Icma.az
close
up
RU
Ermənistan Qarabağda mədəniyyət soyqırımı həyata keçirib ŞƏRH

Ermənistan Qarabağda mədəniyyət soyqırımı həyata keçirib ŞƏRH

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Müharibələr mədəniyyətin bitdiyi yerdə başlayır. Bu mənada, işğal torpağın zəbt edilməsi ilə yanaşı, xalqın yaddaşına, ruhuna, kimliyinə vurulan ən ağır zərbədir. Ermənistanın uzun illər ərzində Azərbaycanın işğal altında saxladığı ərazilərdə həyata keçirdiyi vandalizm siyasəti də məhz bu məqsədə xidmət edirdi: təkcə şəhərləri viran qoymaq yox, tarixi silmək, izləri yox etmək, bir millətin keçmişini gələcəyindən qoparmaq.

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Elnarə Akimov bildirib. 
Deputat qeyd edib ki, Qarabağda və Şərqi Zəngəzurda dağıdılmış məscidlər, təhqir olunmuş qəbiristanlıqlar, yerlə-yeksan edilmiş türbələr, talan edilmiş muzeylər, yandırılmış kitabxanalar sadəcə hərbi qələbə deyildi:

"Bu, sistemli, planlı və məqsədyönlü bir siyasət idi. Məscidlərin tövlə kimi istifadə olunması, dini abidələrin təhqir edilməsi mənəvi terror idi. Bu, bir xalqın müqəddəsinə qarşı açıq hörmətsizlik, onun tarixi yaddaşına qarşı yönəlmiş barbarlıq idi".
Tarixi abidələr sadəcə daşdan ibarət deyil. Onlar xalqın kimliyidir, onun keçmişinin canlı şahididir. Bir məscidi dağıtmaq yalnız divarı uçurtmaq deyil, əsrlərin dualarını susdurmaqdır. Bir qəbiristanlığı məhv etmək yalnız torpağı qazmaq deyil, nəsillər arasındakı bağları qırmaqdır:
"Buna görə də bu əməllər sadəcə vandalizm yox, “mədəniyyət soyqırımı” kimi qiymətləndirilməlidir. Necə ki, fiziki soyqırımı bir xalqı cismani olaraq məhv etməyə yönəlirsə, mədəniyyət soyqırımı da onun yaddaşını, tarixini və mənəvi dayaqlarını məhv etməyə hesablanır. Bu, beynəlxalq hüququn, xüsusilə UNESCO konvensiyalarının, Haaqa Konvensiyasının və insanlığın ortaq dəyərlərinin kobud şəkildə tapdanmasıdır".

E. Akimova qeyd edib ki, Azərbaycan dövləti bu məsələdə həm hüquqi, həm də mənəvi mübarizə aparır. Azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri təkcə şəhərlərin dirçəldilməsi deyil, tarixi ədalətin bərpasıdır:

"Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, biz yalnız torpaqlarımızı deyil, tariximizi, kimliyimizi və milli ləyaqətimizi geri qaytardıq. Bu gün Qarabağda ucalan yeni məscidlər, bərpa olunan tarixi abidələr, yenidən həyat qayıdan şəhərlər Azərbaycanın iradəsinin, dövlət gücünün və milli birliyinin simvoludur.
Lakin təkcə bərpa kifayət deyil. Ermənistanın törətdiyi bu cinayətlər beynəlxalq müstəvidə hüquqi məsuliyyətə çevrilməlidir. Dünya susmamalıdır. Əgər bir xalqın mədəni irsinə qarşı bu qədər açıq hücum cəzasız qalırsa, bu, sabah başqa xalqlara qarşı da eyni cinayətlərin yolunu açır. Beynəlxalq təşkilatlar ikili standartlardan imtina etməli, faktlara siyasi maraqlar prizmasından deyil, ədalət prizmasından baxmalıdır".
"Azərbaycan bu həqiqətləri dünyaya çatdırmaqda haqlıdır və haqlı tərəf həmişə daha güclüdür. Çünki həqiqətin qarşısında saxta təbliğat dayana bilməz. Qarabağın dağıdılmış məscidləri, viran qoyulmuş şəhərləri, susdurulmuş abidələri bu gün öz dili ilə danışır və deyir: burada yalnız torpaq yox, tarix də işğal olunmuşdu.
Ancaq tarix susmur. Ədalət gecikə bilər, amma itmir. Bu gün Azərbaycan yalnız öz haqqını deyil, beynəlxalq hüququn nüfuzunu da müdafiə edir. Qarabağda bərpa olunan hər daş, ucalan hər minarə, yanan hər işıq bir mesaj verir: bu xalqın yaddaşını silmək mümkün deyil. Azərbaycanın tarixi də, irsi də, həqiqəti də yaşayır və yaşayacaq!" - deputat açıqlamasında vurğulayıb.

Fotolar işğal dövründə xarici jurnalistlər tərəfindən çəkilib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Aprel 2026 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri