Icma.az
close
up
RU
“Paşinyan Rusiyanın siyasətinə zidd mövqe nümayiş etdirsə də...

“Paşinyan Rusiyanın siyasətinə zidd mövqe nümayiş etdirsə də...

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Oqtay Qasımov: “Ermənistanda real hakimiyyətə sahibidir”

Ermənistanın 2-ci Prezidenti Robert Köçəryan Rusiya ilə yaxın mövqelər nümayiş etdirərək baş nazir Nikol Paşinyana qarşı açıq ittihamlarla çıxış edib.

Köçəryanın açıqlamaları Kremlin Paşinyana qarşı siyasi təzyiqlərini gücləndirdiyi bir dövrə təsadüf edir. O, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistana yardım etməməsini Paşinyanın Moskvaya qarşı siyasəti ilə izah edib.

“KTMT bizə kömək etmədi. Amma sən bu təşkilatın onurğa sütunu olan Rusiya ilə münasibətləri özün pozdun. Belə olan halda, niyə bizə kömək etməli idi?” – deyə Köçəryan bildirib.

Köçəryan həmçinin əlavə edib ki, KTMT-nin müdaxiləsi üçün prosedurlar tələb olunur və bu, ən azı iki ay vaxt aparardı: “Deməli, sən həmin iki ay ərzində döyüşməli, prosesi başladıb nəticəyə çatdırmalı idin”.

Politoloq Elxan Şahinoğlu bildirib ki, əslində Köçəryanın bu sözləri Paşinyandan çox Kremlə ünvanlanıb: “Keçmiş Prezident Kremlə demək istəyib ki, “sizin Ermənistandakı adamınız əvvəlkitək mənəm, dəstəyiniz artırın, Paşinyanı yıxım”. Köçəryan Paşinyanın 9 mayda Moskvada Putinlə birgə hərbi paradda iştirakından böyük nəticə çıxarmağın əleyhinədir. Onun fikrincə, Paşinyan 9 maydan sonra yenə Fransa Prezidenti Emmanuel Makronla qucaqlaşıb. Kreml Köçəryana o halda üstünlük verəcək ki, o siyasi gücünü və reytinqini artıra bilsin. Çünki Kreml Ermənistanda güclü fiqura, seçkidə Paşinyanı yenə biləcək siyasətçiyə üstünlük vermək istəyir. Putin Köçəryanla dostluğundan imtina etməsə də, keçmiş prezidentin Paşinyanı üstələyəcək fiqur saymır. Ona görə də, Kreml hələ ki, Paşinyanla yola davam edəcək. Paşinyan da bunu anladığından Kremli narahat edəcək açıqlama və addımlardan uzaqlaşmağa başlayıb".

Bəs bundan sonra Paşinyan Putin münasibətləri necə inkişaf edəcək bu barədə politoloqlar “Xalq Cəbhəsi”nə fikirlərini bölüşüblər.

“Moskva Paşinyanla işləməyə davam edəcək”

Politoloq Oqtay Qasımov qeyd edib ki, Paşinyan və Putin münasibətləri son illər necə davam edibsə hesab edirəm ki, bundan sonra da o cür davam edəcək: “Ən azı o baxımdan ki, əslində Paşinyan bir çox hallarda Rusiyanın siyasətinə zidd mövqe nümayiş etdirsə də, Rusiya formatlarında fəaliyyət göstərən təşkilatların işində aktiv iştirak etməsə də, xüsusilə də KTMT-dən xeyli dərəcədə uzaqlaşsa da Paşinyan Ermənistanda real hakimiyyətə sahibidir və onu hələki devirəcək ciddi siyasi qüvvə ortaya çıxmayıb. Bu səbəbdən Moskva onu əvəz edəcək, alternativ ortaya qoya biləcək siyasi fiquru ortaya çıxarana qədər əlbət ki, Paşinyanla işləməyə davam edəcək”.

“Rusiya Paşinyanın siyasətindən məmnun deyil”

Onun bildirdiyinə görə, Rusiya Paşinyanın siyasətindən məmnun deyil, ona çox böyük şübhə ilə ilə yanaşır: “Amma bütün hallarda Rusiya da digər dövlətlər kimi real hakimiyyətə malik olan qüvvə ilə işləmək məcburiyyətindədir. Paşinyanın siyasi və təhlükəsizlik sferasında Rusiyadan məsafəli davranmasına baxmayaraq Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi son 3 ildə ən azı 5 dəfədən artıq artıb və məhz Paşinyan Ermənistanı Rusiyanı tətbiq olunan sanksiyalardan yayındıran əsas ölkələrdən biri statusundadır. Bu da bilinən bir məsələdir”.

“Rusiya Ermənistanda hakimiyyəti dəyişməyə çalışacaq”

O.Qasımov Ermənistanda keçiriləcək növbəti seçkilərə təxminən 1 il vaxt olduğunu deyərək əlavə edib ki, o vaxta qədər şübhəsiz ki, Rusiya özünə yaxın qüvvələri gücləndirməyə və Ermənistanda hakimiyyəti dəyişməyə çalışacaq: “Necə ki, bunu əvvəllər də etməyə çalışıb. Amma nəzərə alsaq ki, hazırda Rusiyanın dəstəklədiyi siyasi liderlər və siyasi qüvvələr Ermənistan cəmiyyətində kifayət qədər aşağı nüfuza malikdir və onların vasitəsilə siyasi hakimiyyəti dəyişmək kifayət qədər problematik görünür”.

“Belə bir marionet dövlətdə hazırki siyasi mənzərə gözlənilməz deyil”

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Ruslanqızı diqqətə çatdırıb ki, Ermənistanın heç zaman müstəqil dövlət olmaması, varlığı etibarı ilə ssenari predmeti olduğu bizə yaxşı məlumdur: “Belə bir marionet dövlətdə, siyasi sistemin formalaşmadığı, siyasi texnologiyaların yetərli olmadığı, siyasi mədəniyyət amilinin tamamilə yoxsul olduğu bir ölkədə hazırki siyasi mənzərə gözlənilməz deyil”.

“Paşinyan Qərbə inteqrasiya edə bilmədi”

Politoloqun sözlərinə görə, vaxtilə Köçəryan, Sarkisyan dönəmində ölkə tamamilə uçuruma yuvarladıldı, birbaşa Rusiyanın orbitinə təhrik edildi: “Paşinyan hər nə qədər Sorosun kadrı olsa da, hakimiyyətin üzərindəki buxovları tam atıb Qərbə inteqrasiya edə bilmədi. Çünki aslılığın miqyası o qədər genişdir ki, Kremlin orbitindən kənarlaşmaq mümkünsüzdür. Keçmiş klan nümayəndələri hazırda məhz bu mənzərədən sui-istifadə edərək hakimiyyəti geri qazanmağa çalışırlar”.

“Bu, Ermənistanın çox şey itirməsinə gətirib çıxardı”

Siyasi şərhçi Turan Rzayev Rusiya ilə Ermənistan arasında gərginlik olduğunu deyib: “Amma vəziyyət belədir: Nikol Paşinyan Qərb siyasəti yeridir və əslində hakimiyyətinin ilk illərində bunu radikal formada edirdi. Lakin Rusiyanın istər iqtisadi, istər siyasi, istərsə də hərbi sahədə təzyiqləri fonunda Paşinyan müəyyən mənada siyasətini balanslaşdırmağa məcbur oldu və faktiki olaraq bu balans da bu gün özünü göstərir. Yəni Ermənistan nə Rusiya ilə tərs düşmək istəmir, nə də Qərbdən uzaqlaşmaq istəmir. Ancaq Qərbə inteqrasiya siyasəti davam etməkdədir. Paşinyanın hazırda əsas siyasi xətti bundan ibarətdir və bu proseslər davam edəcək. Çünki Paşinyan gec də olsa başa düşür ki, Cənubi Qafqazda balans siyasətinin alternativi yoxdur. Azərbaycan illərdir bu siyasəti faktiki olaraq tətbiq edir. Ermənistan bunun çox gec fərqinə vardı. Əslində bu, Ermənistanın çox şey itirməsinə gətirib çıxardı”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 21 May 2025 23:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri