Icma.az
close
up
RU
Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır? ÜÇ DÖVLƏT BÖLGƏDƏN NƏ İSTƏYİR? (TƏHLİL)

Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır? ÜÇ DÖVLƏT BÖLGƏDƏN NƏ İSTƏYİR? (TƏHLİL)

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son günlər Ermənistana silah yardımı intensivləşib. Fransa və Hindistanın ardınca indi də Yunanıstanın Ermənistana S-300 raket komplekslərini göndərəcəyi deyilir.

İrəvanın xarici ölkələr tərəfindən intensiv silahlandırılması, sərhədə qoşun yığılması bu sualı aktivləşdirir:

Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır?

Ermənistanda revanşizm əhvali-ruhiyyəsinin olması sirr deyil. Fransa, Hindistan, İran, Yunanıstan kimi ölkələrin Ermənistanı silahlandırması fonunda isə bu proses daha da dərinləşir.

Ermənistan nə hücum, nə də müdafiə müharibəsində Azərbaycanla bacara bilər. İrəvan silahlansa da, bu silahlardan istifadə edəcək kadr ehtiyatından məhrumdur. Digər tərəfdən, müharibə xərc tələb edir və Ermənistan iqtisadiyyatı yeni müharibəyə davamlı deyil. Ən önəmli faktor isə canlı qüvvədir. Ermənistan əhalisi Azərbaycan əhalisindən qatbaqat azdır. Yəni ehtimal səfərbərlik imkanları qeyri-bərabərdir. Belə olan təqdirdə Ermənistanın təkcə silah yardımına arxayın olub Azərbaycanla müharibəyə girməsi qeyri-real görünür. Deməli, ortada başqa səbəblər var.

Birincisi, Ermənistan Fransa və digər ölkələrdən iqtisadi, diplomatik və hərbi yardım alır. Yəni bu yardımın qarşılığı olmalıdır. Buna görə də kiçikçaplı bir hərbi toqquşma ilə uğur qazanmağı hədəfləyir. Bu baxımdan Ermənistanın hərbi insidentə getməsi mümkündür.

İkincisi, Qərb Ermənistanın regionda gərginliyi artırmasını istəyir. Çünki aydın görür ki, Fransa, həmçinin Avropa İttifaq Ukrayna cəbhəsində istədiklərinə nail ola bilmirlər, vəziyyət günü-gündən pisləşir, Rusiya irəliləyir. Buna görə də onlar Rusiyanın diqqətini başqa səmtə yönəltmək və onun sərhədlərinə yaxın yeni münaqişə ocağı yaratmaqla qüvvəsini bölməyə çalışırlar.

Üçüncüsü, N.Paşinyan başa düşür ki, Bakının nə delimitasiya, nə konstitusiya islahatları, nə də sülh müqaviləsi ilə bağlı tələblərini yerinə yetirə bilir. Çünki daxildə ciddi təzyiq var. Buna görə də lokal gərginlik fonunda Bakının tələblərini qəbul edib, bunu öz istəyi ilə yox, Azərbaycanın diktəsi ilə etdiyini daxili auditoriyaya yeritmək istəyir.

Bütün hallarda Qərbin təhriki və dəstəyi ilə Ermənistanın silahlanması Cənubi Qafqazda vəziyyətin gərginləşməsinə, kövrək sabitliyin pozulmasına və yeni müharibənin başlanmasına aparır. Amma Bakının sülhə inamı, təmkinli davranışı prosesin qarşısını ala bilər. Bu baş verməsə belə, Azərbaycanın itirəcəyi heç nə yoxdur. Elə və ya belə, sülh əldə ediləcək.

Turan Rzayev

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://mia.az
archiveBu xəbər 29 Noyabr 2024 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri