Icma.az
close
up
RU
Ermənistan konstruktiv mövqe nümayiş etdirsə də, ev tapşırığının həyata keçirilməsində ləngiyir ŞƏRH

Ermənistan konstruktiv mövqe nümayiş etdirsə də, ev tapşırığının həyata keçirilməsində ləngiyir ŞƏRH

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 3 oktaybr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Siyasi Birliyinin sammitində iştirakı və keçirdiyi çoxsaylı ikitərəfli görüşlər bir daha göstərdi ki, Azərbaycan Avropa regionu üçün maraqlı və önəmli tərəfdaşdır. Eyni zamanda, rəsmi Bakı öz ərazi bütövlüyünü bərpa etdikdən sonra xarici siyasətini milli maraqlara əsaslanan, şaxələndirilmiş və məqsədyönlü şəkildə həyata keçirir və bu yanaşma artıq Avropa tərəfindən də qəbul olunur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli səsləndirib.

O qeyd edib ki, Azərbaycan Cənubi Qafqaz regionunda yerləşən mühüm dövlət olmaqla yanaşı, həm də Şərqlə Qərb arasında körpü rolunu oynayır: “Avropa Siyasi Birliyinin Zirvə toplantılarında Azərbaycanın iştirakı Bakının Avropanın siyasi məkanındakı mövqelərini gücləndirməsinə imkan yaradır. Bu, həmçinin göstərir ki, Azərbaycan Avropa üçün vacib tərəfdaşdır. Avropa özü də anlayır ki, qitənin Avropa İttifaqının institusional çərçivələrindən kənarda daha geniş birliyə ehtiyacı var və bu birlikdə Azərbaycan ön sıralarda yer tutur. Eyni zamanda, 27 dövlətin liderinin iştirak etdiyi tədbirdə Azərbaycanın iştirakı həm siyasi, həm də iqtisadi baxımdan böyük əhəmiyyət kəsb edir”.

QHT sədri qeyd edib ki, bu sammit çərçivəsində Azərbaycan Prezidentinin görüşlərinin intensivliyi diqqət çəkirdi. Xüsusilə ABŞ Prezidentinin vasitəçiliyi ilə Vaşinqtonda təşkil olunan sammitdə, Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatında və Danimarkada “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı çərçivəsində baş tutan görüşlər buna bariz nümunədir. Faktiki olaraq, Prezident İlham Əliyevin uğurlu diplomatik danışıqları sayəsində Azərbaycan rəsmi İrəvanı hərb masası arxasından sülh masasına gətirə bilib. Təbii ki, Ermənistanın Baş nazirinin konstruktiv mövqeyi də nəzərə çarpır. Lakin Azərbaycan tərəfinin verdiyi öhdəliklərin icrasında müəyyən gecikmələr müşahidə olunur və bu məsələ prezidentlərin görüşündə müzakirə edilib.

V.Hüseynlinin sözlərinə görə, ümumilikdə Avropa siyasi platformasında keçirilən görüşlər uğurlu hesab edilə bilər. Bu görüşlərdə Azərbaycan Avropaya yeni siyasi gündəliyini təqdim etdi, Avropa isə rəsmi Bakının etibarlı tərəfdaş olduğunu bir daha təsdiqlədi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri