Icma.az
close
up
RU
Ermənistan AİB dən çıxmağa tələsməyəcək ŞƏRH

Ermənistan AİB dən çıxmağa tələsməyəcək ŞƏRH

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məhəmməd Əsədullazadə: AİB Ermənistan iqtisadiyyatını “ayaqda saxlayan” əsas amillərdəndir

Ermənistanın son dövrlərdə həm Avrasiya İqtisadi Birliyi, həm də Avropa İttifaqı ilə paralel şəkildə münasibətləri inkişaf etdirməyə çalışması Rusiya tərəfində ciddi narahatlıq doğurur və rəsmi Moskva bu siyasətə açıq şəkildə etiraz edir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Avrasiya İqtisadi Birliyi Ermənistanın təşkilat üzvü olaraq eyni zamanda Avropa İttifaqına inteqrasiya hazırlığı aparmasını qəbul etməyəcək. Onun sözlərinə görə, AİB üzvlüyünün üstünlüklərindən yararlanaraq paralel şəkildə başqa iqtisadi bloka yaxınlaşmaq mümkün deyil.

Analitiklər isə hesab edir ki, Ermənistan hakimiyyəti nə qədər manevr etməyə çalışsa da, artıq ölkənin yürüdüyü siyasətin nəticəsində Avrasiya İqtisadi Birliyi daxilində problemlərlə üzləşdiyi açıq görünür.

Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə Sherg.az-a Rusiyanın Avrasiya İttifaqı Birliyi çərçivəsində Ermənistana bir sıra güzəştlər tətbiq etdiyini və onların iqtisadi dayanıqlılığını artırdığını bildirib. 

Ekspertin sözlərinə görə, Ermənistan üçün ən mühüm üstünlüklərdən biri enerji sahəsində tətbiq edilən qiymət fərqləridir:

“Rusiya Ermənistana təbii qazı təxminən 165 dollar qiymətinə satır. Dünya bazarında isə bu rəqəm 500–600 dollar civarındadır. Bu fərq Ermənistan iqtisadiyyatı üçün ciddi üstünlük yaradır.

Eyni zamanda AİB çərçivəsində Ermənistan məhsulları Rusiyaya daha asan şərtlərlə, gömrük rüsumu olmadan ixrac olunur. Bu da ölkədəki iş adamları üçün əlavə imkanlar yaradır və iqtisadi aktivliyi artırır. Bütün bu üstünlüklər Ermənistan iqtisadiyyatının müəyyən mənada ayaqda qalmasına dəstək verir”.

Baş nazir Nikol Paşinyanın Avropa ilə inteqrasiya xəttinin Moskva tərəfindən diqqətlə izlənildiyini vurğulayan M. Əsədullazadə qeyd edib ki, seçkilərdə Paşinyanın qələbəsi və Avropaya inteqrasiya yönümlü siyasəti Rusiyada narahatlıq yaradır. Buna görə də Rusiya tərəfi AİB-in Ermənistana verdiyi iqtisadi üstünlükləri daha çox qabardır və bu mexanizmin əhəmiyyətini xatırladır:

“Ermənistan yaxın perspektivdə AİB-dən çıxmağa tələsməyəcək, çünki mövcud iqtisadi faydalar ölkə üçün əhəmiyyətlidir. Düşünürəm ki, Ermənistan AİB-i tərk etməyə tələsmir, çünki iqtisadi baxımdan bu birlikdən ciddi faydalar əldə edir. Lakin siyasi proseslər gələcəkdə daha da mürəkkəbləşə bilər və Ermənistan həm Avrasiya, həm də Avropa istiqamətində balans siyasəti aparmağa davam edəcək. Lakin Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, İrəvanın Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında seçim etməsi lazımdır. Ermənistan artıq Avropa İttifaqına qoşulmaq haqqında qanun qəbul edib, ona görə də məsələ onsuz da aktualdır. Azərbaycan və türkiyə ilə sərhədlər açılandan sonra Ermənistan Avropa İttifaqı ilə yaxınlaşmaq siyasətini davam etdirəcək”. Politoloq qeyd edib ki, Ermənistanın eyni vaxtda həm Avrasiya İqtisadi Birliyində qalıb, həm də Avropaya inteqrasiya etməsi mümkün deyil. Onun sözlərinə görə, Nikol Paşinyan Avrointeqrasiya siyasətini davam etdirəcəyi halda Rusiya Ermənistanı AİB-dən uzaqlaşdıracaq.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 İyun 2026 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see419

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see374

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see333

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see294

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see285

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see249

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see234

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see228

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see215

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see211

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see206

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see196

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see190

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see184

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see181

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see178

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see173

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see173

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see152

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri