Icma.az
close
up
RU
Ermənistan hakimiyyətinin saxta konstruktivliyi

Ermənistan hakimiyyətinin saxta konstruktivliyi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Ermənistan baş nazirinin aparatı atəşkəs rejiminin pozulmasına dair bəyanatında rəsmi İrəvanın dəmir yolu ilə yükdaşımalar probleminin həllinə yönələn təklifini Azərbaycan tərəfinə təqdim etdiyini açıqlayıb. Söhbətimiz bu barədədir. Ancaq əvvəlcə bir məqama diqqət yetirək.

Bəyanatın başlıca məğzi ondan ibarətdir ki, Azərbaycan atəşkəsin pozulması ilə əlaqədar faktları Ermənistana təhvil versə, ölkənin Müdafiə Nazirliyi məsələni araşdırmağa hazırdır. Bu, hiyləgər yanaşmadır, çünki atəş nöqtələrinə dair faktları ötürmək, qarşı tərəfə mövqelərimizdən özünün necə göründüyünü bilmək və potensial cavab tədbirlərini müəyyənləşdirmək imkanı yaradır. Hər halda, belə bir ehtimal var. Axı Ermənistan MN Azərbaycanın eyni adlı qurumunun atəşkəsin pozulduğunun əksini tapdığı məlumatlarına cavab olaraq atəşin özünə məxsus silahlı qüvvələr tərəfindən açılmadığını bildirmir, yalnız ümumi ifadələrlə ölkəmizin baş hərbi idarəsini dezinformasiya yaymaqda günahlandırır. Görəsən niyə? Deməli, ehtimalımızın özünü doğrultma faizi yüksəkdir.

Digər yandan, Ermənistan MN bildirir ki, baş nazirin aparatı atəşkəsin pozulması hallarının araşdırılması üçün birgə mexanizmin yaradılmasını təklif edib və Azərbaycan təklifə müsbət reaksiya verməyib. Hazırda Paşinyan hakimiyyətinin ölkəmizdən atəşkəs rejiminin pozulmasına dair faktlı hesabat istəməsi sözügedən mexanizm üçün, bir növ, baza hazırlamaq məqsədi güdür.

Beləliklə, erməni iqtidarı, faktiki olaraq, atəşkəsə riayət edilməməsinə görə məsuliyyətini danaraq həyasızlığa baş vurur. Həyasızlığın isə barəsində söz açacağımızı bildirdiyimiz “dəmir yolu ilə yükdaşımalar probleminin həllinə yönələn təklifin Azərbaycana təqdim edilməsi” tərəfi də var.

Deməli, rəsmi İrəvan yaydığı bəyanatla öz gündəmini diktə etməyə köklənib. Gündəmin başlıca hədəfi ölkəmizin Zəngəzur dəhlizi ideyasına qarşı çıxmaqdır və bu baxımdan iki xətt nəzərə çarpır. Birincisi, Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yol ancaq dəmir yolundan ibarət olsun. Nəzərə alaq ki, bu “formulun” əlahiddə məqsədi var və onu yazının sonunda diqqətə çatdıracağıq. Rəsmi İrəvanın ikinci xətti isə Azərbaycanla Ermənistan arasında avtomobil nəqliyyatı üzrə yükdaşımalarda alternativ marşrutun seçilməsinə əsaslanır.

İkinci məqamdan başlayaq. N.Paşinyan son günlər regional kommunikasiyaların açılması ilə bağlı Laçın–Kornidzor–Marqara marşrutunu irəli sürməkdədir və bu barədə həm türkiyəli jurnalistlərə müsahibəsində, həm də ondan əvvəl “Armenpress”də yayımladığı məqaləsində söz açıb. Nikolun “formuluna” görə, yük avtomobilləri Azərbaycan ərazisi Laçından Ermənistan ərazisinə – Kornidzora daxil olacaq, oradan isə Marqaraya, yəni Türkiyə ilə sərhədə yön alacaq.

Maraqlıdır ki, Nikol bu fikri dilə gətirərkən, təklif etdiyi marşrutun hazır durumda olduğunu qabartmaqla yanaşı, Naxçıvan istiqamətindəki daşımalar üçün infrastrukturun yoxluğu üzərində dayanır. Elə təsəvvür yaradır ki, sanki Laçın–Kornidzor–Marqara müvəqqəti istifadə ediləcək hərəkət trayektoriyasıdır. Erməni baş nazirin Naxçıvan istiqamətinin avtomobil yolu seqmentini sıradan çıxarmaq istəyi də elə budur. Yəni, guya, müvəqqəti kimi götürülən Laçın–Kornidzor–Marqara vasitəsilə TIR-lar, Naxçıvana doğru isə yalnız qatarlar hərəkət edəcək. Ancaq Nikolun qatar yolu ilə əlaqədar şərti də var.

Paşinyanın məntiqinə görə, Azərbaycanın digər ərazilərindən Naxçıvana doğru hərəkət edəcək yük qatarları Ermənistan ərazisindən keçdikləri üçün Ermənistanın Mehri rayonundan ölkənin Yerasx bölgəsinə yük qatarları yön almalı və onlar Azərbaycanın ərazisindən, dəqiq desək, Naxçıvandan keçməlidirlər. Nikol məsələni “Ermənistandan Ermənistana yol” kimi qiymətləndirir. Başqa sözlə desək, ölkəmizin muxtar respublikaya yol baxımından irəli sürdüyü “Azərbaycandan Azərbaycana yol” məntiqinə qarşı “alternativ” kimi müəyyənləşdirir.

Aydındır ki, Mehri ilə Yerasx arasında yol var və Ermənistana həmin istiqamət üzrə dəmir yolu da lazımdırsa, bunu çəkə bilər. Azərbaycanın isə Naxçıvana quru yolu ümumiyyətlə yoxdur, qədim diyarımız blokadadır. Yəni, Mehri və Yerasx oxşar durumda olmadığından, rəsmi İrəvan “Azərbaycandan Azərbaycana yol”la “Ermənistandan Ermənistana yol” arasında eyniləşdirmə aparmamalıdır.

“Ermənistandan Ermənistana yol” ideyası baxımından Naxçıvana quru yolunun yalnız dəmir yolu gündəmi aktualdır. Bu, avtomobil nəqliyyatı ilə hərəkət seqmentinin sıradan çıxarılması deməkdir. Paşinyanın məqsədi isə ümumən Naxçıvana yolun olmamasıdır. Yəni, Paşinyanın təsəvvürünə görə, regional kommunikasiyaların açılması baxımından başlıca halqa Laçın–Kornidzor–Marqara marşrutudur.

Əlbəttə, Ermənistan hakimiyyəti Azərbaycanın Naxçıvana yalnız dəmir yolu əlaqəli məhdud hərəkət seqmentindəki şərtləri qəbul etməyəcəyini gözəl anlayır. Anlayır və Naxçıvana yolun qarşısına sədd çəkməklə, bütövlükdə Zəngəzur dəhlizi ideyasını iflasa uğratmağa çalışır. Barəsində söz açacağımızı bildirdiyimiz əlahiddə məqsəd də elə budur.

***

Belə bir nəticəyə gəlirik ki, Ermənistan baş naziri aparatının bəyanatı sırf manipulyativ xarakter daşıyır. Rəsmi İrəvan mənasız təkliflər irəli sürüb regional gündəmi məşğul etməklə, Ermənistanı dünyaya konstruktiv kimi göstərməyə çalışır. Paşinyan və komandasının üzvləri yanaşmalarının Bakı–İrəvan sülh gündəliyinə mənfi təsirinin də fərqindədirlər. Sadəcə, erməni avantürası üçün üstünlük qazanmaq niyyətlərindən əl çəkmirlər. Elə silahlara da buna görə əl atır və atəşkəsi pozurlar. Havadarlarına güvənib, öz aləmlərində, Azərbaycana təzyiq göstərəcəklərini sanırlar.

Sonda bildirək ki, Ermənistan tərəfi 44 günlük müharibədən sonra avantürist niyyətlətini gerçəkləşdirməyə çalışıb, həmişə manipulyativ yol tutub, reallıqları təhrif edib, özü üçün əlverişli durum formalaşdırmağa çalışıb, lakin istəyinə çata bilməyib. Heç şübhəsiz, indi də elə olacaq. Amma illüziyalara qapılmış rəsmi İrəvanın və havadarlarının nəzərə almadıqları bir məqam var. Onlar primitiv yanaşmaları ilə Ermənistan üçün yaşam şərtlərini ağırlaşdırdıqlarını düşünmürlər. Daha doğrusu, bunu düşünməyəcək qədər iflic durumdadırlar.

Ə.RÜSTƏMOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Mart 2025 01:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri