Icma.az
close
up
RU
Ermənistan nə istəyir?: Sərhəddəki insidentlər təsadüfi deyil

Ermənistan nə istəyir?: Sərhəddəki insidentlər təsadüfi deyil

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son vaxtlar Ermənistan tərəfdən Azərbaycan ordusunun mövqeləri bir neçə dəfə atəşə tutulub. Dünən də eyni hal təkrarlanıb. 


Ermənistan ordusunun sərhəddə silahlı insident törətməsi gərginliyi artırır. Sfera.az-a açıqlama verən politoloq Leyla Əzizli bu insidentlərin təsadüfi olmadığını vurğuladı. Onun fikrincə, Ermənistanın belə addımları sülh prosesini pozmağa hesablanıb:


“Bu kimi təxribatları əsasən danışıqlar masasında zəif mövqedə olan tərəf edir. Ermənistan daxilindəki siyasi qeyri-sabitlik və müəyyən radikal dairələrin sülhə qarşı çıxması bu cür atəşkəs pozuntularını şərtləndirə bilər”.


L.Əzizli qeyd edib ki, hazırkı mərhələdə Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar sülh müqaviləsinə doğru mühüm mərhələyə qədəm qoymuşdu:

"Lakin bu kimi hadisələr prosesin irəliləyişini ləngidə və qarşılıqlı etimadı zədələyə bilər. Regionda sabitlik və sülh bir sıra geosiyasi oyunçular üçün əlverişli olmaya bilər. Ona görə də bu cür təxribatlar, əslində, həm də üçüncü tərəflərin maraqlarına xidmət edir”.


Ekspert hesab edir ki, Azərbaycan bu hadisəni beynəlxalq səviyyədə gündəmə gətirməli, BMT və Avropa İttifaqı kimi qurumlar qarşısında məsuliyyət tələb etməlidir.
 

“Diplomatik səviyyədə bu insidentlərə səssiz qalmaq gələcəkdə daha ciddi pozuntulara yol aça bilər. Azərbaycanın bu məsələdə qəti və prinsipial mövqeyi olmalıdır. Azərbaycan ordusu bu kimi hallarda adekvat cavab tədbirləri görməkdə qərarlıdır. Lakin dövlətin əsas prioriteti bölgədə sabitliyin qorunması və sülh müqaviləsinin imzalanmasıdır", - deyə ekspert əlavə edib.


L.Əzizlinin fikrincə, istənilən hərbi eskalasiya regionda daha böyük qarşıdurmalara yol aça bilər:


“Hazırda diplomatik səbr və soyuqqanlılıq vacibdir. Lakin eyni zamanda ölkənin təhlükəsizliyi hər şeydən öndə gəlir və buna qarşı istənilən təhdid yerində cavabını almalıdır”.


Bəsti Rəfizadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://sfera.az
archiveBu xəbər 09 Aprel 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri