Icma.az
close
up
RU
Makronun təklifi rədd edildi “Ermənistan haqda da düşünməlidirlər”

Makronun təklifi rədd edildi “Ermənistan haqda da düşünməlidirlər”

Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Kaya Kallas dekabrın 16-da yeni vəzifəsində Brüsseldə üzv ölkələrin xarici işlər nazirlərinin ilk toplantısını keçirib. Toplantıda üç mövzu – Rusiya-Ukrayna müharibəsi, Gürcüstandakı siyasi böhran və Suriyada hakimiyyət dəyişikliyi müzakirə olunub.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, xarici işlər nazirləri Rusiyaya qarşı növbəti 15-ci sanksiya paketini qəbul ediblər:

“Buna baxmayaraq, Avropa İttifaqı Fransa Prezidenti Emmanuel Makronun “müharibə bitəcəyi təqdirdə Ukraynaya Avropa müşahidə missiyasını göndərək” təklifini qəbul etməyib. Kallas bu məsələnin müzakirəsinin erkən olduğunu bildirib. Avropa İttifaqı nümayəndəsi haqldır, müharibə bitməmiş Ukraynaya müşahidəçi missiyanın göndərilməsinin müzakirəsi ölməmiş ayının dərisinin bölüşdürülməsinə bənzəyir.

ABŞ-ın yeni Prezidenti Donald Tramp yanvarın 20-də andiçmə mərasimindən sonra müharibəni dayandırmağı planlaşdırır. Onun planında isə Avropa müşahidə missiyasının Ukraynada yerləşdirilməsi bəndi barədə məlumat yoxdur.

Kallas Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının geri çağrılması barədə də düşünməlidir. Bu da Makronun ideyası idi, bölgəyə gərginlikdən başqa heç nə gətirmədi.

Brüsseldə Gürcüstana qarşı sanksiyaların tətbiqi müzakirə olunsa da, yekdil qərar qəbul etmək mümkün olmayıb. Məsələ budur ki, Avropa İttifaqının 27 ölkəsinin hamısı Gürcüstanla bağlı eyni fikirdə deyil, məsələn, Macarıstan və Slovakiya sanksiyaların əleyhinədir. Hətta Lüksemburq xarici işlər naziri Ksavye Bettel çıxışında belə bir ifadə işlətdi: “Gürcüstan hökumətinin etirazçılara qarşı davranışını tənqid etməklə yanaşı, “Gürcü Arzusu” Partiyasının parlament seçkisində yaxşı nəticə göstərdiyinə görə cəzalandırılmasını doğru hesab etmirik”.

Beləliklə, Avropa İttifaqı Gürcüstanla bağlı gözləmə mövqeyinə keçib. Görünür, anlayırlar ki, Gürcüstan hökümətinə qarşı sərt qərarlar Tbilisini Rusiyaya daha çox yaxınlaşdıra bilər”.

Elxan Şahinoğlu Aİ-nin Suriya ilə bağlı mövqeyinə də diqqət çəkib:

“Avropa İttifaqı Əsəd rejiminin süqutunu dəstəkləsə də, Suriyada hakimiyyətə gələn qüvvələri tanımağa hazır deyil. Buna baxmayaraq, Kallas Dəməşqə avropalı diplomatlardan ibarət nümayəndə heyəti göndərmək qərarı verib. Brüssel nəbz yoxlayır, “Heyət Təhrir əş-Şam” (HTŞ) ilə təmaslarda digər oyunçulardan geri qalmaq istəmir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 17 Dekabr 2024 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1437

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see712

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see566

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see489

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see478

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see467

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see450

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see415

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see398

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see353

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see320

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see305

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see300

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see296

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see291

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see288

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see274

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see272

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see272

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see271
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri