Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Sosial medianı ən aktiv kimlər istifadə edir?

Sosial medianı ən aktiv kimlər istifadə edir?

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sosial media istifadə tezliyi kifayət qədər yüksəkdir. Yetkinlər sosial medianı daha şüurlu şəkildə istifadə edir. Sosial medianın psixoloji vəziyyət və görünüş üzərində təsirləri var. 

Ölkə.az xəbər verir ki, Akdeniz Universitetindən Dr. Fahrettin Kayanın 500 nəfərlə apardığı araşdırmaya görə, xüsusilə qadın istifadəçilər süni intellekt və filtrlərlə rəqəmsal platformalarda özlərini daha “yaxşı” göstərməyə meyllidir. Təhsil və gəlir səviyyəsi sosial media şüurunu və görünüş narahatlığını birbaşa təsirləyir.

Dr. Fahrettin Kaya tərəfindən aparılan akademik araşdırmada insanların sosial media platformalarında zahiri görünüşə verdikləri önəm, bu platformalardan istifadə şüuru və rəqəmsal özlərini təqdim etmə formaları geniş şəkildə təhlil edilib. 

Akademik məqalədə sosial medianın insanların kimlik təqdimatı, zahiri görünüşlə bağlı qavrayışları və psixoloji təsirləri üçün yeni ölçmə vasitəsi hazırlandığını bildirən Dr. Kaya, istifadəçilərin sosial medianı hansı şüur səviyyəsində istifadə etdiklərini, paylaşımlarına nə qədər diqqət göstərdiklərini, filtr və süni intellektlə hazırlanmış görüntülərin psixoloji olaraq necə qarşılandığını araşdırdıqlarını deyib. Dr. Kaya bildirib: “Ölçək hazırlanarkən sosial media istifadə sıxlığı, filtr istifadəsi, süni intellektlə edilmiş vizual dəyişikliklər, paylaşım öncəsi görünüş hazırlığı, sosial təsdiq gözləntisi, estetik müdaxilə ehtiyacı kimi meyarlar nəzərə alındı”.

Qadınların sosial media istifadəsində daha aktiv olduğunu qeyd edən Dr. Kaya deyib: “Yaş artdıqca sosial media istifadəsi azalır, lakin şüurlu istifadə səviyyəsi artır. Gənclər sosial mediada daha uzun vaxt keçirir, yaş artdıqca bu müddət azalır. Lakin istifadəçilər platformalardan daha seçici və şüurlu istifadə etməyə başlayır. Qadınlarda görünüş narahatlığı daha güclüdür. Qadınlar filtr və süni intellekt tətbiqlərindən daha çox istifadə edir, sosial mediada daha yaxşı görünmək istəyi kişilərlə müqayisədə daha yüksəkdir”.

Araşdırmada təhsil və gəlir səviyyəsinin əhəmiyyətli rol oynadığını deyən Dr. Kaya:
“Təhsil səviyyəsi yüksəldikcə sosial media şüuru artır. Universitet məzunları sosial mediada daha şüurlu davranır. Filtrlərə daha tənqidi yanaşırlar. Orta məktəb məzunlarında isə görünüş narahatlığı daha çox olur. Gəlir səviyyəsi azaldıqca görünüş narahatlığı və rəqəmsal müdaxilə artır. Daha aşağı gəlir qrupuna aid şəxslərin filtr, görüntü tənzimləmə və süni intellekt tətbiqlərinə yönəlməsi daha yüksəkdir”.

Araşdırma zamanı fərqli qruplardan 500 nəfərin fikirlərindən faydalandıqlarını bildirən Kaya bildirib ki, artıq insanlar sosial mediada necə göründüklərinə, başqalarının onları necə gördüyünə daha çox önəm verir. Bu isə sosial baxımdan mühüm bir dəyişimin göstəricisidir. İnsanlar filtrlərlə özlərini daha yaxşı hiss edir, lakin bu vəziyyət narahatlıq səviyyəsini artırır. Bəzən estetik müdaxilə istəyinə qədər gedib çıxır. Aynaya baxmaq əvəzinə özünü çəkib görüntüsünü qiymətləndirən istifadəçi tipi yaranıb.

Araşdırmada yalnız insanların deyil, rəqəmsal marketinq edən şirkətlərin də diqqətini çəkəcək məlumatların olduğunu deyən Dr. Fahrettin Kaya qeyd edib ki, şirkətlər də bu dəyişiklikdən yararlanır. Sadəcə pulsuz filtr deyil, pullu proqramlar və rəqəmsal estetik alətlər də bu bazarda mühüm yer tutur”.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://olke.az
archiveBu xəbər 06 Dekabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see617

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see549

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see421

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see334

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see296

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see292

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see290

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see278

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see273

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see254

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see237

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see228

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see227

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see222

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see217

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see209

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see202

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see199

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see198

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri