Icma.az
close
up
RU
Ermənilərin Səfiəddin Urməvi farsdır iftirası, farsların təkzibi: ƏlAarmoy ƏlAzerbayjani

Ermənilərin Səfiəddin Urməvi farsdır iftirası, farsların təkzibi: ƏlAarmoy ƏlAzerbayjani

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənilər xalqımıza və dövlətimizə demək olar ki, hər gün bir Iftira, bir böhtan atmaqla məşğuldurlar. İftiranın, böhtanın da uzun ömrü olmadığı üçün bu dəfə yenidən durduqları, düşdükləri zibillikdən ağıllarına gələn , gözlərinə görünən zibili, böhtan və iftiranı yağdırmaqda davam edirlər. Hədəfə dəyməyəndə isə bu dəfə başqa xalq və dövlətləri məsələyə qatmağa çalışırlar.

Məsələn, bu gün ermənilərin ən nüfuzlu qəzeti olan “Hraparak” növbəti bir iftiranı səhifəsində canlandırıb.
Nəşr yazır: “Azərbaycan təkcə erməni deyil, həm də İran mədəniyyətini və tarixini mənimsəyir, bu dəfə musiqiçi və xəttat Urməvini azərbaycanlı hesab edir, amma reallıq başqadır. Azərbaycanlılar yalnız Urmiyanın hazırda İranın Qərbi Azərbaycan vilayətində yerləşməsinə əsaslanaraq, Urməvinin azərbaycanlı olduğunu iddia edirlər ki, bununla da onların da əsassız iddiaları var. Urməviyə istinadlarda Azərbaycandan bəhs edilmir və o, heç vaxt Azərbaycan dilində yazmayıb, çünki XIII əsrdə Azərbaycan xalqı, belə bir dil, dövlət olmayıb. Gənc yaşlarında Əl-Urmavi Bağdada köçdü və burada musiqi ilə yanaşı ərəb dili, tarix və xəttatlıq öyrəndi. Urməvi fars və ərəb dillərində yazıb”.
 

