Icma.az
close
up
RU
Ermənistan sərhəddəki əməliyyatlara nəzarəti gücləndirmək qərarına gəlib

Ermənistan sərhəddəki əməliyyatlara nəzarəti gücləndirmək qərarına gəlib

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Ermənistan sərhəd zonalarında mədənçilik fəaliyyətinə nəzarət mexanizmləri sərtləşdirilir.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur nazirinin müavini Asatur Vardanyan noyabrın 11-də Milli Assambleyanın iclasında “Yerin təki Məcəlləsinə və əlaqəli qanunlara dəyişikliklər” layihəsinin ikinci və yekun oxunuşu zamanı məlumat verib.
Vardanyanın sözlərinə görə, sərhəd bölgələrində tədqiqat və ya hasilat işləri aparmaq üçün bundan sonra Milli Təhlükəsizlik Xidmətinin, Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin və gömrük orqanlarının razılığı məcburi olacaq. Yeni qaydalar əsasən sərhəd çayları və sərhəd xətti yaxınlığında mədənçilik əməliyyatlarına nəzarətin artırılmasını nəzərdə tutur.
Layihəyə əsasən, sərhəd çaylarının yataqlarından, o cümlədən Araz çayından qum-çınqıl qarışığının və daşlarının çıxarılması tam qadağan ediləcək. Bu qaydaları pozanlara 20 milyon dram məbləğində cərimə tətbiq olunacaq, təkrar pozuntu halında isə yerin təkindən istifadə hüququ tam ləğv ediləcək.
Yeni qaydalar həmçinin çay sahillərində fəaliyyət göstərən mədən avadanlıqlarının və özüboşaldan maşınların GPS modulları ilə təchiz edilməsini tələb edir. Bu modullar səlahiyyətli müfəttişlik orqanlarının serverlərinə birbaşa qoşulacaq və texnikanın hərəkətini real vaxtda izləməyə imkan verəcək.
Hökumət 7 ay ərzində müvafiq əsasnamələri qəbul etməyi planlaşdırır. Mövcud şirkətlərə GPS tələblərinə tam əməl etmək üçün 90 gün vaxt veriləcək. İlk mərhələdə bu qaydalar Araz çayı boyunca fəaliyyət göstərən 17 karxananı idarə edən 10 şirkətə şamil ediləcək.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 11 Noyabr 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see531

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see172

Bayraq artıq əbədi Zəfərin rəmzidir!

09 Noyabr 2025 18:16see160

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see136

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see136

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see135

Rusiyada bu avtomobillərin qiyməti qalxacaq...

09 Noyabr 2025 23:47see134

Bu, səhv qərar idi Slot Van Deykin qolunun ləğvi barədə

10 Noyabr 2025 00:22see132

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see132

Gün ərzində tərəvəz yeyin, axşama təsirini görəcəksiniz

09 Noyabr 2025 21:00see129

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see129

Maşını Röya alacaq Video

09 Noyabr 2025 21:10see128

La Liqa: Real xal itirdi, Barselona səhv etmədi

10 Noyabr 2025 02:28see127

“Səbəbləri bilirəm, amma danışmaq həll yolu deyil”

09 Noyabr 2025 18:20see127

Zelenski ilə müsahibə zamanı işıqlar söndü Video

10 Noyabr 2025 01:28see126

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see125

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see125

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see125

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see123

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri