Icma.az
close
up
RU
Ermənilərin oğurladığı Azərbaycan GƏLİNİ VİDEO

Ermənilərin oğurladığı Azərbaycan GƏLİNİ VİDEO

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın qədim musiqi incilərindən olan “Sarı Gəlin” təkcə bir xalq mahnısı deyil, azərbaycanlıların musiqi ruhunu, sevgi fəlsəfəsini və mədəni yaddaşını ifadə edən dəyərli irs nümunəsidir. Bu mahnının həm melodiyası, həm də sözləri Azərbaycan folklorunun incəliyini və emosional zənginliyini özündə cəmləşdirir. Lakin təəssüf ki, bu möhtəşəm irs nümunəsi də digər mədəniyyət elementlərimiz kimi çoxdandır erməni plagiatlığının hədəfinə çevrilib. Ermənilər uzun illərdir "Sarı Gəlin"i özlərinə - erməni folkloruna aid etməyə çalışır, onun erməni xalq mahnısı olduğunu iddia edirlər.
Bədnam qonşular mahnını "Sari axçik" adlandırırlar. "Sari axçik" erməni dilindən tərcümədə "Dağlı qız" anlamındadır. Onlar iddia edirlər ki, mahnı ötən əsrdə yaşamış folklorşünas və bəstəkar Komitas Vardapet tərəfindən 1913-cü ildə İrəvan quberniyasının Sürməli qəzasında qeydə alınıb. Amma bunun gerçək olub-olmadığı da şübhə doğurur. Əsl adı Soqomon Soqomonyan olan Komitas Vardapet erməni mənşəli musiqişünas, bəstəkar, dirijor, arxivçi və din xadimi olub. Bu həmin Komitasdır ki, vaxtilə Şərqi Anadolu və Qərbi Azərbaycan kəndlərini gəzərək, azərbaycanlılara və türklərə məxsus minlərlə xalq mahnısını qeydə alaraq, onları “arxivləşdirib” və sonra oradan "erməni xalq mahnısı" kimi çıxararaq təqdim edib.
Tədqiqatlar Komitasın "erməni xalq musiqisi" adı altında təqdim etdiyi bir sıra mahnıların musiqi strukturu, mətn üslubu və melodik quruluşu baxımından məhz Azərbaycan xalq mahnıları olduğunu sübut ediblər. Bu mahnılar arasında ən məşhuru isə “Sarı Gəlin”dir.
Melodiya oğrusu və "Sari axçik" uydurması


Komitas Vardapet müasir erməni plagiatının əsas istinad nöqtələrindən biridir. Belə ki, ermənilər hansısa mahnını özlərinin "xalq musiqisi" kimi təqdim edəndə, dərhal onun ötən əsrin əvvəllərində Komitas trəfindən nota köçürüldüyün bildirirlər. Başqa sözlə, melodiya oğrusu Komitas erməni plagiatının "arxivi" sayılır.
Erməni mədəniyyət təbliğatçıları zaman-zaman “Sarı Gəlin”i erməni xalq mahnısı kimi təqdim edən müxtəlif videolar, yazılar və “elmi araşdırmalar” yayımlayaraq, beynəlxalq aləmdə bu mahnıya dair saxta təəssürat yaratmağa çalışıblar. Xüsusilə ABŞ və Fransadakı güclü erməni diasporu vasitəsilə dünya mədəniyyət sərgilərində və konsertlərində “Sarı Gəlin” erməni irsi kimi təqdim edilib. Bu cür təqdimatlarda mahnının mənşəyi qəsdən təhrif olunub. Belə cəhdlər bu gün də davam etməkdədir.

Ermənilər mahnıya süni əfsanələr qoşaraq, onun guya keçmişdə İrəvan xanlığında yaşamış bir erməni qızına ithaf olunduğunu uydurub və bu “mifi” tarixi sənəd kimi təqdim etməyə çalışıblar. Araşdırmalar isə isə göstərir ki, həmin əfsanə heç bir real etnoqrafik qaynaqlarla təsdiqlənmir.
Ermənilər bildirirlər ki, guya keçmiş zamanlarda gənc müsəlman oğlan gözəl bir erməni qızına aşiq olur, lakin onunla evlənə bilmir; erməni qızı xristian olduğuna görə xristian oğlana ərə gedir. Beləcə "Sari axçik" mahnısı yaranır. Əslində bu hekayə də azərbaycanlılardan oğurlanıb mənimsənilmiş tarixçəsir. Bu barədə bir qədər sonra bəhs edəcəyik.

Bu gün YouTube platformasında “Sarı Gəlin”i “erməni xalq mahnısı” kimi təqdim edən çox sayda ifalar var.

Yeri gəlmişkən, belə ifalardan birində ermənilər bəlkə də bilməyərəkdən öz yalanlarını ifşa ediblər. Həmin ifanın təqdimatında bildirilib ki, guya 1939-cu ildə ABŞ Konqresi Kitabxanasında Sidney Robertson Couellin kolleksiyasında erməni ifaçı Ruben Babayanın oxuduğu bir mahnı qeydiyyata alınıb, o da müasir "Sari axçik"dir.

Maraqlıdır ki, YouTube-dakı adı “Erivan” olaraq qeyd olunan mahnıda erməni ifaçı “sarı gəlin”, “sarı ceyran”, “sarı maral” sözlərini səsləndirir. Hətta Ruben Babayan ifasında bir neçə dəfə “neylim aman, sarı gəlin” sözlərinə də yer verib. Bu da mahnının oğurlandığını bri daha təsdiqləyir...
“Sarı Gəlin”ə iddiasını sürdürən Ermənistan 2012-ci ildə mahnını “Avropa musiqi toplusu”nda erməni folklorunun nümunəsi kimi qeydiyyata da aldırıb.
Müsəlman oğlanla xristian qızın sevgisi
“Sarı Gəlin” mahnısının etimologiyası haqqında müxtəlif versiyalar var. Bəzi musiqiçilər hesab edirlər ki, bu xalq mahnısının 200-dən çox yaşı var, digərləri onun daha qədimdə yarandığını bildirirlər.
Məsələn, musiqişünas alim, professor Abbasqulu Nəcəfzadənin fikrincə, "Sarı Gəlin"in söz və musiqisi XVI əsrin məşhur dövlət xadimi, sərkərdə və şairi Şah İsmayıl Xətaiyə məxsusdur. O deyir ki, Şah İsmayıl sarayda rəqqasə qızların oyununa baxarkən sarı libaslı bir gözəl qız onun diqqətini özünə çəkib və belə bir əsər yazıb.
“Sarı Gəlin”in tarixini araşdıran deputat Hikmət Məmmədov isə daha detallı versiya ortaya qoyub. Onun sözlərinə görə, mahnının yeddi hecadan ibarət sözləri Oğuz türklərinin yaratdığı ədəbi üslubda - bayatı janrında yazılıb:
“Bayatı yalnız türklərə aid bir yaradıcılıq nümunəsidir. Bu üsluba İraq türkmənləri və azərbaycanlıların ən çox istifadə etdiyi xalq yaradıcılığı nümunəsi olmaqla başqa heç bir xalqın şifahi yaradıcılığında rast gəlinmir. “Sarı Gəlin”in sözləri bayatı janrının bütün müsbət keyfiyyətləri, axıcılığı, sadəliyi, aydın ifadə tərzi və məhz xalq dili ilə yazıldığı üçün çox sevilir.
Mahnının olduqca populyarlıq qazanmasının və sevilməsinin ikinci səbəbi isə onun məzmunu ilə bağlıdır. Mahnıda bir nakam eşq hekayəsindən bəhs edilir və bu hekayə olduqca təsirli sözlərlə təsvir olunur. Mahnını çox sevdirən üçüncü cəhət isə onun melodiyasının yenə xalq yaradıcılığının başqa bir nümunəsi olan aşıq sənətindən qaynaqlanmasıdır”.
H.Məmmədovun bildirdiyinə görə, “Sarı Gəlin" mahnısının mövzusu folklor nümunələrimizdən biri olaraq uzun müddət şifahi xalq ədəbiyyatımızda mövcud olub:
“Sonra musiqiləşib, daha sonra isə bu mahnının hekayəti böyük dramaturq Hüseyn Cavidin "Şeyx Sənan" (1914) əsərinin süjetində qismən öz əksini tapıb. “Şeyx Sənan”da da, "Sari Gəlin"də də aşiq müsəlman, məşuqə isə xristiandır. Hər iki yaradıcılıq nümunəsi dramatik süjet üzərində qurulub. Görünür dahi Hüseyn Cavid “Şeyx Sənan”ı yazanda əsərin əsas süjet xəttinə o zamanlar el arasında şifahi folklor nümunəsi kimi mövcud olan hadisəni daxil edib”. 
Sarı gəlin – sarışın gözəl əslində kim olub?

"Sarı Gəlin" mahnısının tarixi həm də Birinci Dünya müharibəsində iştirak etmiş Osmanlı hərbçi-yazarı Ahmet Refik Altunayın "Kafkas yollarında" adlı xatirələr kitabında təsvir olunub. Əsərdə mahnının müəllifinin Sinan (Sənan) olduğu qeyd edilir. 
Refik Altunay mahnının mövzusu haqqında belə bir hekayə nəql edir: “Bir müsəlman türk gənci öz kəndində yaşayan bir xristian qızı sevir”.  
H.Məmmədovun araşdırmasına görə, "Sarı Gəlin" mahnısı Qərbi Azərbaycan (indiki Ermənistan) ərazidində yaranıb. Mahnıdakı sarışın gəlin xristian qıpçıq türkü, onu sevən gənc isə müsəlman oğuz türkü olub.
Tarixi mənbələrə görə, qıpçaqlar ucaboylu, sarışın, mavi gözlü türk tayfası olublar. Orta əsrlərdə qıpçaq­lar Cənubi Qafqazdan Şərqi Anadolu sərhədlərinə kimi yayılmağa başlamışdılar. Qıpçaqlar Azərbaycan xalqının soy-kökünün formalaşmasında rol oynamış türk tayfalardan biri olub.
Beləliklə, buradan belə bir nəticə hasil olur ki, məşhur sarı gəlin qıpçaq türkü idi.
Musiqişünas alim Firudin Şuşinski də bu mahnının Azərbaycan mənşəli olduğunu elmi əsaslarla sübut edib. O, tədqiqatlarında yazıb ki, ermənilər “Sarı Gəlin”i məhz azərbaycanlılardan eşidərək təsirlənib və sonradan mahnının özlərinə məxsus variantını hazırlayıblar.

Tanınmış bəstəkar Cavanşir Quliyevin “Sarı Gəlin”ə dair rəyində bildirilib ki, bu mahnı “Şur” məqamında yazılıb, minlərlə Azərbaycan mahnısı bu məqam üzərində qurulub.
“Janr etibarı ilə “Sarı Gəlin” uzun havadır. “Uzun hava” isə türkdililli xalqların folklorunun tərkib hissəsidir. Janrdan gələn forma quruluşu isə başqa xalq mahnılarından fərqlənir: nəqarət yoxdur. Nəqarətin funksiyasını “Şur” muğamının “Şur-Şahnaz” şöbəsinə edilən modulyasiya icra edir. “Şur-Şahnaz” isə ancaq Azərbaycanda təşəkkül tapmış “Şur” dəstgahının əsas şöbələrindən biridir”.
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin açıqlamasında bildirilib ki, 1959-cu ildə Ermənistanda çapdan çıxmış “Ensiklopedik musiqi lüğət”ində iddia olunub ki, guya vaxtilə - 1913-cü ildə erməni etnoqraf Komitas Vardapet tərəfindən yazıya köçürülmüş xalq musiqisindən biri də “Yes keza tesa” adlanır. Əslində erməni xalq mahnısı kimi təqdim edilmiş “Yes keza tesa” qədim Azərbaycan mahnısı “Sarı Gəlin”dir. Maraqlıdır ki, ermənilər onu “Yes keza tesa” adı altında oxumaqdansa, “Sari axçik” kimi ifa etməyi daha üstün tuturlar.
"Sarı Gəlin" xalq mahnısının ən azı bir neçə yüz il tarixi var”.

Erməniləri necə susdurmalı...
Bakı Musiqi Akademiyasının mərhum dosenti Ariz Aduləliyev yazır ki, tək “Sarı Gəlin” deyil, Azərbaycan xalq mahnılarının əksəriyyətində min illərin informasiyası var. O bildirib ki, “Sarı gəlin" mahnısının tədqiqi böyük bir elm sahəsidir.
“Söhbət təkcə “Sarı Gəlin”dən getmir, yüzlərlə xalq mahnılarımız erməni adına təbliğ olunur. Onlarla xalq mahnılarımız, rəqslərimiz, aşıq havalarımız, rəng və diringilərimiz var ki, ermənilərin not məcmuələrində yer alıb. Çünki XX yüzillikdə Qərbi Azərbaycan aşıq musiqilərini, rəqs musiqilərini, xalq mahnılarımızı bəstəkar və musiqişünaslarımız nota yazmayıb. Ermənilər isə bundan istifadə edib, mahnılarımızı oğurlayaraq özününküləşdiriblər", - musiqişünasın qeydlərində bildirilib.
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin sədri, əqli mülkiyyət üzrə beynəlxalq ekspert, professor Kamran İmanovun fikrincə, "Sarı gəlin" sadəcə gəlinin zahiri görünüşünü əks etdirmir, mahnının adı həmçinin özündə “bizə doğru gələn” semantikanı da daşıyır. Kamran İmanovun “Armiyanskiye inarodnıye skazki” (“Erməni yadelli nağılları”) kitabında erməni ədəbi oğurluqlarını, o cümlədən “Sari gəlin” xalq mahnısının erməniləşdirilməsi cəhdlərini ifşa edən faktlar toplanılıb və müvafiq beynəlxalq qurumlara göndərilib.
“Sarı Gəlin” yaranandan çox-çox sonralar - 1930-cu illərin əvvəllərində Azərbaycan bəstəkarı Asəf Zeynallı tərəfindən nota köçürülərək fortepiano üçün işlənib.
Bu gün “Sarı gəlin” Azərbaycan və Ermənistanla yanaşı, İran, İraq, Türkiyədə geniş yayılmış bir mahnıdır və onun müxtəlif versiyaları ifa olunur.

“Sarı gəlin” Azərbaycanın UNESCO səviyyəsində təqdim etdiyi bir layihəsində də yer alıb.
Ekspertlərin fikrincə, bu mübahisədə erməniləri məğlub etməyin bir yolu da “Sari gəlin” mahnısının UNESCO-nun qeyri-maddi mədəni irs nümunələri siyahısına salınmasına nail olmaqdır.
 


 


Ə.Qafarlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:369
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 İyun 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see359

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see342

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see279

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see263

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see261

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see258

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see248

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see241

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see237

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see228

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see217

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see213

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see206

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see206

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see205

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see197

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see196

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see193

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see190

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri