Icma.az
close
up
RU
Bu gün izləyicilər fərqli bir Neftçi gördü Samir Abasov

Bu gün izləyicilər fərqli bir Neftçi gördü Samir Abasov

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Misli Premyer Liqasının 11-ci turuna yekun vurulub. Turun son qarşılaşmasında "Qarabağ" "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib.

QOL.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb:

–  Mən də ölkəmizi təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin.

– Emin Mahmudovun əvəzlənməsi nə ilə bağlı idi?

– Oyundan əvvəl onun zədəsi vardı. Ona görə də bir hissəni Mahmudov, digər hissəni isə Rezabala oynatdım. Birinci hissənin sonlarına yaxın Mahmudov özü dəyişilmək istədiyini göstərdi.

– Vensan Abubakarın bugünkü oyunu barədə fikriniz necədir?

– Komanda pis oynamadı. "Qarabağ"a qarşı səfərdə oynamaq asan deyil və onların səviyyəsini görmək mümkündür. Birinci hissədə düzgün və yaxşı futbol sərgilədik, bu performansı sona qədər davam etdirdik. Abubakarın epizodlarda iştirak etməməsi "Qarabağ"ın güclü müdafiəsi ilə bağlı idi. 2-3 imkan vardı ki, onlardan yararlana bilərdik. Uduzmağımızın səbəbi komandamızın ümumi oyunudur. Əsas odur ki, güclü hücumçularımız var və Abubakarın gəlməsi ilə digər hücumçular motivasiyasını artırdı. Lakin bəzi dəqiqələrdə ucuz penaltilər verilmesi düzgün deyildi. Elçin Məsiyev kontakt oyun olduğunu qeyd edirsə, niyə "Zirə" və "Turan Tovuz" matçlarında belə penalti verilmədi? Bu, oyunçulara mənfi təsir göstərdi.

– İstədiyiniz nəticəni əldə etməyə nə mane oldu?

– Qol vurmalısan ki, qalib gələsən. Komandamdan razıyam. Bu gün izləyicilər fərqli bir "Neftçi" gördü. Artıq yaxşı komanda qururuq və oyun pis alınmadı. Bəzi futbolçular meydanda çox effektiv idilər, bəzi planlar isə pozuldu. Bunları inkişaf etdirəcəyik.

– "Neftçi" qolu buraxdıqdan sonra riskə gec getdiniz. Səbəb nə idi?

– Səbirlə hərəkət edirdik. Alesio Kurçini də oyuna daxil etmək istəyirdik, amma Emin Mahmudovun oyundan çıxması bütün planları pozdu. Düşünürdük ki, 70-75-ci dəqiqələrdə hücumameyilli və sürətli oyunçuları daxil edək. Sıx müdafiə edirdik və hesab edirəm ki, gecikmə olmadı, sadəcə plan pozuldu.

– Futbolçularun bəzi epizodlarda fərdi oynamasına fikriniz necədir?

– Bu düzgün qərar idi. Rəqib yüksək pressinq tətbiq edirdi və bu şəraitdə bir oyunçunun əksilməsi vacib idi. Pressinq top itkisinə səbəb ola bilərdi, belə oyun isə komandamızın inkişafına müsbət təsir edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://qol.az
archiveBu xəbər 09 Noyabr 2025 21:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri