Icma.az
close
up
RU
Ermənini niyə “radar”ımıza almırıq?

Ermənini niyə “radar”ımıza almırıq?

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bəzi təhlilçilər deyir ki, cəmiyyətin arxayınlaşması yaxşı hal deyil, hələ sülh sazişi ortada yoxdur, ermənilər revanşist niyyətlərindən əl çəkmirlər və sairə...

Azərbaycanın media məkanında Ermənistanla bağlı xəbərlərə əvvəlki qədər maraq olmamasının ən ciddi səbəbi düşmənin Qarabağdan tamamilə təmizlənməsidir. Sayt adminləri deyirlər ki, sülh müqaviləsi ilə bağlı çoxsaylı xəbərlərə də oxucunun xüsusi həvəsi qalmayıb. Bunun psixoloji səbəbləri bəllidir. Azərbaycan bu savaşda qalib gəlib, uduzan tərəf-Ermənistan daha nə əvvəlki kimi təhlükəli, nə də iddialıdır. Prezidentin İlham Əliyevin düşünülmüş siyasəti və Ordumuzun şücaəti sayəsində “Ermənistan və erməni məsələsi” indi Azərbaycanın şərti sərhədindən o biri tərəfdədir.

Bəzi təhlilçilər deyir ki, cəmiyyətin bu qədər arxayınlaşması yaxşı hal deyil, hələ sülh sazişi ortada yoxdur, ermənilər revanşist niyyətlərindən əl çəkmirlər və sairə. Bunlarla haradasa razılaşmaq da olar. Amma məncə, 35 ildir torpaqlara görə ağır itkilər vermiş, mənəvi və psixoloji sarsıntılar keçirmiş cəmiyyət “erməni məsələsini” diplomatiyamızın üzərinə buraxıb nəfəsini dərməyi, işğal kimi ağır yükdən qurtulmağın dadının çıxarmağı tam haqq edir. Diplomatiyamız zatən ayaqdadır, sülh sazişi üçün elan olunmuş prinsiplərdən bir addım belə geri çəkilmək yoxdur. Üstəlik və ən vacibi bu sülh prosesi də Prezident Əliyevin tam nəzarəti və yönləndirmələri ilə davam edir. Ermənistan qorxur, bunu şübhə yoxdur. Amma o çirkin başlarındakı xam xəyallardan qurtula bilmirlər. Prezident bu niyyətlərinə hələ bir neçə ay əvvəl tutarlı cavab verib. “Əgər 29 min kvadrat kilometr Ermənistan ərazisində rahat yaşamaq istəyirlərsə, Azərbaycanla sülh sazişinə razılaşmalıdırlar”. Bu xəbərdarlıq deyil, net mövqedir, Ermənistan rəhbərliyinə də, erməni xalqına da “yol xəritəsi”dir. Sülh sazişi imzalamaq istəmirlərsə, canları cəhənnəmə...

Azərbaycan cəmiyyət dövlətinin qəti mövqeyini də görür arxayınlaşır, ölkəsinə və ordusuna güvənir rahatlaşır, bunun nəyi pisdir ki? Toplumun özünə yenə ehtiyac olacaqsa, 2020-ci ilin payızda necə səfərbər olmuşdsa, yenə elə ayaqda olacaq. Hərə yenə bacardığı işin qulpundan yapışacaq.

Etiraf etmək lazımdır ki, 44 günlük savaşa qədər hərdən cəmiyyət, onun aparıcı qolu olan gənclər haqda pessimist rəydə olurduq. Amma gənclər də, cəmiyyət də bu sınaqdan üzüağ, qalib çıxdı... Hələ nə qədər insanlarımız işğaldan azad torpaqlarımızı gedib görməyiblər, bu qələbəyə həmin yerlərin suyu, havası və torpağı ilə sevinmək imkanları olmayıb. Ona görə cəmiyyətin rahatlamasından narahat olmağa ehtiyac yoxdur. Media da sülh prosesi və ona Ermənistandan yaradılan əngəlləri görür, hər gün bu barədə yazır, mövqelər toplayır və müxtəlif platformalarda yayır.

Ermənistanın silahlanması məsələsi dövlətimizi narahat edirmi? Edir. Amma ona görə yox ki, ermənilərə verilən silahlardan çəkinir. Ona görə ki, regionda gərginlik, ölkəmizdə daha müharibə istəmir. Ermənistan Hindistandan və Fransandan bir neçə ağır silah əldə edib, o dəmir-dümürə də deyəsən, çox arxayın olub. Düşünürlər ki, bu dəfə hansısa ciddi toqquşmalar olarsa, Azərbaycanın bundan əvvəlki əməliyyatlarda yerləşdiyi mühüm mövqelərdən bəlkə də uzaqlaşdırmaq olar. Azərbaycan ordusunun möhkəmləndiyi bu mühüm mövqelər Ermənistanı ciddi narahat edir və dəfələrlə bunu etiraf da ediblər. Amma onu da bilməlidirlər ki, Azərbaycana qarşı sərhəddə növbəti irimiqyaslı təxribat törətsələr, bu dəfə Azərbaycan ordusu məsələn, Göyçə gölünə tam nəzarəti ələ ala bilər. Bunlar Avropa İttifaqının müşahidə missiyasını yalvar-yapışla ona görə sərhədlərinə gətiriblər ki, təxribatlarına cavab olaraq irimiqyaslı əməliyyatlar olarsa, hay-küy sala bilsinlər, köməklərinə kimlərsə yetişsin.

Ermənistana diqqət deyirik, amma o xaraba məmləkətdə Paşinyandan maraqlı, bir az dramatik, bir az komik personaj da qalmayıb. Tramp Ağ Evə qayıdan kimi ABŞ-ın Dövlət Departamenti və USAID vasitəsilə həyata keçirilən proqramları dayandırmasının fəsadlarını Ermənistan hiss etməkdədir. Erməni mənbələrinin məlumatına görə, indiyədək Ermənistan ABŞ-dan hərbi sahə də daxil olmaqla 3,3 milyard dollardan çox yardım alıb. USAID Ermənistana təxminən 1,3 milyard dollar sərmayə qoyub. 2024-cü ildə Ermənistana 5 il ərzində 250 milyon dollar verilməsi haqqında saziş imzalanıb ki, bunun da 110 milyon dolları artıq köçürülüb.

Quru rəqəmlərin arxasında işğal illərində Qarabağda separatçılığa dəstək verən neçə-neçə təşkilat var. İndi onlarla QHT maaşsız qalıb, sabit xarici qrantlara öyrəşmiş revanşist qüvvələr öz iş istiqamətlərini dəyişməyə çalışırlar. Çünki nə Qarabağ var, nə erməni. Ermənistanda Amerika proqramlarının bağlanması təkcə Tramp administrasiyasının bürokratik qərarı deyil. Bu həm də siqnaldır. Böyük geosiyasətdə zəif müttəfiqlərə yer olmadığına dair siqnaldır...

Bütün bunların fonunda Ermənistanın geosiyasi tələyə düşdüyü daha aydın görünür. Azərbaycan cəmiyyətini arxayın edən daha bir səbəb də budur. Zəifi niyə “radar”a alsınlar ki?

Nazim SABİROĞLU

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://news24.az
archiveBu xəbər 18 Aprel 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1393

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see677

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see533

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see522

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see469

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see446

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see434

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see422

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see401

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see360

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see343

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see287

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see281

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see278

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see262
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri