Icma.az
close
up
RU
Ermənistan iqtisadiyyatında baş verən şişirtmələr kimlərə hesablanıb

Ermənistan iqtisadiyyatında baş verən şişirtmələr kimlərə hesablanıb

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

2025-ci ilin may ayında “Qeyri-hökumət Təşkilatıarına Dövlət Dəstəyi Agentliyi”nin sponsorluğu ilə "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi tərəfindən "Ermənistanın idxal-ixrac əməliyyatlarının iqtisadi təhlili" adlı analitik tədqiqat layihəsinə start verilib.

İkinci Qarabağ müharibəsində 44 gün ərzində ağır məğlubiyyətə düçar olmuş Ermənistana bir dövlət kimi özünə gəlmək və müharibədə üzləşdiyi bütün səviyyələrdən olan itkilərini bərpa etmək üçün uzun zaman lazım idi. Ermənistanın praktik olaraq blokada şəraitində yaşadığını, yardıcısı və himaədarı olan Rusiyanın isə Paşinyan hakimiyyətinə qarşı aqressiv bir münasibətdə olduğunu nəzərə alsaq, o halda bu ölkənin müharibə nəticəsində üzləşdiyi itkiləri bərpa etmək üçün daha üzun zamana ehtiyacı olmalı idi. 

Təbii resursları çox az, enerji resursları isə tamamilə olmayan, Rusiyadan güzəştli şərtlərlə alınan qaz, elektrik enerjisi, yanacaq və digər resurslar hesabına özünü güclə dolandıran, xarici dövlət borcu başından aşan bir ölkənin iqtisadiyyatının ağır bir məğlubiyyətdən sonra qısa zaman kəsiyində yüksəlişi mümkün deyildi. Lakin bu reallıqların əksinə olaraq, ağır itkilərlə müşayət olunan müharibədən bir ildən bir qədər artıq vaxt keçdikdən sonra Ermənistan iqtisadiyyatında bənzəri olmayan və heç bir məntiqə sığışmayan bir “sıçrayış” baş verdi. 

Konkret olaraq - 2020-ci ildə Ermənistan iqtisadiyyatı 2019-cu illə müqaisədə 7,5 faiz azalsada, 2022-ci ildə bu ölkənin iqtisadiyyatında14,2 faiz “artım” qeydə alındı. Ermənistan hakimiyyətinin başında dayananlar əldə olunan bu “uğurların” geniş təbliğinə start verdilər. Onlar bütün dünyaya car çəkirdilər ki, ölkələrinin iqtisadiyyatı bənzəri olmayan bir artım sürəti əldə edidə bilib. Hökumət yetkililəri bu nəticələrin Paşinyan hökumətinin ağıllı iqtisadi siyasəti və uğurlu islahatları ilə birbaşa əlaqəli olduğunu israr edirdilər. MDB dövlət başçılarının toplantısında Ermənistan Baş naziri Nikol Paşinyan isə ölkəsinin iqtisadi uğurlarından ağızdolusu danışırdı. 

Təəssüflər olsun ki, Azərbaycanda da iqtisadiyyatın əlifbasından bixəbər olan bəzi siyasi dəllallar Azərbaycan hökumətini Ermənistanda baş verən bu “iqtisadi möcüzə”dən nəticə çıxarmağa səsləyirdilər. Heç kim məsələnin köklərini araşdırmaq istəmirdi. Lakin biz bunu etmək qərarına gəldik. İlk öncə Ermənistanın Dövlət Statistika Komitəsinin rəsmi saytına daxil olaraq aydınlaşdırdıq ki, Ermənistan iqtisadiyyatında xarici ticarət dövriyyəsindən dolayı digər heç bir sahədə diqqəti cəlb edə biləcək bir artım qeydə alınmayıb. Lakin nədənsə bu ölkənin xarici ticarət dövriyyəsində inqilabi bir dönüş baş verib.

Yəni ölkəyə idxal olunan və ölkədən ixrac olunan məhsulların həcmi 4-5 dəfəyə qədər arta bilib. Apardığımız araşdırmaları bir qədər də dərinləşdirdikdə məlum oldu ki, Rusiya ilə Ukrayna arasında başlanmış müharibədən ötən bir il ərzində Ermənistandan bir ölkəyə ixracın fantastik artımı baş verib - bu ölkə isə Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyadır.

Ermənistan Rusiyaya ixrac olunan məhsullrın həcmini bir il ərzində 4-5 dəfə necə artıra bilərdi? Bunun üçün Ermənistanda ixrac üçün istehsal olunan məhsulların statistikasında bənzər artımlar qeydə alınmalı idi – bu isə yox idi. Deməli Ermənistan xaricdən bir çox məhsulları xüsusi olaraq Rusiyaya ixrac etmək üçün alıb öz ərazisinə gətirir və sonradan onları yerli məhsul adı ilə Rusiyaya “ixrac edir”. 

Apardığımız araşdırmalar göstərdi ki, Ermənistan xarici ölkələrdən əsasən Rusiyanın hərbi sənayesinə lazım olan radio-elektronika məhsullarını, yüksək hərbi texnologiyalar üçün zəruri olan çipləri, yarımkeçiriciləri və digər məhsulların idxalını həyata keçirir. Təbii ki, sonradan bu məhsullar başqa məhsul adları altında Ermənistandan Rusiyaya ixrac edilir.

Çox təəssüflər olsun ki, ABŞ başda olmaqla Qərbin aprcı dövlətləri və Beynəlxalq qurumlar  Ermənistanın bu təxribat xarakterli pozuculuq fəaliyyətinə göz yumur, ən yaxşı halda isə ona bu fəaliyyəti dayandırmağı tövsiyyə edirlər. Əslində Ermənistan atdığı bu addımlarla elə Qərb dövlətlərinin özlərinin tətbiq etdiyi sanksiyaları ayaqlayır. Qərbin ikili standartları və ikiüzlü siyasəti bu məsələdə də ortadadır. Bir anlıq təsəvvür belə etmək olmur ki, Rusiya üçün bu “xidməti” Azərbaycan göstərsəydi Qərb nə edərdi... Heç şübhəsiz Qərb Azərbaycana qarşı Rusiyaya tətbiq edilənlərdən daha ağır sanksiyalar tətbiq edərdi...

Fikrət Yusifov

iqtisad elmləri doktoru, professor 
“Ekonomiks” Beynəlxalq İqtisadi 
Araşdırmalar İctimai Birliyinin sədri

"Cebheinfo.az" 
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 May 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri