Ermənistan hökuməti kilsənin torpaqlarını alır
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistan hökuməti Torpaq Məcəlləsinə Erməni Apostol Kilsəsinin torpaqları pulsuz almaq hüququndan məhrum edilməsini nəzərdə tutan düzəlişi təsdiqləyib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, qanun layihəsi təsdiq üçün parlamentə təqdim olunacaq. Respublikanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyanın təqdim etdiyi qanun layihəsinə əsasən, dövlətə və icmalara məxsus torpaq sahələrinin kilsələrin və digər tikililərin tikintisi, eləcə də onların saxlanılması üçün kilsəyə əvəzsiz verilməsini nəzərdə tutan maddənin ləğvi təklif olunur. Eyni zamanda, dövlətə və icmalara məxsus torpaqların Əmlak Məsələləri üzrə Komissiyanın istifadəsinə pulsuz verilməsini tənzimləyən maddə Torpaq Məcəlləsində saxlanılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 25 Dekabr 2025 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















