Icma.az
close
up
RU
Qərbin təhlükəli cığallığı: Bakı da hədəfdədir

Qərbin təhlükəli cığallığı: Bakı da hədəfdədir

Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.

Parlament seçkilərindən sonra gürcü cəmiyyəti onlara vəd edilən "qərb cənnəti"nin əsl üzünü görməyə başlayıb. Xalqın iradəsi ilə növbəti dəfə iqtidarı əlində saxlayan "Gürcü arzusu" Qərbin siyasi mərkəzləri tərəfindən açıq hədəfə çevrilib. Bu gün Avropa dairələrinin rəsmi Tbilisiyə qarşı ritorikası şantaj və təzyiq üzərində qurulub.

Gürcüstan rəsmilərinə qarşı sanksiyaların tətbiqi, Tbilisini müxtəlif qanunlara (xarici agentlər və ailə dəyərlərinin qorunması haqqında) görə daim tənqid etmək, parlament seçkilərinin demokratikliyinə və şəffaflığına şübhə ilə yanaşmaq, nəticələri tanımamaq, ikitərəfli görüşlərin ləğvi, üzvlüklə bağlı danışıqlardan imtina - budur Tbilisi-Brüssel münasibətlərinin mövcud reallığı.

Bəs hazırda müxalif qüvvələrin, daha doğrusu, uzun illər Qərbin maliyyəsi ilə bəslənmiş, onların maraqlarını müdafiə edən kütlənin etirazlarının qanuni əsası varmı? Qərb hansı mandatla Gürcüstanda baş verən proseslərdə bu dərəcədə canfəşanlıq göstərir və özündə müdaxilə etmək imtiyazını görür?

Günahkar Qərbdir

Öncə hazırda Gürcüstanda yaşanan mənzərəyə qısa nəzər yetirək. Etiraz aksiyalarını alovlandıran əsas səbəb Gürcüstan hökumətinin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilə qədər təxirə salmaq qərarıdır. Müxalifət bunu ölkənin avrointeqrasiya kursundan imtinası kimi dəyərləndirərək qərarın ləğvini, yeni seçkilərin keçirilməsini tələb edir. İqtidar isə beynəlxalq aləmdəki mövcud konyunkturada Tbilisinin Aİ-yə üzvlüklə bağlı danışıqlar mərhələsində alınacaq qərarların onun milli maraqları və digər dövlətlərlə əlaqələrinə mənfi təsir göstərəcəyini iddia edir. Əslində Aİ ilə münasibətlərin korlanmasının başlıca səbəbkarı elə Qərbin özüdür. Uzun illər danışıqlar adı altında proseslə imitasiya etmək, "hər şeyi ver, amma əvəzində heç nə tələb etmə" prinsipinin rəhbər tutulması gürcü cəmiyyətində avrointeqrasiya meyllərinin zəifləməsinə səbəb olub.

Sərbəst seçimin “cəzası”

Digər tərəfdən, ölkənin milli kimliyini, ənənələrini heçə sayan, ailə institutunun dağılmasına səbəb olacaq gürcülər üçün qəbuledilməz qanunların qəbulu tələbi də bu məsələdə öz sözünü deyib. Parlament seçkiləri ərəfəsində iqtidarın təbliğat şüarlarından biri də məhz bu təhdidlərlə bağlı idi ki, gürcü xalqı mövcud hakimiyyətə yenidən səs verməklə Qərbin məlum tələblərinə də bir növ etirazını nümayiş etdirmiş oldu. İndi isə Qərb məhz bu seçimə görə gürcü xalqını və dövlətini cəzalandırmaq qərarına gəlib. Bir neçə ay əvvəldən başlayan təzyiq və şantaj dalğası daha ağır qərarlarla müşahidə edilir. Məsələn, özü korrupsiya, maliyyə fırıldaqlarının yuvası və lobbi qruplarının oyuncağı olan Avropa Parlamenti Gürcüstandakı seçkiləri tanımadığını bəyan edən qətnamə qəbul edir, iqtidarı "demokratik ənənələrdən uzaqlaşmaqda" ittihamlayır. Yaxud Aİ-nin Gürcüstandakı səfiri özünü aksiyaların ideoloqu kimi göstərir. Vaşinqton da Gürcüstanla strateji tərəfdaşlığı dayandırdığını bəyan edərək, Aİ-nin tezislərini təkrarlayır.

Bakı da hədəfdədir

Qərbin əsas planlarının Gürcüstan vasitəsi ilə Rusiyaya qarşı ikinci cəbhə açmaq, Cənubi Qafqazı da müharibə meydanına çevirmək olduğu heç kimə sirr deyil. Bölgənin müstəqil oyunçusu Azərbaycanla münasibətlərdə bu metodların heç bir nəticə vermədiyini görən Qərb mərkəzlərinin Gürcüstana yönəlməsi, əslində elə Bakını da hədəfə almaq məqsədindən irəli gəlir. Bölgənin əsas arteriya damarlarının keçdiyi bu ölkədə Qərbin sözəbaxan iqtidar qurmaq istəyi Bakının da müstəqil siyasi kursunu müəyyən çərçivəyə salmaq cəhdidir.

Əziyyəti xalq çəkir

Bu proseslərdə ən çox əziyyəti isə sadə gürcü vətəndaşları çəkirlər. Gürcüstanın əsas gəlirlərinin məhz xidmət sektoru olduğunu yaxşı anlayan bu mərkəzlər iğtişaşların sönməsinə imkan verməməklə rəsmi Tbilisiyə qarşı cəmiyyətin digər kəsimlərini də ayaqlandırmaq istəyirlər. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, Milli Statistika Xidmətinin məlumatına əsasən, ötən ayın sonlarından, yəni iğtişaşlar başlayandan bəri Gürcüstanda sürətli inflyasiya qeydə alınmaqdadır. Bu, özünü daha çox turistlərin yerləşdirilməsi, spirtli içkilər, tütün məmulatları və təhsil qiymətlərində büruzə verir.

Qərb üçün azad və şəffaf seçim anlayışı yoxdur

Son günlər Gürcüstanda baş verənlər bir neçə reallığı açıq şəkildə ortaya qoymuş oldu. Qərb üçün azad və şəffaf seçim anlayışı yoxdur. Yalnız onların maraqlarını diktə edən qüvvələrin hakimiyyətə gəlişi "demokratik seçim" sayılır. Qərb müstəqil, milli maraqlarının müdafiəsini üstün tutan dövlətləri özü üçün birbaşa təhdid sayır və hər vasitə ilə bu "təhdid"i ortadan qaldırmağı hədəfləyir. Bu proseslərdə əsas təkanverici qüvvə isə vətəndaş cəmiyyəti, insan haqları, demokratiya şüarları altında onların təlimatlarını yerinə yetirməyi qarşısına məqsəd qoyan QHT-lər sayılır. Milyonlar ayırmaqla onların vasitəsi ilə istər iqtidar, istərsə də müxalifət daxilində özünün dayaqlarını yaratmaq əsas hədəfdir. Məhz Qərbin maraqlarını təhdid edən hansısa addımlar atıldıqda bu qüvvələr bir təlimatla hərəkət keçir və ölkədə xaotik durum yaradılır. Azərbaycanın ali rəhbərliyinin uzaqgörən siyasəti nəticəsində ölkəmiz daxilində bu təhdidlər demək olar ki, ortadan qaldırılıb. Gürcüstan xalqının da müdrik seçim edərək öz siyasi iradələrinin arxasında dayanması ölkənin həqiqətən də müstəqil dövlət olmaq şansını əhəmiyyətli dərəcədə artıracaq. Buna nə dərəcədə nail olunacağını isə zaman göstərəcək. ("Kaspi" qzəeti)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://publika.az
archiveBu xəbər 07 Dekabr 2024 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri