Icma.az
close
up
RU
Ermənistan Azərbaycanın daha bir layihəsi ilə RAZILAŞDI DETALLAR

Ermənistan Azərbaycanın daha bir layihəsi ilə RAZILAŞDI DETALLAR

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Növbəti “3+3” formatlı görüşün Bakıda və ya İrəvanda keçirilməsi planlaşdırılır. Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan məlumat verib. O, IRNA agentliyinə müsahibəsində bildirib ki, bu dialoq formatı, xüsusilə nəqliyyat və infrastruktur kommunikasiyaları sahəsində regional layihələrin müzakirəsi üçün əlverişli platforma ola bilər.
Ermənistanın 3+3 formasına belə isti yanaşması ilk növbədə avqustun 8-də Vaşinqtonda keçirilən sammitin nəticəsidir. Artıq rəsmi İrəvan reallıqları qəbul etmək məcburiyyətindədir. Bu reallıqlardan biri də iqtisadi inkişafın mehriban qonşuluqdan keçməsidir.
Ermənistan başa düşür ki...
Nəzərə alaq ki, son 35 ildə Ermənistan təkcə Azərbaycana yox, həm də Türkiyəyə qarşı düşmənçilik siyasəti aparıb. Eyni zamanda ölkənin iqtisadi inkişafını Rusiya və yaxud Avropa ilə əməkdaşlıqda görüb. Halbuki Ermənistanın nə Rusiya, nə də Avropa İttifaqı ölkələri ilə quru sərhəddi var. İqtisadi əlaqələrin şaxələndirilməsində və dərinləşməsində təbii ki, quru sərhədləri vacib amildir.
Nəhayət uzun fasilədən sonra Ermənistan anlayıb ki, ölkənin inkişafı dinc qonşuluqdan və qarşılıqlı etimaddan keçir.
Nəzərə alaq ki, Azərbaycan heç zaman Ermənistana qarşı düşmənçilik siyasəti aparmayıb. Məhz bunun sübutudur ki, 44 günlük müharibədən cəmi bir ay sonra Azərbaycan regional əməkdaşlığın bərpası üçün 3+3 formatını irəli sürdü. Təbii ki, bu formatı ilk dəstəkləyən Türkiyə oldu. Lakin regionun digər ölkələri - Rusiya, İran, Ermənistan və Gürcüstan bu formatla bağlı hər hansı bir müsbət fikir bildirmədi.
Əksinə bəzi ölkələr, o cümlədən İran Azərbaycanın humanizm prinsiplərinə söykənən təklifinə qarşı çıxdı. Ermənistanı da bu təklifdən uzaq durmağa çağırdı. Əvəzində rəsmi Tehran 3+3 formatına alternativ sərsəm ideyalar irəli sürdü.
Həmin ideyalardan biri də Asiya ilə Avropanı birləşdirən yeni dəhliz idi. Bu dəhliz Hindistandan başlayaraq İran ərazisindən keçməklə Ermənistanla Avropanı birləşdirəcəkdi. O zaman İranın bu təklifi Paşinyan üçün də xeyli cəlbedici göründü. Hətta Paşinyan bu ideyaya bir ad da qoydu - “Dünyanın kəsişmə nöqtəsi”.
Zaman keçdikcə bu ideyanın əsassız olduğu təsdiqləndi.
Tədricən bu ideya unuduldu. Bir müddət sonra isə İran Azərbaycanın moderator olduğu Araz dəhlizinin inşasına qoşuldu. Artıq bu dəhliz üzrə son tamamlanma işləri görülür. Hesablamalara görə dəhliz yaxın 5-6 ayda istismara veriləcək.
İranın ikili siyasəti təbii ki, rəsmi İrəvana da öz seçimini etmək məcburiyyəti yaratdı. Artıq son bir ildə Ermənistan Zəngəzur dəhlizindən (Tramp yolu) daha çox danışır. Bu ilin avqust ayının 8-də Ağ Evdə baş tutan üç ölkə liderinin görüşündə isə Zəngəzur dəhlizi (Tramp yolu) ilə bağlı son qərar verildi.
Paşinyandan Rusiya və İrana çağırış
Maraqlıdır ki, rəsmi İrəvan gec də olsa, etiraf edir ki, Zəngəzur dəhlizi (Tramp yolu) regional inkişaf üçün əsas faktordur. Ermənistanın baş naziri Nikol Paşinyan Amerikanın “Fox News”a müsahibəsində bildirib ki, Azərbaycanla sülh və ABŞ-ın idarə edəcəyi dəhliz bütün tərəflər - o cümlədən Rusiya və İran üçün də qələbədir.
Onun sözlərinə görə, ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş Azərbaycanla sülh sazişi və tranzit dəhlizi barədə Rusiya və İrandan etiraz gözləmir:
“Əgər bu sazişin iqtisadi tərəfi haqqında danışsaq, çox mühüm və hiss olunan, demək olar ki, presedentsiz faydaları təkcə Ermənistan, Azərbaycan, ABŞ və Türkiyə deyil, həm də Rusiya ilə İran əldə edəcək. Çünki hazırda Cənubi Qafqazdan keçərək İranı Rusiya ilə birləşdirən dəmir yolu mövcud deyil”.
Erməni baş nazirin bu fikirləri 3+3 formatı ilə bağlı Ermənistanın rəsmi münasibətidir. Çünki bu format Azərbaycan və Türkiyə ilə yanaşı, Ermənistanın, Gürcüstanın, Rusiyanın və İranın da maraqlarına xidmət edir. Ona görə də Paşinyanın komandası təkcə Zəngəzur dəhlizinin (Tramp yolu) açılması ilə kifayətlənmək istəmir. Həm də digər ölkələrlə yanaşı Azərbaycanla iqtisadi əlaqələr yaratmaq istəyir. Bu da 3+3 formatının prinsiplərinə tam uyğundur.
Həssas məqam
Sonda Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyanın müsahibəsində bir incə məqamın üzərində dayanmaq istəyirik. Həmin nüans ondan ibarətdir ki, Ermənistan XİN rəsmisi 3+3 formatının vacibliyini İranın IRNA agentliyinə müsahibəsində deyib. Bu da o deməkdir ki, Ermənistan təkcə özü bu formatı dəstəkləmir, həm də İranı bu layihəyə dəstək olmağa çağırır.
Bütün bunlarsa son nəticədə Azərbaycan diplomatiyasının qələbəsi, təntənəsidir. Azərbaycanın qətiyyəti hesabına region ölkələri və o cümlədən Ermənistan digər layihələri yox, məhz ölkəmizin moderator olduğu layihəyə qoşulmağı vacib və zəruri sayır. Bu da Azərbaycanın regional güc və ədalətin carçısı olmasını bir daha təsdiq edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 Avqust 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see290

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see217

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see141

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri