Icma.az
close
up
RU
Ermənistan ərazilərində terrorçu birləşmələrin fəaliyyət göstərməsi yeni münaqişəyə zəmin hazırlayır

Ermənistan ərazilərində terrorçu birləşmələrin fəaliyyət göstərməsi yeni münaqişəyə zəmin hazırlayır

Icma.az, Bizimyol saytına istinadən bildirir.

“Yerkrapa” terror qruplaşması silahlı erməniləri Azərbaycanla şərti sərhəd bölgəsinə yollayıb. Bu barədə erməni "Telegram" kanallarında görüntülər paylaşılıb.Son günlər ermənilərin şərti sərhəddə törətdikləri təxribatlar davamlı xarakter alıb. Gün ərzində müxtəlif istiqamətlərdən atəşkəsin pozulması da bunun əyani sübutudur.Sülh müqaviləsindən ağızdolusu danışan Ermənistanın əslində məqsədi nədir?

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan dövlət səviyyəsində müxtəlif dövrlərdə terror təşkilatlarından istifadə edib: “Əslində bizim qarşımızda hüquqi baxımdan özünü dövlət kimi təqdim etsə də, mütəşəkkil şəkildə terrorizmi təşviq edən və dövlət siyasətində terroru aləti kimi istifadə etməyə çalışan təhlükəli bir ölkə dayanır. İstər “Daşnaksütun”, istər "silahlı Voma" terror təşkilatı, istərsə də “Yerkrapa” kimi təşkilatların hələ də Ermənistanda mövcud olması, Ermənistan hakimiyyətinin Azərbaycanla guya sülh razılaşması istəyirmiş kimi saxta siyasətini də ifşa etmiş olur. Çünki reallıqda Ermənistan sülh istəsəydi, öz ərazilərində terror qruplaşmalarının at oynatmağına şərait yaratmaz, onların fəaliyyətinin dayandırılması üçün çalışardı. Hər bir halda bu gün Ermənistan ərazilərində müxtəlif terrorçu birləşmələrin fəaliyyət göstərməsi və onların Azərbaycanla sərhədlərə yığılması bölgə ilə bağlı oynamaq istədiyi təhlükəli oyunları növbəti dəfə göstərir”.

Tural İsmayılov

Politoloq qeyd edib ki, bu təşkilatlar heç bir formada Azərbaycana zərər verə bilməz, çünki Azərbaycan ona qarşı törədilməsi planlanan provokasiyalara cavab vermək gücünə və qabiliyyətinə malikdir: “Bunu yaxın keçmişdə Azərbaycan Ermənistana və onun havadarlarına dəfələrlə sübut edib. Sadəcə olaraq, Ermənistan Azərbaycanla münasibətlərdə növbəti gərginlik yaratmaq, Azərbaycanı provokasiyaya cəlb etmək və dünyada növbəti dəfə “məzlum xalq”, “məzlum Ermənistan” obrazı yaradaraq yeni ianələr və qrantlar dilənmək məqsədi güdür”.

Tural İsmayılov hesab edir ki, terrorçuların hətta Ermənistan ərazisində fəaliyyət göstərməsi qəbuledilməzdir və beynəlxalq təşkilatlar buna sərt reaksiya verməlidir.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 Aprel 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri