Icma.az
close
up
RU
Ermənistan itkin şəxslərin taleyinə heç bir aydınlıq gətirmir

Ermənistan itkin şəxslərin taleyinə heç bir aydınlıq gətirmir

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Martın 10-da Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru, xanım Katrin Bombergeri qəbul edib. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, tərəflər Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşlarımızın tapılması məqsədilə 2022-ci ilin aprel ayında baş tutmuş görüşdən sonra həyata keçirilən birgə fəaliyyəti müsbət dəyərləndiriblər. Dövlət Komissiyasının sədri Əli Nağıyev Prezident İlham Əliyevin daim diqqət mərkəzində saxladığı itkin soydaşlarımızın axtarışı məsələsi ilə bağlı Komissiyanın qarşısında qoyduğu vəzifələrin icrası yönündə davam etdirilən təxirəsalınmaz tədbirlərdən, Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərə aid məzar yerlərinin müəyyən edilərək ekshumasiyası və tapılmış meyit qalıqlarının eyniləşdirilməsi istiqamətində görülən işlərdən ətraflı bəhs edib. Xidmət rəisi, eyni zamanda, itkin şəxslərin taleyinin aydınlaşdırılması sahəsində Ermənistanın əməkdaşlıq etmək niyyətində olmadığını və hələ də qeyri-konstruktiv mövqe sərgilədiyini bildirib.

Komissiya sədri Əli Nağıyev Beynəlxalq Komissiyanın Qiymətləndirmə missiyası tərəfindən tərtib edilərək Azərbaycan tərəfinə təqdim olunmuş itkin düşmüş şəxslərin axtarışı imkanlarını özündə əks etdirən hesabat barədə də fikirlərini çatdırıb, həmin təşkilatın Dövlət Komissiyasının işinə göstərdiyi dəstəyə görə minnətdarlıq edib.

Katrin Bomberger isə rəhbəri olduğu Beynəlxalq Komissiyanın hazırladığı hesabat sənədinin əhəmiyyətinə toxunub, Dövlət Komissiyası ilə qarşılıqlı fəaliyyət çərçivəsində mühüm işlərin görüldüyünü və komissiyalararası münasibətlərin gələcək inkişafına birgə səylərlə önəmli töhfələr veriləcəyinə dərin inamını ifadə edib.

Görüşdə, həmçinin itkin şəxslərin taleyinə tezliklə aydınlıq gətirilməsi ilə bağlı ümumi maraq kəsb edən digər məsələlər də geniş müzakirə olunub.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Mart 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri