“ Ermənistan Elektrik Şəbəkələri azərbaycanlıların və ya türklərin əlinə keçə bilər” Eks direktor
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
“"Ermənistan Elektrik Şəbəkələri" şirkəti azərbaycanlıların və ya türklərin əlinə keçə bilər”.
“Cebheinfo.az” xəbər verir ki, bunu şirkətin keçmiş direktoru David Kazinyan 13 noyabrda jurnalistlərlə söhbətində bildirib.
"Niyə də yox?",- deyə o, jurnalistin sualına cavab verib. O, hakimiyyətin şirkəti milliləşdirmək niyyətinə şübhə ilə yanaşdığını bildirib.
Onun sözlərinə görə, heç bir normal təşkilat müsadirə edilmiş şirkət üçün pul ödəməz.
Kazinyan deyib:
"Məndə Komissiya üzvlərinin (yəqin ki, Ermənistanın Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasının üzvlərini nəzərdə tutur - red.) oktyabr ayında Türkiyədə olduqları barədə məlumat var idi".
O, "Ermənistan Elektrik Şəbəkələri" şirkətinin lisenziyasının ləğv ediləcəyinə əminliyini ifadə edib: "Lakin qorxacaq bir şeyimiz yoxdur, bütün sualları cavablandırmağa və özümüz suallar verməyə hazırıq".
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 13 Noyabr 2025 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