İndi isə gəlin görək faktlar nə deyir


Əslində Azərbaycanın tariçi və araşdırmaçı alimlərinin Urməvi haqqında kifayət qədər təkzibedilməz faktlara əsaslanan monoqrafiya və tədqiqat əsərləri var. Məsələn,  Azərbaycan alimi, folklorşünası, publisisti. AMEA Folklor İnstitutunda xarici ölkələrlə əlaqələr bölməsinin rəhbəri Əli Şamilin əsərində deyilir ki, Gözəl xəttat, nəfis nəqqaş, Şərq dünyasının məşhur musiqiçisi, musiqi tarixçisi və nəzəriyyəçisi Səfiəddin Urməvinin adı və soyadı qaynaqlarda Səfi-əd-Din Əbdülmömin ibn Yusif ibn Faxir Urməvi kimi yazılır:Urmuya şəhərində doğulduğunu və nəslinin bu şəhərdə yaşadığını bildirmək üçün Urməvi soyadını götürmüşdür. Onun doğulduğu və özünə soyadı kimi qəbul etdiyi Urmiya şəhəri indi İran İslam Respublikasındakı Qərbi Azərbaycan vilayətinin mərkəzidir. Bu gün musiqi təhsili alanlar, musiqi ilə maraqlananlar notlardan istifadə edirlər. Onların istifadə etdikləri notlar Avropadan alınmışdır. Azərbaycanda isə hələ 13 yüzildə Səfiəddin Urməvi kimi istedadlı musiqiçi notlardan istifadə etmişdir və onu təkmilləşdirmişdir. Hətta onun şagirdləri olmuş Şəmsəddin Söhrəvərdi, Əli Sitan, Həsən Zəfər və Hüsaməddin Qutluq Buğa kimi musiqişünasların da not yazılarının bir qismi günümüzədək gəlib çatmışdır. 1216-cı ildə Urmiya şəhərində anadan olmuş Səfiəddin ilk təhsilini doğulduğu şəhərdə almış, necə deyərlər musiqinin əlifbasını və udda çalmağı da burada öyrənmişdir. Sonradan xilafətin paytaxtına, Yaxın və Orta Şərqin elm və mədəniyyət mərkəzi Bağdada gedərək dövrünün ən yaxşı təhsil ocaqlarından olan "Müstənsəriyyə"də oxumuşdur.
Gənc Səfiəddin burada fəlsəfəni, məntiqi, tibbi, riyaziyyatı, astronomiyanı və müxtəlif dilləri öyrənmişdir. O, xəttatlıq və nəqqaşlıqda böyük uğur qazandığından Abbasilər sülaləsinin son nümayəndəsi xəlifəsinin sarayına işə dəvət edilir. Orada kitabların üzünü köçürməklə yanaşı, zəngin kitab xəzinəsindən istifadə edir, biliyini artırır. Əsas işi olan xəttatlıqıa yanaşı ud çalmasını təkminləşdirir, musuqi nəzəriyyəsini və tarixini öyrənir”.
İndi isə gəlin ermənilərin iftirasına cavab verək:
Məlum olur ki, şərqdə tanınmağın yeganə yolu ərəb dilində yazıb yaratmaq olduğu üçün Urməvi məhz bu dildə təhsil almış və əsərlərini də bu dildə yazmışdır.
Maraqlıdır ki, İran mənbələri Urməvinin bir fars olduğunu qətiyyən iddia etmirlər. İrana məxsus məlumat qeydlərində fars dilində yazılır:” Bəzi tarixçilər onun atasının adını Yusif, babasının adını isə Faxir yazmışlar. Onun mənşəyi və mənşəyi mübahisəli olduğundan, müxtəlif tarixçilər onu "Əl-Aarmoy Əl-Azerbayjani ", " Əl- Xowi Əl-Aarmoy Əl-Bağdadi " , " Əl-Cəvini Əl-Aarmoy " və " Əl -Əl-Ərmoy" kimi başqa adlarla xatırlamışlar”.
Bəli, hörmətsiz və urvatsız ermənilər, farslar onun fars olmadığını bu cümlələrlə ortaya qoyur.
Ermənilərin sonuncu iddiası da odur ki, Urməvinin yaşadığı dövrdə Azərbaycan adı olmayıb. Buna da Həsən Qəniyevin “Azərbaycan tarixi” kitabından yararlanaraq açıqlıq gətirək: “ E.ə. XIII-VII əsrlərə aid mixi yazılarda, Manna ilə Midiyanın sərhəd hissəsində, Qızıl Üzən çayının cənub-qərb mənbəyində Andarpatian adlı vilayət mövcud olmuşdur ki, o da Mannanın tərkibinə daxil idi. Andarpatian adını Azərbaycan adının sonrakı Adərbadqan, Azərbayqan, Adirbican, Azirbican və Azərbaycan formalarının başlanğıcı hesab etmək olar.
Beləliklə, mixi mənbələrdəki Andarpatian və yaxud Adərpayqan vilayət adını “Azərbaycan” adının ən qədim və ilkin forması kimi qəbul etmək olar. Mannanın bir vilayətinə şamil edilən bu ad tədricən eyni coğrafi mənzərəni əks etdirən şimal ərazilərə də şamil edilmiş böyük bir ərazini bildirən ölkə adına çevrilmişdir.
Zaman keçdikcə “Azərbaycan” məfhumunun da həm coğrafi, həm də siyasi tətbiq dairəsi genişlənmiş və artıq erkən orta əsrlərdə (V əsrdən başlayaraq) Azərbaycan deyəndə yalnız Arazdan cənuba deyil, həmçinin Arazdan şimala Dərbəndə qədər ərazilər nəzərdə tutulurdu. Belə ki, ərəb müəllifi Əbu Cəfər Məhəmməd ibnCərir ət-Təbəri “Tarix ər-Rüsul vəl-müluk” (“Peyğəmbərlərin və hökmdarların tarixi”) əsərində yazır ki, Sasani hökmdarı I Xosrov Ən-Nuşirəvanın (531-579-cu illər) zamanında Sasanilər imperiyası dörd canişinliyə bölünmüşdü və onların dördüncüsü Azərbaycan (Adurbadağan) canişinliyi “Xəzərlərin ölkəsinə” qədər uzanırdı.
Xəzər xaqanlığı Dərbənddən şimalda yerləşirdi və Təbərinin yazdığından görünür ki, Dərbəndə qədər ərazilər VI əsrin əvvəllərindən artıq Azərbaycan adlanırdı. Dərbəndin qala divarlarına sasanilərin Azərbaycandakı mərzbanı tərəfindən 553-cü ildə pəhləvi dialektində həkk etdirilmiş “Adurbadağanın vergi toplayanı Bərzinş” yazısından da məlum olur ki, o vaxt Azərbaycanın şimal sərhəddi Dərbəndə çatırdı.
Eləcə də X əsr fars tarixçisi Əbu-Əli Məhəmməd ibn Əbülfəzl Məhəmməd əl-Bələmi özünün “Tərcümeyi tarix-i Təbəri” əsərində aydın surətdə yazır: “Azərbaycannın hüdudunun başlanğıcını Əbhər və Zəncan daxil olmaqla Həmədan, axırını isə xəzərlərin Dərbəndindən götürürlər və bu aralıqda olan bütün on-on iki şəhəri Azərbaycan adlandırırlar”.
görkəmli musiqişünas alim, Əməkdar incəsənət və elm xadimi, akademik Zemfira Səfərova monoqrafiyasında yazır:.Ingilis alimi Corc Farmerin dediyinə görə, Səfiəddindən sonra gələn bütün ərəb, fars, türk dilli müəlliflərin hamısı onun nəzəriyyəsinin davamçıları olmuşlar.Bu alimlərdən biz Məhəmməd Cürcanini, Əbdülqadir Marağaini, Qütbəddin Şirazini, Mahmud Amulini, Əbdürrəhman Camini, Zeynəlabdin Hüseynini, Kavkabi Buxarini, Dərviş Əlini, Mirzə bəyi, Mir Möhsün Nəvvabı və XX əsrdə böyük alim və bəstəkar Üzeyir Hacıbəyovu göstərə bilərik.

 Əntiqə Rəşid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://adalet.az
archiveBu xəbər 05 Dekabr 2024 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri