Ermənistan bu məsələdə də Rusiyaya “atıb” Moskva cavab gözləyir, İrəvan susur
Publika.az saytına istinadən Icma.az xəbər verir.
Moskva Qafandakı baş konsulun ekzekvaturası ilə bağlı İrəvandan cavab gözləyir, bu prosedur diplomatik qurumun açılması üçün lazımdır.
Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib. O deyib ki, Ermənistan tərəfi əvvəllər Rusiya Baş Konsulluğunun açılmasına prinsipial razılıq verib, daha sonra Rusiya tərəfi baş konsul üçün ekzekvatur (baş konsulun ev sahibi ölkə tərəfindən tanınması) istəyib.
Moskva indi cavab gözləyir. Ermənistan tərəfinin hələ də müvafiq materialları niyə göndərməməsinə gəlincə, Zaxarova sualı İrəvana ünvanlamağa çağırıb.
Rusiyanın Sünikdə baş konsulluğunun açılması məsələsi son iki ildə nəzərdən keçirilir.
Tural
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 27 Noyabr 2024 19:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















