Ermənistan Konstitusiyasında kilsələrə aid maddə dəyişdirilə bilər
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistan Konstitusiyasında Erməni Apostol Kilsəsinin rolu və statusu ilə bağlı maddənin dəyişdirilməsi məsələsi müzakirə olunmur.
Modern.az xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan parlamentdə keçirdiyi brifinqdə deyib.
"İstənilən fikir müzakirə oluna bilər. Başqa bir şey də odur ki, bu ideya ətrafında konsensus ola bilər, olmaya da bilər", - Qalyan bildirib.
Bundan əvvəl oxşar sual Ermənistan parlamentinin spikeri Alen Simonyana da verilib. O, “heç nəyi istisna etmək olmaz” cavabını verib.
Xatırladaq ki, mayın 29-da hökumətin iclasında Nikol Paşinyan bildirmişdi ki, erməni kilsələri “zibillə dolu şkaflara” bənzəyir. Ertəsi gün o, sosial şəbəkədə sərt bir yazı dərc edərək, Erməni Apostol Kilsəsinin iyerarxlarına qarşı kobud sözlər işlədib və arxiyepiskoplardan birini cinsi azğınlıqda ittiham edib. Eyni zamanda, baş nazir subaylıq andını pozan bütün keşişlərdən kilsələrdən getməyi tələb edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 06 İyun 2025 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















