Icma.az
close
up
RU
ERMƏNİSTAN İRANLA TƏLİM KEÇİRİR: Tramp administrasiyasınn reaksiyası maraq doğurur...

ERMƏNİSTAN İRANLA TƏLİM KEÇİRİR: Tramp administrasiyasınn reaksiyası maraq doğurur...

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünən Ermənistan Müdafiə Nazirliyi 9-10 aprel tarixlərində İranla birgə hərbi təlimlərin keçiriləcəyini elan edib. Nazirlik bildirib ki, hər iki ölkənin silahlı qüvvələrinin bölmələri öz ərazilərində təlimdə olacaqlar.

Qeyd olunur ki, təlim Ermənistan - İran dövlət sərhədində yerləşən sərhəd-keçid məntəqələrinə ehtimal edilən terror qruplarının hücumlarının zərərsizləşdirilməsi üzrə hərəkətləri əhatə edir.

İRNA xəbər agentliyinin məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunları komandanının müavini Vəliullah Mani manevrlərin bəzi təfərrüatlarını açıqlayıb. O, Ermənistan və İran arasında birgə hərbi təlimlərin dinc xarakter daşıdığını bildirib. Generalın sözlərinə görə, onlar sərhəd təhlükəsizliyini təmin etmək üçün Ermənistan - İran sərhədinin Norduz rayonunda məşq edəcəklər.

"İran və Ermənistanın sərhədyanı bölgələrində heç bir təhlükə yoxdur, bu, hərbi qüvvələrin hazırlığını artırmaq, terrorizmlə mübarizə və sabit sülhü qorumaq üçün edilir", - deyən Maini sözlərinə belə davam edib: - "Regiondakı mövcud həssas vəziyyət nəzərə alınmaqla, iki ölkənin sərhəd bölgələri strateji əhəmiyyət kəsb edir".

Bu yaxınlarda İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilk dəfə nazir kimi İrəvanda olub. O, İrəvanda bəyan edib ki, İran region ölkələrinin ərazi bütövlüyünü dəstəkləyir və beynəlxalq sərhədlərdə istənilən dəyişikliyin əleyhinədir. Regiondakı problemlər güc tətbiq edilmədən, dialoq yolu ilə həll edilməlidir.

Bununla yanaşı, Əraqçi “Regionda gərginlik təhlükəsi var” deyərək, sülh sazişinin imzalanacağı təqdirdə bu təhlükələrin minimuma endiriləcəyinə və hamının maraqlarına cavab verən sabitliyin şahidi olacağımıza ümid etdiyini bildirib.

Azərbaycan dəfələrlə bəyan edib ki, Naxçıvanla gömrük və sərhəd nəzarəti olmadan Zəngəzur vasitəsilə əlaqəsi təmin edilməlidir. Bu, həm də 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda Ermənistanın öhdəliklərindən biridir. Lakin rəsmi İrəvan bundan imtina edir, bildirir ki, Ermənistanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını şübhə altına almadan Azərbaycana Naxçıvanla birləşəcək yol verməyə hazırdır.

Dünən Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq konfransda bir daha bəyan edib ki, sülh müqaviləsi imzalanmayana və Ermənistan Azərbaycana qarşı hələ də konstitusiyasında yer alan bütün ərazi iddialarından tam imtina etməyənə qədər, Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində öz davranışında səmimilik nümayiş etdirməyənə qədər yeni hərbi qarşıdurma riski həmişə mövcud olacaq”.

Görünür, İran növbəti dəfə regionda əsas müttəfiqi olan Ermənistana dəstək vermək üçün birgə hərbi təlimlərə ehtiyac duyub. İrəvanın bu addımlarının İranın əsas düşməni olan ABŞ-nin yeni administrasiyasında necə qarşılanacağı isə maraq doğurur...

Rasim Əliyev

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Aprel 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see271

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see209

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see209

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see170

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see158

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see144

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see142

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see139

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see139

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri