Ermənistan davamlı sülh istəyirsə, silahlanmaq əvəzinə öhdəliklərini yerinə yetirməyə çalışmalıdır
Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin depuatatı Nəsib Məhəməliyev danışıb. Deputat bildirib ki, Mirzoyanın “delimitasiyaya hazırıq, kommunikasiyaların açılması üçün tədbirlər görülür” fikirləri reallığı əks etdirmir.
Nəsib Məhəməliyev
“Birincisi, kommunikasiyaların açılması üçün sülh müqaviləsi imzalanmalıdır. Sülh müqaviləsinin imzalanması üçün Ermənistan qonşu ölkələrin ərazi bütövlüyünü özündə ehtiva edən konstitusion dəyişiklikləri etməli, ATƏT-in Minsk qrupuna ehtiyac olmadığını bildirməli, Qərbi Azərbaycanlıların öz yurdlarına qayıtma hüququnu tanımalıdır. Bunlar məsələnin siyasi tərəfidir. Texniki tərəfinə gəldikdə, Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün həm dəmiryolu, həm də avtomobil yollarının inşasını başa çatdırmaq üzrədir. Ermənistan dəmiryolunun inşasına ümumiyyətlə başlanılmamışdır”-deyən deputat vurğulayıb ki, Ermənistan xarici işlər naziri konkret işdən daha çox populizmlə məşğuldur.
Deputat qeyd edib ki, sülh istəyən sürətlə silahlanmır: “Avropalı diplomatları, hərbçiləri, siyasətçiləri sərhədə yığmır. Müharibədə məğlub olduğu ölkəyə qarşı qarayaxma kampaniyası, informasiya savaşı aparmır. Əksinə, sülhə, barışığa yönəlik addımlar atır”.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 11 Dekabr 2024 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















