrinin dəstəyi ilə Azərbaycan ərazilərində öz dövlətlərini yarada bildilər.
1918-20-ci illərdə - müstəqillik məqamında Etrmənistanın regional münasibətlər sahəsində tutduğu ziddiyyətli mövqe və oynadığı dağıdıcı rol hadisələrin gedişində öz neqativ nəticəsini verdi. Bu əməllərin sırasını tam vermək olar. Bütövlükdə isə qeyd etmək lazımdır ki, bütün müstəqillik dövründə onlar münaqişə törətmiş, ənənəvi olaraq regionda gedən təsir dairəsi uğrunda mübarizədə yad qüvvələrin və dövlətlərin marağına xidmət etmişlər. 1919-cu ilin iyununda Cənubi Qafqaz Denikinin işğal təhlükəsi ilə üşləşəndə, ermənilər Azərbaycan və Gürcüstanın birləşərək müqavimət göstərmək təkliflərini rədd edərək, Denikinlə gizli danışıqlara getmişdi.
Ermənilər formal olaraq bolşeviklərə müxalif mövqedə durub, müstəqil dövlət kimi çıxış etsə də, XI qızıl ordunun Azərbaycana hücumunu təmin etmək üçün Azərbaycanın müxtəlif yerlərində qiyamlar təşkil edərək, bu işğala “xidmət” göstərmişdilər. Bütün bu “xidmət”lərin müqabilində isə Azərbaycanın yeyi-yeni ərazilərini əldə edib, böyük dövlət mənsəblərinə sahib olublar.

Ermənistan Azərbaycandan bir qədər sonra - 1920-ci ilin noyabrında sovetləşsə də, bu gecikmə formal xarakter daşıyırdı. Ermənistan bir dövlət olaraq Rusiyadan kənarda mövcud olmaq iqtidarında deyildi. Onlar əvvəl-axır öz havadarlarının yanında yer tutmalı idilər ki, bu da tezliklə baş verdi. Dəyişən siyasi rejimlər ermənilərin regionda oynadıqları rolda, onların bu sahədə göstərdikləri xidmətin xarakterində heç nə dəyişmirdi. Onlar eyni canıyanalıq və sədaqətlə Rusiya imperiyasına, onun yerində yarana biləcək istənilən rejimə - Kolçaka, Denikinə, bolşevilklərə ənənəvi xidmətlərini göstərməyə hazır olduqlarını dəfələrlə sübut etmişdilər. Əvəzində isə onlara əvvəlcədən vəd verilənləri tam ala bilmədikdə, öz narazılıqlarını daim bildirir, tələb edirdilər.
Sovet dövlətinin proletar beynəlmiləlçilik, xalqlar dostluğu, xalqların öz müqqəddəratını təyin etmək hüququ şüarları ilə çıxış etməsinə baxmayaraq, milli münasibətlər sahəsində imperiya Rusiyasının siyasətindən uzağa getməmişdi. Xüsusən müsəlman xalqlarına münasibətdə yeridilən siyasətdə köhnə siyasət dəyişməmişdi. Eyni zamanda bu xalqlara qarşı işlədilən vasitələr, amillər üstüörtülü şəkildə istifadə olunmaqda davam edirdi. Erməni amili əvvəlki kimi köhnə yerində, köhnə statusunda qalmaqda və fəaliyyət göstərməkdə davam edirdi. Sovet hakimiyyətinin ilk dövrlərində müsəlman respublikalarının hüququnun müxtəlif vasitələrlə kölgəyə salınması, onlarda fəaliyyət göstərən milli kadrların fəaliyyətinin məhdudlaşdırılması, respublikada vacib postlarda qeyri-müsəlmanların yerləşdirilməsi bu qəbildən idi.
Sovet hakimiyyəti illərində Azərbaycan xalqı əleyhinə törədilmiş bütün cinayətlərdə ermənilərdən istifadəni müşahidə etməmək mümkün deyildir. Sovet hakimiyyətinin qurulduğu gündən Azərbaycan xalqına qarşı həyata keçirilən repressiyalarda ermənilər geniş fəaliyyət göstəriblər.
Sovet hakimiyyətinin mövcud olduğu dövrdə Azərbaycan ərazilərində, xüsusən Ermənistan SSR-də azərbaycanlılara məxsus torpaqlarda ermənilərin yerləşdirilməsi prosesi davam etdirilib. SSRİ sərhədləri hamı üçün qapalı olduğu halda, ermənilərin xarici ölkələrdən kütləvi şəkildə SSRİ-yə köçürülməsi, onların Ermənistanın azərbaycanlılar yaşayan yaşayış məskənlərində məskunlaşdırılması prosesi fasiləsiz olaraq həyata keçirilib. 1948-52-ci illərdə qəbul olunmuş partiya və dövlət sənədlərində azərbaycanlıların Ermənistandan deportasiya edilməsinin arqumentlərindən biri xaricdən köçürülən ermənilərin yerləşdirilməsi üçün yerlərin boşaldılması göstərilir.
Sovet dovlətinin dağılması anında SSRİ-nin müxtəlif yerlərində qəsdən münaqişə ocaqlarının yaradılması da uzun illər boyu aparılan siyasətin məntiqi davamı idi. Buna görə də münaqişənin həlli prosesində qeyri-konstruktiv mövqe tutaraq, həmişə olduğu kimi, bu qayda ilə istəklərinə nail olacağına ümid edir. Bu səbəbdən, ermənilər tarix boyu zəbt etdikləri Azərbaycan ərazilərinin gündəmə gətirilməsini böyük qorxu və həyəcanla qarşılayır, bu faktdan Azərbaycana yeni böhtanlar atmaq üçün istifadə edirlər. Onlar İrəvanın, Zəngəzurun, Göyçə mahalının və digər ərazilərin Azərbaycanın tarixi torpaqları olduğunu gözəl bilir və dərk edirlər. Bu gün həmin faktların dövlət səviyyəsində qaldırılmasını özləri üçün təhlükə kimi qəbul edirlər. Çünki bunun həqiqət olduğunu bilirlər. Həmin torpaqlarda ədalətin öz yerini tutması zaman məsələsidir.
Azərbaycan xalqının obyektiv və subyektiv səbəblər üzündən itirdiyi torpaqlarına sahib durması labüddür. Qeyd olunduğu kimi, həmin torpaqların Azərbaycana məxsus olması açıq, şübhə edilməsi mümkün olmayan bir faktdır. Ermənilər isə həmin əraziləri havadarlarının hesabına əldə etdikdən sonra onlar haqqında əfsanələr, həqiqətdən uzaq yalanlar uydurmaq yolu ilə orada öz hökmranlıqlarını əbədiləşdirmək istəyirlər. Həmin faktların qaldırılması, Azərbaycanın o torpaqlardan imtina etmədiyini eşidəndə isə bu reallığı qorxu və təlaşla qəbil edirlər.
İbrahim ƏLİYEV,
Məqalə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəsi ilə Tətbiqi Tədqiqatlar Fondunun reallaşdırdığı “Qərbi Azərbaycana qayıdış haqqı” layihəsi çərçivəsində hazırlanıb.

Ermənilərin Azərbaycan torpaqlarını zəbt etməsi...
28 İyul 2025 09:06
Ermənilərin dağıtdığı Azərbaycan qəbiristanlığından GÖRÜNTÜLƏR
24 Noyabr 2024 21:16
Ermənilərin oğurladığı Azərbaycan GƏLİNİ VİDEO
02 İyun 2025 11:33
Ermənilərin dağıtdıqları Azərbaycan qəbiristanlığından GÖRÜNTÜLƏR KONKRET
24 Noyabr 2024 21:16

