Icma.az
close
up
RU
Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb RƏY

Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb RƏY

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Özünüləğv qərarı verən PKK terror təşkilatının Türkiyə, İraq, Suriya, Ermənistan və İranda yerləşən silahlı dəstələrinin İraqda təyin olunmuş nöqtələrdə toplanacağı məlum olub. Bu barədə “Haber7” mənbələrə istinadla məlumat yayıb. Türkiyə portalı bildirir ki, terror təşkilatının silahlı qanadı HPG daxilində ümumilikdə 13 minə yaxın terrorçu İraqın şimalındakı Sincar, Mahmur və Qəndil düşərgələrində bir araya gələcək. Türkiyə sərhədləri daxilindəki terrorçularla bağlı vəziyyət də aydınlaşıb. Ləğv qərarından sonra Türkiyədəki terrorçuların hamısının, sonuncuya qədər ölkə sərhədlərini tərk edəcəyi bildirilib. Türkiyədə 580 terrorçunun olduğu qeyd edilərkən, bu terrorçuların silahlarını təhvil vermələri üçün yaradılacaq təhlükəsiz dəhlizlərdən keçərək Şimali İraqa keçəcəkləri deyilir. Terror təşkilatı üzvlərinin təslim etdiyi bütün silahlar qeydə alınacaq. Silahların təhvil verilməsinin 3-4 ay ərzində başa çatdırılması gözlənilərkən, cinayətlərdə iştirak etməmiş PKK üzvlərinin pasportlarını daşıdıqları ölkələrə qayıdacaqları bildirilir. Bu çərçivədə, Türkiyənin təxminən 4 min vətəndaşının mərhələli şəkildə sərhəddə qəbul ediləcəyi qeyd olunur. PKK liderləri üçün vəziyyət fərqli qiymətləndirilir. Sayının 300 olduğu deyilən terror təşkilatının “idarə heyəti”nin ayrı-ayrı ölkələrə göndəriləcəyi vurğulanır. PKK lideri Abdullah Öcalan üçün heç bir yeniliyin olmadığı, İmralıda (həbsxanada) qalmağa davam edəcəyi iddia edilir.


Siyasi şərhçi Azər Həsrət Sherg.az-a bildirib ki, əgər Ermənistan doğrudan da Azərbaycan və qardaş Türkiyə ilə sülh istəyirsə, PKK-nın silahsızlaşdırılması və özünü buraxması prosesinə töhfə verməyə borcludur:


“Yəni, biz bilirik ki, PKK-nın bütün mövcudluğu dövründə, hətta SSRİ vaxtı da Ermənistan onlar üçün bir plazdarm rolunu oynayıb. Eynilə ermənilərdən də PKK üçün istifadə edilib. İndi belə ermənilər PKK ilə birlikdə Türkiyə, Azərbaycan və bütün dünya türklüyünə qarşı qanlı mübarizə aparırlar. Belə bir şəraitdə qardaş Türkiyə məsələni kökündən həll edərkən, Ermənistan da xoş məram nümayiş etdirərək prosesə kömək göstərməlidir.

Yəni, öz ərazisindəki bütün PKK yönlü şəxslərlə yollarını ayırmalıdır. Türkiyə elə bir pəncərə açıb ki, buradan ciddi şəkildə nəfəs almaq olar. Bu nəfəs bundan sonra insanların normal həyat yaşamasına səbəb ola bilər. Bu bir növ Ermənistan üçün də şansdır ki, doğrudan da  terrordan imtina edir, dinc yaşamağı seçir və qardaş Türkiyənin terrorçulara qarşı belə humanist yanaşmasını düzgün dəyərləndirir. Terrorçular hardasa qalmağa davam etsələr, qardaş Türkiyənin onların başını əzməsi çətin olmayacaq. Zatən PKK-nın özünü bıraxması da bununla bağlıdır. Türkiyə onları yetərincə küncə sıxışdırıb, onlar da bundan sonraki mərhələdə köklərinin kəsiləcəyini anladıqları üçün özlərini bıraxmaq məcburiyyətində qalıblar. Türkiyə dövlətinin mərhəməti çox böyükdür. İndiki  şəraitdə bu mərhəməti düzgün qiymətləndirməyənlər, əlbəttə, çox böyük zərərə uğrayacaqlar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 May 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see172

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see166

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see164

Fransada 3 böyük həmkarlar ittifaqı insanları kütləvi etiraz nümayişinə çağırıb

28 Sentyabr 2025 10:31see158

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see149

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see140

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see139

“Konstitusiya və Suverenlik İli” çərçivəsində elan olunmuş qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

28 Sentyabr 2025 12:04see133

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see127

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see127

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

29 Sentyabr 2025 18:45see126

Telefon Sahiblərinə Təcili Gizli Xəbərdarlıq

28 Sentyabr 2025 08:42see124

Diqqətli olun: dələduzluğun yeni növü yayıldı VİDEO

28 Sentyabr 2025 22:37see123

Danimarkada Aİ sammiti zamanı mülki dronların uçuşu qadağan edildi

28 Sentyabr 2025 17:49see123

Hələ ki 4 cü yerdəyik Rusiya, Belarus, Qazaxıstan...

28 Sentyabr 2025 23:48see121

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

29 Sentyabr 2025 21:18see121

Mahir Emreli: yenidən başla, ümidlə, eşqlə!

28 Sentyabr 2025 13:28see120

Ukrayna ABŞ la 90 milyardlıq silah müqaviləsi imzalayır

28 Sentyabr 2025 16:38see120

Həkimlər xəstələri səhv salıb qadının sağlam böyrəyini çıxartdılar

28 Sentyabr 2025 10:27see119

Zeynəb Xanlarova və Əməkdar artist barışdılar FOTO KONKRET

29 Sentyabr 2025 23:11see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri