Icma.az
close
up
RU
Ermənilərin kompakt yaşadığı Pasadena, Qlendeyl və La Cresenta alovlar içərisində

Ermənilərin kompakt yaşadığı Pasadena, Qlendeyl və La Cresenta alovlar içərisində

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

Ermənilər həyəcanla Kaliforniyanın kül olmasını izləyirlər.


Adfalet.az xəbər verir ki, Ermənistanın Kilikiya katolikosu I Aram Los-Ancelesdə yayılan yanğının nəticələri və yerli ermənilərin vəziyyəti ilə bağlı məlumat almaq üçün Şimali Amerikanın Qərbi Erməni Yeparxiyasının rəhbəri arxiyepiskop Der Qeqam Xaçeryanla əlaqə saxlayıb.
Qərbi Erməni Yeparxiyasının rəhbəri Fr. Gegham Ark. Xaçeryan eyni zamanda Los-Ancelesdəki böyük ya

nğının nəticələri ilə bağlı narahatlığını ifadə edib:”Güclü tufan və külək yanğınsöndürənlərin ardıcıl və təsirli müdaxilələrinə baxmayaraq alovun daha da böyüməsinə səbəb olub. Dəhşətli yanğın əsasən ermənilərin məskunlaşdığı Pasadena, Qlendeyl və La Cressenta ərazilərində yayılıb. Məlumata görə, artıq bir neçə erməni ailəsi daha təhlükəsiz bölgələrə sığınıb”.

Qeyd edək ki, bütün dünyaya bəllidir ki, Rusiya ermənilərindən sonra Ermənistan kənarında yaşayan ikinci ən böyük erməni icması ABŞ-da- Kaliforniya ştatındadır. Ermənilərin Şimali Amerikaya gəlişi XVIII və XIX əsrlərdə baş vermişdir. Həmidiyə qətliamı və Erməni soyqırımı kimi hadisələr etnik ermənilərinin Amerika Birləşmiş Ştatlarına köçünü sürətləndirmişdir. Bu dövrlərdə Amerikaya gəlmiş ermənilər əsasən Osmanlı imperiyası və İran ərazilərdən köç edirdilər. 1950-ci ildən etibarən Türkiyə, İran, Livan və Suriyada yaşayan etnik ermənilərin mühüm bir qrupu Amerikaya müharicət etmişdir.

SSRİ-nin 1991-ci ildə dağılması mühacirət dalğasını genişləndirmiş, bir çox sovet ölkələrində yaşayan ermənilər ABŞ-yə köçmüşdür. 2011-ci ildə ABŞ-də əhalinin etnik tərkibi üzrə aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, Amerikada yaşayan əhalinin 483.366 nəfəri etnik baxımdan ermənidir. Müxtəlif mənbələrdə bu rəqəm 800.000 ilə 1.500.000 arasında göstərilmişdir. Amerika ermənilərinin 160 mindən çoxu Kaliforniya ştatının ərazisində yaşayır. Rəsmi rəqəmlərdə ABŞ ərazisində yarım milyona yaxın ermənin yaşadığı göstərilsədə, rəyi soruşulan insanlardan 385,488 nəfəri etnik tərkibi kimi erməni olduğunu göstərmişdir. Kaliforniya ştatında yerləşən Qlendeyl şəhəri Amerika ermənilərinin qeyri-rəsmi mərkəzi hesab olunur. Şəhərin meri də elə ermənidir.

Erməni əsilli amerikalı yazar Anni P. Bakalian kitabında qeyd edib ki, Los-Anceles ermənilər və özünü erməni hiss edənlər üçün Məkkəyə çevrilib.
Bu şəhərdə mütəmadi olaraq Türkiyəyə qarşı etiraz aksiyaları, nümayişlər keçirilir. Səbəb də odur ki, 100 illik erməni yalanı olan "erməni soyqrımı"na görə ABŞ höküməti Türkiyəni beynəlxalq məhkəməyə verib ondan yüklü bir təzminat alıb ermənilərə versin!Düzdür ermənilər hələlik bu tələbin həyata keçməsinə nail ola bilməsələr də, amma ABŞ-ın 50 ştatında da "erməni soyqırımı"nı rəsmən tanıda biliblər. ABŞ-ın elə bir ştatı və yaxud şəhəri yoxdur ki, orda yalançı "genosid" abidəsi. 2020-ci ilin sentyabrından los-ancelesli ermənilərin hədəfi genişlənib. O gündən Azərbaycanı qaralama kampaniyasına start veriblər.


Erməni lobbisinin əlində oyuncağa çevrilən ABŞ höküməti, şəxsən uydurma erməni soyqırımını rəsmən tanıyan prezident Co Bayden burada yaşayan ermənilərin qol-qanad açmasına geniş şərait yaradıb. Beləki, Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki Baş konsulluğunun qarşısındakı meydanın adı dəyişdirilərək, “artsax respublikası” qoyulub. 1991-ci ildə Vatertaun ştatının erməni icması yerli hökumət rəsmilərini Qarabağın müstəqilliyi uğrunda gedən mübarizənin şərəfinə Müqəddəs Stefan Erməni Kilsəsinin yerləşdiyi küçənin adını "Artsax" küçəsi olaraq dəyişdirməyə çağırdı. Təbii ki, bu tələb yerinə yetirildi.

2018-ci ilin oktyabrında isə Qlendeyl Şəhər Şurası Harvard və Uilson arasındakı Merilend prospektinin adını dəyişib "Artsax" qoydular.

Əntiqə Rəşid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:283
embedMənbə:https://adalet.az
archiveBu xəbər 10 Yanvar 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see327

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see319

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see315

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see306

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see287

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see267

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see254

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see249

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see248

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see247

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see242

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see219

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see219

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see213

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see204

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see198

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see195

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see183

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see183

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri