Icma.az
close
up
RU
Статья не опубликована
Ermənistan Avropa Şurasının keçmiş Baş katibinə orden verdi, Yaqland necə ermənipərəst olmasından danışdı DİPLOMATİYA ADINA RƏZİLLİK

Ermənistan Avropa Şurasının keçmiş Baş katibinə orden verdi, Yaqland necə ermənipərəst olmasından danışdı DİPLOMATİYA ADINA RƏZİLLİK

Aznews.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fevralın 7-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Norveçə rəsmi səfəri çərçivəsində Avropa Şurasının keçmiş baş katibi və Norveçin keçmiş baş naziri Turbyörn Yaqlandla görüşüb.

AzNews.az "Armenpress"-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Ararat Mirzoyan Turbyörn Yaqlandı Ermənistan Respublikasının Şərəf Ordeni ilə təltif etdi," – deyə XİN-dən bildirilib.

Təltifetmə mərasimində nazir Mirzoyan vurğulayıb:

"Sizə bu ordeni təqdim etmək mənim üçün böyük şərəfdir. Bu, demokratiyamıza və ölkələrimiz arasındakı əlaqələrin möhkəmlənməsinə verdiyiniz töhfənin bir nişanəsi və sübutudur. Təbrik edirəm."

Turbyörn Yaqland isə öz növbəsində qeyd edib:

"Bu ordeni almaq böyük bir şərəf və məmnuniyyətdir.

Cənab nazir, icazə verin sizə və burada iştirak edən hər kəsə gözəl bir hekayə danışım. Çünki mən ilk dəfə erməni və Ermənistanla tanış olanda Norveçin xarici işlər naziri idim. Mən İordan çayının Qərb sahilində Ramallaya səfər edirdim, o zaman Ramazanın son günləri idi və Yasir Ərəfatın bir ənənəsi vardı: bölgədəki bütün dini liderləri, o cümlədən Yerusəlimin dini liderlərini, Ramazanın son günündə yemək masasına dəvət etmək.

Məni də dəvət etmişdilər, çünki o vaxt orada idim. Mən Yasir Ərəfatın yanında oturmuşdum, sağımda isə (orada Yerusəlimin bütün dini liderləri var idi) yaşlı bir kişi əyləşmişdi. Kim olduğunu bilmirdim, lakin onun üzərində çox qeyri-adi bir geyim var idi, digər dini liderlərdə olduğu kimi. O yaşlı idi və mən düşünmürdüm ki, onun mənim kim olduğumdan xəbəri var, lakin bir müddət sonra o, bunu bildi.

O, Norveçin xarici işlər naziri olduğumu öyrəndi və bilirsiniz, nə etdi? Cibindən bir sənəd çıxardı və dedi: “Bu sənəd mənim bütün həyatıma müşayiət edib, bu mənim həyatımı xilas etdi.” Bu, Nansen pasportu idi.

Bu, mənim Ermənistana ilk dəfə bağlanmağıma səbəb olan məsələlərdən biri idi, məncə. Şadam ki, Avropa Şurası tərəfindən sizin üçün bir şey edə bildik, əvvəlcə siz Avropa Şurasına qoşulanda. O vaxt orada deyildim, lakin sonradan sizə yeni qanunlar və yeni təcrübələr yaratmaqda çox dəstək olduq, bütün bunları Avropa standartlarına uyğunlaşdıraraq. Və mən çox şadam ki, indi sizdə parlament respublikasına keçidi dəstəklədik və böyük töhfə verdik.

Bu ordeni aldığım üçün dərindən minnətdaram. Ermənistan həmişə qəlbimdə olacaq. Təşəkkür edirəm." – deyə Turbyörn Yaqland bildirib.

Görüş zamanı Ararat Mirzoyan və Turbyörn Yaqland həmçinin "regional inkişaflarla bağlı" fikir mübadiləsi aparıblar.

Mövsüm,

AzNews.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 09 Fevral 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see279

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see170

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see161

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see146

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see141

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see122

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri